WM-80
Çin hərbi sənayesinin seriyalı istehsalına 1990-cı ildə başladığı və “NORİNCO” korporasiyası tərəfindən ixraca təklif olunan 273 mm çaplı “WM-80” RYAS hazırda Ermənistan və İordaniyanın silahlanmasında yer alır. WM-80 buraxıcı qurğusu yükqaldırma qabiliyyəti 20 ton olan 8x8 təkər formullu “Shandonq Taian TAS5380” yük maşınlarında qurulub.[1] Sovetlər Birliyinin “Smerç” tipli RYAS-larının “klonu” adlandırılan WM-80-ın atəş idarəetmə sistemi, sistemin konstruksiyaları və doldurulma mexanizmi çox oxşardır. Buraxıcı kompleks 8 borudan ibarətdir və 60 dərəcə qalxma bucağı altında atəş açmağa imkan verir. İstehsalçı müəssisənin açıqladığı məlumata görə, sistemin marş halından döyüş halına gətirilməsi 3-5 dəqiqəyə mümkündür. WM-80 raketinin birinin çəkisi 505 kq, döyüş başlığı 150 kq, atəş uzaqlığı 34–80 km-dir.
Çin WM-80 modeli yaradıldıqdan sonra onu son 27 ildə cəmi iki ölkəyə ixrac edə bilib. Burada meydana çıxan digər sual isə onun Çin Ordusunun silahlanmasında yer almamasıdır. WM-80 modelindən sonra çinlilər atəş uzaqlığının artırılması üçün sistemi daha da modernləşdirmək qərarına gəldilər. Böyük işlərin getməsinə baxmayaraq, sistemdə hiss olunan bir dəyişiklik əldə etmək mümkün olmayıb. Sistem özü demək olar ki, dəyişilməz qalsada, yeganə nailiyyət raketlərə 120 km (WM-120) məsafəyə qədər uzaqlığın verilməsi sayıla bilər.[2][3][4]
Xüsusiyyətləri
[redaktə | mənbəni redaktə et]İstehsalçı ölkə: ÇXR
İstehsalçı firma: Norinco korporasiyası
Tip: Reaktiv Yaylım Atəş Sistemi
İstehsal tarixi: 1990
Xidmətə giriş ili: 1990 – günümüzə
Lülə diametri: 273 mm
Lülə sayı: 8 ədəd
Doldurulma: 5–8 dəqiqə
Döyüşə hazır vəziyyətə gətirilmə: 3–5 dəqiqə
Şaquli qalxma bucağı: +20º... +60º
Üfüqi tuşlama bucağı: ±20°
Raketin çəkisi: 505 kq
Döyüş başlığının çəkisi: 150 kq
Minimal atəş məsafəsi: 34 km
Maksimal atəş məsafəsi: 80 km
Şassi: Shandonq Taian TAS5380[1]
Heyət üzvü: 5 nəfər
Ağırlıq: 18 ton
Yükqaldırma qabiliyyəti: 20 ton
Uzunluğu: 9.55 m
Eni: 3.06 m
Hündürlüyü: 3.30 m
Təkər formulası: 8x8
Mühərrik: Deutz turbo dizel
Güc: 517 at gücü
Maksimal sürət: 80 km/saat
Döyüş radiusu: 800 km
İstifadə edən ölkələr
[redaktə | mənbəni redaktə et]Ermənistan Ermənistan Müdafiə Nazirliyi 1999 – 2001-ci illərdə NORİNCO şirkətindən 8 ədəd 273 mm-lik WM-80 reaktiv atəş sistemi alıb. WM-80 sistemi 80 km məsafədəki hədəflərə qarşı tətbiq oluna bilir.
İordaniya 24 ədəd WM-120 sistemi Çinin Norinco şirkətindən 2010-cu ildə satın alınmışdır. (İordaniya Silahlı Qüvvələri tərəfindən həyata keçirilmiş olan hərbi təlimlərdən birində üzə çıxarılmışdır.)[5]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 https://www.armyrecognition.com/chine_vehicles_armes_systemes_artilleri/wm-80_wm80_description_identification_pictures_gallery_truck_multiple_rocket_launcher_system_chinese.html[ölü keçid]
- ↑ "Archived copy". 2015-04-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-01-06.
- ↑ "Arxivlənmiş surət". 2012-07-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-04.
- ↑ "Arxivlənmiş surət". 2012-07-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-04.
- ↑ "Arxivlənmiş surət". 2014-12-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-04.