Yelena (mifologiya)
Yelena | |
---|---|
q.yun. Ἑλένη | |
| |
Mifologiya | Yunan |
Yunanca adı | Ἑλένη |
Latınca adı | Helénē |
Cinsi | qadın[d] |
Atası | Zevs[1][2] |
Anası | Leda[d][1][2] |
Qardaşı və bacısı | Klitemnestra |
Uşaqları | |
Əlaqəli personajlar | Paris |
Əlaqəli hadisələr | Troya müharibəsi |
Vikianbarda əlaqəli mediafayllar |
Yelena (yun. Ἑλένη, lat. Helénē) yunan mifologiyasında Zevsin Ledadan olan qızı, Menalayın arvadı, Troya müharibəsinin səbəbkarı.
Rəvayətə görə Plevrona çarının qızı Leda Evrota çayında yuyunarkən onun qucağına qartal təqibindən qaçan qu quşu pənah gətirir. Qu quşu cildinə girərək Zevs Ledanın könlünü almağa nail olur. Bu hadisədən sonra Ledanın Yelena adlı gözəllər gözəli bir qızı və əkiz qardaşlar: Kastor və Polidevk dünyaya gəlmiş olurlar. Yelena və Kastor Zevsdən dünyaya gəldikləri üçün ölməz olurlar, Polidevk isə Ledanın Tindareydan olan oğlu olduğu üçün ölməz olmur. Yelena on doqquz yaşına çatdıqda Tesey onu oğurlayaraq Afidn qalasında saxlayır. Lakin ağır mübarizədən sonra qardaşları Kastor və Polidevk onu azad edirlər. Bu hadisədən sonra Tindarey onu ərə verməyi qərara alır. Qıza elçilik edənlərin sayı hesabı olmur. Tindarey qızla evlənmək istəyənlər arasında belə bir şərt qoyur. Kimə qismət olmasından asılı olmayaraq heç kim onu ərindən oğurlamağa cürət etməməlidir. Əgər bu baş verərsə, yerdə qalanlar qaçırana qarşı birgə vuruşmalıdırlar. Yelena ərə getmək üçün Atreyanın oğlu və Aqamemnonun qardaşı Menalayı seçir. Toydan doqquz il keçdikdən sonra Paris Afroditanın göstərişilə Spartaya gəlir. Doqquz günlük qonaq qəbulundan sonra Menalay onuncu gün Kritə ana tərəfdən olan babasının dəfninə gedir. Vəziyyətdən istifadə edən Afrodita Yelenanı ovsunlayaraq Parisin qucağına atmış olur. Gecə ikən Parislə gəmiyə minərək çar sarayını və doğma qızını tərk edir.
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ 1 2 Любкер Ф. Helena (rus.). // Реальный словарь классических древностей по Любкеру / под ред. Ф. Ф. Зелинский, А. И. Георгиевский, М. С. Куторга, Ф. Гельбке, П. В. Никитин, В. А. Канский, пер. А. Д. Вейсман, Ф. Гельбке, Л. А. Георгиевский, А. И. Давиденков, В. А. Канский, П. В. Никитин, И. А. Смирнов, Э. А. Верт, О. Ю. Клеменчич, Н. В. Рубинский СПб: Общество классической филологии и педагогики, 1885. С. 597.
- ↑ 1 2 Augias C. I segreti di Roma (it.): Storie, luoghi e personaggi di una capitale. 2007. P. 3. 424 s. ISBN 978-88-04-56641-0
- ↑ Гермиона (rus.). // Энциклопедический словарь СПб: Брокгауз — Ефрон, 1893. Т. VIIIа. С. 539.
- ↑ Любкер Ф. Hermione (rus.). // Реальный словарь классических древностей по Любкеру / под ред. Ф. Ф. Зелинский, А. И. Георгиевский, М. С. Куторга, Ф. Гельбке, П. В. Никитин, В. А. Канский, пер. А. Д. Вейсман, Ф. Гельбке, Л. А. Георгиевский, А. И. Давиденков, В. А. Канский, П. В. Никитин, И. А. Смирнов, Э. А. Верт, О. Ю. Клеменчич, Н. В. Рубинский СПб: Общество классической филологии и педагогики, 1885. С. 617.