Viktor Raul Ayya de la Torre
Bu, tənha məqalədir, çünki hansısa məqalədən bu məqaləyə verilmiş keçid yoxdur. |
Viktor Raul Ayya de la Torre | |
---|---|
isp. Víctor Raúl Haya de la Torre | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 22 fevral 1895[1][2][…] |
Vəfat tarixi | 2 avqust 1979[1][2][…] (84 yaşında) |
Vəfat yeri | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi, vəkil, siyasi fəal[d], siyasi nəzəriyyəçi[d], hüquqşünas |
Elmi fəaliyyəti | |
Elm sahəsi | siyasət[3] |
Vikianbarda əlaqəli mediafayllar |
Viktor Raul Ayya de la Torre (isp. Víctor Raúl Haya de la Torre; 22 fevral 1895[1][2][…] – 2 avqust 1979[1][2][…], Lima) — Peru solçu siyasətçisi. O, milli-islahatçı Amerika Xalq İnqilabi Alyansı təşkilatçılarından və lideri olmuşdur.
Həyatı
[redaktə | mənbəni redaktə et]Viktor Raul Ayya de la Torre Perunun şimalında, Truxilyo şəhərində anadan olmuşdur 1913-cü ildə ədəbiyyat üzrə təhsil almaq üçün Truxilyo Milli Universitetinə daxil olmuş və burada məşhur Peru şairi Sezar Valyexo ilə tanış olur, onunla dostluq edir. Daha sonra Limadakı San-Markos Universitetinə daxil olmuş və burada universitetin inzibati islahatlarının aparılmasında mühüm rol oynamışdır. Bu islahatın bir hissəsi tələbələr tərəfindən tədris olunan işçilər üçün qiyabi kursların təşkili ilə bağlı idi. Ayya de la Torre tərəfindən işçilər üçün qurulan Qonzales Prada Xalq Universiteti sonralar onun APRA partiyasının əsasını təşkil etdiyi güman edilir.
Şəxsi həyatı
[redaktə | mənbəni redaktə et]Viktor Raul Ayya de la Torrenin qadınlarla heç bir əlaqəsinin olmaması ilə şəxsi həyatına diqqət çəkmişdir. O, evli olmayıb və çoxları onu homoseksual hesab edirdi. APRA görüşlərinin birində evlilik haqqında sual alanda demişdir: "APRA mənim həyat yoldaşımdır, siz isə (partiyanın üzvləri) mənim uşaqlarımsınız". Homoseksuallıq şübhələrindən onun siyasi rəqibləri katolik Peruda siyasi mübarizə aləti kimi istifadə edirdilər. Onun kişi və ya qadınla cinsi əlaqəsi haqqında dəqiq məlumat yoxdur.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 Victor Raul Haya de la Torre // Encyclopædia Britannica (ing.).
- ↑ 1 2 3 4 Víctor Raúl Haya de la Torre // Brockhauz Ensiklopediyası (alm.).
- ↑ Çex Milli Hakimiyyət Məlumat bazası.
Əlavə ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Robert J. Alexander, "Victor Raúl Haya de la Torre and ‘Indo-America,’" in Prophets of the Revolution: Profiles of Latin American Leaders (New York: Macmillan Company, 1962), 75–108.
- Germán Arciniegas, “The Military vs. Aprismo in Peru,” in The State of Latin America (New York: Knopf, 1952), 79–94.
- John A. Mackay, "The APRA Movement," in The Meaning of Life: Christian Truth and Social Change in Latin America ( Eugene, OR: Wipf and Stock, 2014), 177–186.
- John A. Mackay, The Other Spanish Christ (New York: Macmillan, 1932), 193–198.
- Paul E. Sigmund, ed., Models of Political Change in Latin America (New York: Praeger, 1970), 180–187.
- “Víctor Haya de la Torre Is Dead; Elder Statesman of Peru Was 84,” Obituary (AP), New York Times, August 4, 1979, 24.