Volfqanq Pauli
Volfqanq Pauli | |
---|---|
alm. Wolfgang Ernst Pauli | |
Doğum adı | Wolfgang Ernst Pauli |
Doğum tarixi | 25 aprel 1900[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 15 dekabr 1958[3][1][…] (58 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | mədəaltı vəzin xərçəngi |
Elm sahələri | kvant mexanikası, hissəciklər fizikası |
İş yerləri |
|
Təhsili |
|
Üzvlüyü |
|
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Müasir Fizika |
---|
|
Volfqanq Ernst Pauli (alm. Wolfgang Pauli, 25 aprel 1900, Vyana – 15 dekabr 1958, Sürix) — görkəmli Avstriya fiziki, 1945-ci ildə Fizika üzrə Nobel mükafatı laureatı.
Həyatı
[redaktə | vikimətni redaktə et]Volfqanq Pauli 1900-cü ildə Vyanada yəhudi mənşəli, lakin sonradan katolik dinini qəbul etmiş həkim və biokimya professoru Volfqanq Yozef Paulinin ailəsində anadan olmuşdur. Volfqanq Münhen universitetində Arnold Zommerfeldin sinfində oxumuşdur. Burada Zommerfeldin xahişi ilə 20 yaşlı Pauli ümumi nisbilik nəzəriyyəsinə həsr olunmuş „Fizika ensiklopediyasına" xülasə yazır və bu monoqrafiya indiyə qədər klassik əsər sayılır. Daha sonra o Göttingendə, Kopenhagendə, Hamburqda, Prinstonda (ABŞ) və Zürix ali elektrotexniki məktəbində (İsveçrə) dərs deyir. Paulinin adı ilə kvant mexanikasının bir çox fundamental anlayışları bağlıdır. O elementar hissəciklərin spini anlayışını elmə daxil etmiş və neytrinoların movcüdluğunu xəbər vermişdir. Pauli özünün "istisna prinsipi" – Pauli prinsipinə görə 1945-ci ildə fizika üzrə Nobel mükafatına layiq görülmüşdür. 1958-ci ildə isə nüfuzlu Maks Plank medalı ilə təltif olunur. Elə həmin il böyük alim Zürixdə xərçəng xəstəliyindən vəfat edir.
Emi nailiyyətləri
[redaktə | vikimətni redaktə et]Pauli müasir fizikaya, xüsusən də kvant mexanikasına misilsiz töhfələr bəxş etmişdir. O əsərlərini nadir hallarda nəşr etdirir və əvəzində həmkarları, ələlxüsus Nils Bor və Verner Heyzenberqlə intensiv məktublaşmaya üstünlük verirdi. Pauli əsərlərinin nəşr edilməməsi və nəticədə geniş ictimaiyyətin onun əsərlərindən bixəbər olmasından qəti narahatlıq keçirmirdi. Bunnla belə bəzi faktlar məşhurlaşırdı.
1924-cü il – Pauli müşahidə olunan molekulyar spektrlərin interpretasiyasındakı mövcud tutarsızlığı aradan qaldırmaq məqsədilə kvant mexanikasına yeni sərbəstlik dərəcəsi daxil edir. Bu sərbəstlik dərəcəsi 1925-ci ildə Ulenbek və S. Qudsmit tərəfindən elektronun spini (fırlanması) kimi eyniləşdirilir. Bununla belə Pauli özünün kvant mexanikasına əsas töhfəsi sayılan "istisna prinsipini" irəli sürür.
1926-cı il – Heyzenberqin kvant mexanikasının matriks təsəvvürünü irəli sürməsindən sonra Pauli bu nəzəriyyəni hidrogenin müşahidə olunan spektrini izah edilməsinə tətbiq edir. Bu Heyzenberqin nəzəriyyəsinin qəbulunda mühüm rol oynayır.
1927-ci ildə Pauli elektron spinlərini təsvir etmək məqsədilə spinorlar anlayışını daxil edir.
1930-cu il – Pauli neytrino ideyasını ortaya atır. O yaxşı başa düşürdü ki, neytronların beta-parçalanması zamanı proton və elektronlara çevrilməsi hadisəsində enerji və impulsun saxlanılması daha bir və o zaman məlum olmayan hissəciyin ayrılması ilə baş tuta bilər. Belə ki, həmin dövrdə belə bir hissəciyin mövcudluğunu sübut etmək mümkün deyildi. İtalyan fiziki Enriko Fermi bir qədər sonra bu hissəciyi neytoncuq (neytrino) adlandırır. Neytrinoların mövcudluğunun ekspremental yolla sübutu yalnız 1954-cü ildə baş tutur.
Şəxsi keyfiyyətləri
[redaktə | vikimətni redaktə et]Fizika sahəsində Pauli perfeksionist kimi tanınırdı. Bununla o nəinki öz işləri ilə kifayətlənir, həmkarlarının da səhvlərini amansız şəkildə tənqid edirdi. Müasirləri onu fizika elminin "vicdanı" adlandırırdılar. O adətən elmi işlər haqqında həddindən artıq tənqidi yanaşaraq "tamamilə yanlış" və ya təxminın belə münasibət bildirərdi: "Sizin işiniz nəinki düzgün deyil, heç səhv olacaq dərəcədə belə deyil".
Digər bir lətifədə deyilir ki, Heyzenberq Pauliyə özünün yeni nəzəriyyəsini göndərir. Cavabında Heyzenbeq Paulidən yanında kiçik bir qeyd olan kvadrat təsvir olunmuş məktib alır. Qeyddə deyilir : „Mən Tiçian kimi çəkə bilərəm." Aşağıda isə narın xəttlə yazılır. „Yalnız detallar çatışmır".
Pauli eyni zamanda həssas ekspremental cihazların yanında duranda bu cihazların dayanması və hətta sıradan çıxması ilə də tanınırdı. Bu hadisə Pauli effekti adını almışdır.
Vyanda Pauli Gimnaziumştrasse 83, 1190 ünvanında yerləşən 19 saylı federal gimnzaiyada təhsil almışdır. Sonralar kimya üzrə Nobel mükafatını alacaq Rixard Kun Pauli ilə eyni sinifdə oxumuşdur. O da deyilir ki, bir dəfə fizika dərsində müəllim lövhədə səhvə yol verir və səhvini çox axtarsa da tapa bilmir. Müəllim nəhayət bütün sinfin sevincinə səbəb olan müraciətini edir. O naümid halda Pauliyə yönəlir:" Pauli, yaxşı deyin səhv hardadır. Siz yəqin onu çoxdan tapmısız."
Xarici keçidlər
[redaktə | vikimətni redaktə et]- Volfqanq Pauli Arxivləşdirilib 2006-05-17 at the Wayback Machine Nobel sitesi
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 Maktutor riyaziyyat tarixi arxivi. 1994.
- ↑ Wolfgang Pauli // Babelio (fr.). 2007.
- ↑ 1 2 3 Рожанский И. Д. Паули Вольфганг // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- ↑ 1 2 NNDB (ing.). 2002.
- 25 apreldə doğulanlar
- 1900-cü ildə doğulanlar
- Vyanada doğulanlar
- 15 dekabrda vəfat edənlər
- 1958-ci ildə vəfat edənlər
- 58 yaşında vəfat edənlər
- Sürixdə vəfat edənlər
- Hamburq Universitetinin müəllimləri
- Göttingen Universitetinin müəllimləri
- İsveçrə Federal Texnologiya İnstitutunun müəllimləri
- Miçiqan Universitetinin müəllimləri
- Prinston Universitetinin müəllimləri
- Münxen Lüdviq-Maksimilian Universitetinin məzunları
- London Kral Cəmiyyətinin üzvləri
- Bavariya Elmlər Akademiyasının üzvləri
- İsveç Kral Elmlər Akademiyasının üzvləri
- Niderland Kral İncəsənət və Elmlər Akademiyasının üzvləri
- Amerika İncəsənət və Elmlər Akademiyasının üzvləri
- Amerika Fizik Cəmiyyətinin üzvləri
- Fizika üzrə Nobel mükafatı laureatları
- Əlifba sırasına görə alimlər
- Avstriya fizikləri
- Yəhudi alimlər
- Nəzəri fiziklər
- London Kral Cəmiyyətinin əcnəbi üzvləri