Vikipediya:Həftənin seçilmiş məqaləsi/iyul 2012

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Həftənin seçilmiş məqaləsi arxivi
2011: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2012: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2013: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2014: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2015: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2016: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2017: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2018: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2019: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2020: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2021: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2022: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2023: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2024: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2025: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


Bu gün 25 dekabr 2024, Çərşənbə (İlin 52. həftəsi); bu an saat 07:49 (UTC)
(yenilə)


Keşi təmizlə

Fəal məzmun:

Seçilmiş məqalə alətləri:

Həmçinin bax

27. Həftə
"علم (بیلیك)" — ایدراکین بیر فورماسی اولماق‌لا، طبیعت‌ین اؤیرنیلمه‌سی، جمعیت‌ین و تفککورون اینکیشافی اوچون یارادیلان بیلیک‌لر سیستئمی‌دیر. علمین ايجتماعی وظیفه‌سی اینسان‌لارا طبیعت، جمعیت حاقیندا دقیق، دوروست بیلیک‌لر آشیلاماق، اونلاردا علمی دونیاگؤروشو فورما‌لاش‌دیرماق و هرطرف‌لی، کامیل شخصیت یئتیش‌دیرمک‌دیر.

بیلیم و یا علم، ,فیزیکی و طبیعی کایناتین قورولوشونون و داورانیش‌لارینین تجروبه و موشاهیده‌لر واسیطه‌سیله سیستئماتیک بیر شکیلده آراشدیریلماسینی ده ایحاطه ائدن اینتئللئکتوال (ذهنی) و پراکتیک (عملی)ایش‌لر بوتونو. علم؛ سبب، ماراق و مقصد بسله‌یه‌ن بیر فاکت اولا‌راق گونوموزه قدر بیر چوخ آلت دالا (خولا-بولومه) بؤلونموش، اینسان‌لارین داها یاخشی حیات شرط ‌لرینه قوووشماسینا، وار اولمایان فاکت‌لاری تاپماسینا و یئنی شئی‌لر اؤیرنمه‌سینه اؤن آیاق اولموش‌دور. بوتون علم ساحه‌لری کایناتین بیر حیصصه‌سینی اؤزونه مؤوضوع اولا‌راق سئچیر، تجروبی اصول‌لارا و حقیقته سؤیکنه‌رک قانون‌لار چیخارماغا چالیشیر.علم؛ تمل‌لری سوننت طرفین‌دن آتیلمیش، هر مرحله‌ده سوننت و یارادیجی‌لیقلا بسلنه‌رک اینسان‌لارین حیات شراییطینی یاخشی‌لاش‌دیرماق اوچون ائدیلن ایش‌لرین بوتونودور. انیشتین علمی، هر جور نیظام‌دان محروم دویغو معلومات‌لاری ایله نیظام‌لی دوشونجه‌لر آراسیندا اویغونلوق تامین ائتمک چالیشماسی، برتراند راسل ایسه موشاهیده و موشاهیده‌یه سؤیکه‌نن عقل ایجرا ائتمه یولو ایله دونیایا باغ‌لی فاکت‌لاری بیر-بیرینه باغلایان قانون‌لاری تاپما چالیشماسی اولا‌راق تعریف‌لر.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


28. Həftə
Alyaska yupikləriAmerika Birləşmiş Ştatlarında, Alyaska ştatının qərb və cənub-qərb hissələrində yaşayan Yupik xalqları sinifinə daxil olan Eskimos mənşəli xalq.

Beş yupik xalqı arasında ən çox əhalisi olanı Alyaska yupikləridir. Alyaska yupiklərinin digər xalqlardan fərqləndirən əsas cəhətlərdən biri, Alyaskada yaşayan ən böyük etnos olmalarıdır. Alyaskada 23 min nəfər Alyaska yupik soyundan olan şəxs yaşayır.

Alyaska yupikləridə digər yupik xalqları kimi ovçuluq və yığıcılıq əsas peşə sahəsi olmuşdur. Alyaskada çətin iqlimə öyrəşən Alyaska yupikləri əldə edilən istənilən növ qidanı qəbul etməyi mənimsəmişdilər. Burada əsasən bəzi növ dəniz canlılarının ətlərinin çiy formada yeyilməsini qeyd etmək lazımdır. Digər yupik xalqları ilə qohumluq münasibətlərinin saxlanılmasına hər zaman önəm verilmişdir. Alyaska yupikləri ov zamanı, ovlanan heyvanların dərilərindən geyim və ayaqqabı kimi əşyaların hazırlanmasına digər dörd yupik xalqından qabaq başlamışlar.


(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


29. Həftə
Titanik — "Uayt Star Layn" (ing. White Star Line) şirkətinə məxsus buxar gəmisi.

Transatlantik səyahətlər üçün tikilmiş "Olimpik" tipinə aid olan üç ekiz-gəmidən biri. Suya buraxıldığı zaman dövrünün ən böyük sərnişin gəmisi. İlk səyahəti zamanı 14 aprel 1912-ci ildə Atlantik okeanında aysberqlə toqquşaraq 2 saat 40 dəqiqə sonra batmışdır. Göyərtəsindəki 1.316 sərnişin və 908 heyət üzvündən yalnız 705 nəfər xilas ola bilmiş, 1.514 nəfər həlak olmuşdur.

Titanikin batması nəticəsində insan itkisinin bu qədər böyük olmasına illər boyu müxtəlif səbəblər göstərildi. Ancaq ən əsas səbəb kimi gəmidə olan qayıqların sərnişinlərin sayına hesablanmaması idi. Titanikdə sərnişin tutumunun 3.547 olmasına baxmayaraq gəmidə 1.178 insanı xilas etdəcək sayda qayıq vardı. Qəza nəticəsində qadınların və uşaqların qayıqlara öncə mindirilməsi, ölənlər arasında kişilərin böyük bir üstünlük təşkil etməsinə səbəb olmuşdur. Titanikin hazırlanmasında dövrünə görə ən muasir texnologiyadan istifadə edilmişdir.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


30. Həftə
Möminə Xatun türbəsi — məşhur Azərbaycan memarı Əcəmi Naxçıvaninin şah əsəri və Naxçıvan-Marağa memarlıq məktəbinin ən dəyərli abidələrindən biri. Naxçıvan şəhərinin tarixi mərkəzində — Atabəylər Memarlıq Kompleksinin tərkibində yerləşir. Möminə xatun türbəsi həmin kompleksdən dövrümüzə çatmış yeganə abidədir.

Əcəmi Naxçıvaninin dövrümüzə çatmış ən gözəl əsəri olan Möminə xatun türbəsi bu gün də orta əsrlər Naxçıvan şəhərinin əzəmətini əks etdirir. Naxçıvan memarlıq məktəbinin, bədii memarlıq səviyyəsinin gözəl nümunəsi kimi şəhərin mərkəzində yüksəlir.

Türbənin uca gövdəsini yuxarıda qapayan yazıda – abidənin baş kitabəsində yazılmışdır: "...bu türbəni dünyanın elmli, adil məliki, böyük qalib Şəmsəddin Nüsrət əl islam və əl müslimin Cahan Pəhləvan atabəy Əbu Cəfər Məhəmməd ibn Atabəy Eldəgiz ...dünyanın və dinin cəlalı, islamın və müsəlmanların namusu Möminə xatunun xatirəsinə tikməyi əmr etdi!..."

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə