Ultras

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Ultras — azad azarkeş toplumudur. Ultras qrupları dünyanın hər yerində var. ultras bir mədəniyyətdir mədəniyyətin vətəni Xorvatiyaİtaliya sayılır. Azərbaycanda 10dan çox ultras qrupları fəaliyyət göstərir.

Ultras''' fanatik dəstəyi ilə tanınan bir növ futbol azarkeşləridir. Bu termin İtaliyada yaranıb lakin, bütün dünyada futbol komandalarının təşkil olunmuş azarkeşlərini təsvir etmək üçün istifadə olunur. Ultras qruplarının davranış tendensiyası onların məşəllərdən istifadəsini (əsasən tifo xoreoqrafiyasında), səs dəstəyini, bannerlərin nümayişini və s. əhatə edir, bunların hamısı öz komandalarını həvəsləndirmək və rəqibin oyunçularını və azarkeşlərini qorxutmaq üçün nəzərdə tutulub.

Ultras qrupları irqçilik və siyasi ideologiyaların, o cümlədən açıq-aşkar millətçiliyin və zorakılığın təsirinə məruz qalırlar. Son onilliklərdə "Ultras" mədəniyyəti xüsusilə idmanın və futbolun kommersiyalaşdırılmasına qarşı hərəkatın mərkəz nöqtəsinə çevrilmişdir.

Başlıca Ultras Prinsipləri

[redaktə | vikimətni redaktə et]
  • Ultraslar klubun səfər oyunlarında belə klublarını dəstəkləməlidir.
  • Səfər, iqlim çətinlikləri və ya məsafə onlara əngəl ola bilməz.
  • Ultraslar müstəqil olmaqla nə klub rəhbərliyi, nə də mətbuat onların işinə qarışa bilməz.
  • Lazım gəldikdə klubu üçün ölümünə döyüşən azarkeşlərdir.

Siyasi ideologiyaları

[redaktə | vikimətni redaktə et]

Ultras qrupların əksəriyəti milliyətçi, sosialist, komunist ideologiyadan olan insanlardandı. Heç Bİr siyasi partiya dəstəkçisi deyil.

Azərbaycanda Ultras mədəniyyəti

[redaktə | vikimətni redaktə et]

1. Forza Neftçi — 2009-cu ildə yaranmışdır. Azərbaycana Ultras mədəniyyətini gətirən azad azarkeş qrupu olan Forza Neftçi Azərbaycanda Ultras mədəniyyətinin inkişaf etməsində rolu çox böyükdür. Neftçinin ev oyunlarında "1A" sektorunda öz yerlərini alırlar.

2. Kapaz Ultras — 2014-cü ildə yaranıb. Kəpəzin ən fəal ultras qrupudur.

3. Neftçimaniya — 2010-cu ildə yaradılan və Azərbaycanda azarkeşlik mədəniyyətinin formalaşmasında böyük rolu olan azarkeş qruplarından idi. 2015-ci ildə bu qrup öz fəaliyyətini sonlandırmışdır.

4. İmarət Tayfa — 2009-cu ildə yaranıb. Qarabağ FK-nı dəstəkləyən azad azarkeş qrupudur. Avropada qolu vardır. Allahverdi Bağırovu ideal kimi götürürlər. Qarabağın ev oyunlarında 5-ci sektorda öz yerlərini alır.2-ci Vətən Müharibəsində şəhid Məhəmmədəli İbrahimli İmarət Tayfanın üzvü olmuşdur. Adı isə Ağdamda yerləşən İmarət stadionundan götürülmüşdür.

5. Red Black Army Qəbələ — 2015 Qəbələnin ilk və tək ultras qrupu.

6. Ultras — 57 Şəmkir — 2014 Şəmkirin ilk Azarkeş qrupu.

7. Green-Gate 2 Xəzər Lənkəran -Azərbaycanın ən böyük ultras qruplarından biri idi. Hazırda heç bir fəaliyyət göstərmir

8. Kimyaçılar Sumqayıt — Azərbaycanın kiçik Ultras qruplarından biridir

9. Milli Dəstə — 2014-də yaranıb. Qrup Avropada yaşayan azərbaycanlılar tərəfindən yaradılıb və idarə olunur. Avropa qitəsində bütün yerli klubları və Milli komandanı dəstəkləyir

10. Sector 11 — Azərbaycan Tribunasına misilsiz yenilik edən azarkeş qrupudur.

11. The Capital — Bakı FK nın ultras qrupu idi.

12. Caspian Ultras — Xəzər Lənkəranı dəstəkləyən azarkeş qrupudur.

13. Köhnə 13 — Neftçinin dəstəkləyən bir qrupdur və bu adla 2017-ci ildən fəaliyyət göstərir. Bakcell Arenada 4A sektorunda öz yerlərini tuturlar. Bəzi deyilənlərə görə qrupun üzvləri arasında keçmiş Neftçimaniya qrupunun üzvləri çoxluq təşkil edir.

14. Qarabağ Ordusu — 2004-cü ildə yaranan bu qrup Qarabağ Ağdam Futbol klubunun azarkeş qrupu olmaqla yanaşı Azərbaycanda yaranan ilk azarkeş qruplarından biridir. Qrup Qarabağ klubunun ev oyunlarında H2 kodlu sektordan öz dəstəyini göstərir və hələ də fəaliyyətini dəvam etdirir.

15. Ultras Turan — Bozqurdlar Ləqəbi ilə tanınan bu qrup 2017-ci ildə yaradılıb. Turan Tovuz Futbol Klubuna Azarkeşlik edən bu qrup adətən Türkçülüyü təbliğ edir. Azərbaycan Tribunasına Tovuz Futbol mədəniyyətini yaymağı özünə məqsəd qoyan bir qrupdur.

16. Qartal-2014-cü ildə fəaliyyətə başlayıb. Zirə Futbol klubunun azarkeşləridir.

17. Soldati Di Sabah — 2020-ci ildə fəaliyyətə başlayıb. Sabah Futbol Klubunun azerkeş qrupudur.

18. Ultras Biləcəri--- 2024-cü ildə fəaliyyətə başlayıb. Biləcəri Futbol klubunun azarkeş qrupudur.