Uşaqlığın atoniyası

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Uşaqlığın atoniyası
XBT-10 O62.2
DiseasesDB 13616
MeSH D014593
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Uşaqlıq atoniyasıuşaqlığın kifayət qədər yiğılmaması, əzələ divarlarının zəifləməsi və ya doğuşdan sonra uşaqlığın tonusunun tamamilə itirilməsidir. Doğuşdan sonra baş verən qanaxmaların ən mühüm səbəbi də uşaqlıq atoniyası hesab edilir.[1][2] Uşaqlıq atoniyası olan şəxslərdə doğuşdan sonra qanaxma başlayır və qadının ölümünə səbəb olur. Doğuşdan sonra baş verən ölümlər arasında ən çox rast gəlinən 5 haldan biri də uşaqlıq atoniyasıdır.[1][3] Əsasən doğuş zamanı uşaqlıq əzələlərinin daralması qan damarlarını sıxır və qan axınını azaldır. Bu da qanaxmanın qarşısını alır və laxtalanmaya kömək edir. Uşaqlıq əzələlərinin kifayət qədər yığılmaması isə kəskin qanaxmaya səbəb olur.[4] Doğuşdan sonrakı qanaxmanın uşaqlıq atoniyasından olub olmamasını müəyyən etmək üçün əvvəlcə uşaqlıq əzələlərinin yığılması üçün tədbirlər görülməlidir.

Risk faktorları

[redaktə | vikimətni redaktə et]

Uşaqlıq atoniyası üçün bir çox risk faktorları vardır və onlardan bəziləri doğuşun növü ilə əlaqədardır:[5]

  • Uzunmüddətli doğuşlar,
  • 3 saatdan az davam edən doğuşlar,
  • uşaqlığın çevrilməsi,
  • maqnezium sulfat infuziyalarının istifadəsi,
  • oksitosinin uzunmüddətli istifadəsi.

Birdən çox dölün olması, polihidramnioz, dölün makrosomiyası, uşaqlıq mioması, xorioamnionit kimi faktorların səbəb olduğu uşaqlıq yolunun genişlənməsi də uşaqlığın funksiyasının və atoniyasının azalmasına səbəb ola bilər.[6] Saxlanılan plasenta toxuması və ya plasenta implantasiyası, plasenta previa və plasentanın ayrılması kimi plasental pozğunluqlar ananın doğuşdan sonrakı qanaxma riskini artırır. Bədən kütləsi indeksinin (BKİ) 40-dan çox olması və koaqulopatiyalar da müəyyən edilmiş risk faktorlarıdır.[2][3][7][8]

Patofiziologiya

[redaktə | vikimətni redaktə et]

Uşaqlıq miyometrium kimi tanınan bir-birinə bağlı əzələ liflərindən ibarətdir. Plasentanı qidalandıran qan damarları bu əzələ təbəqəsindən keçir. Doğuşdan sonra qan damarlarını fiziki olaraq sıxan bu əzələlərin yığılması nəticəsində hemostaz baş verir.[9] Yerli hemostatik amillər, məsələn, toxuma faktoru plazminogen aktivatoru inhibitoru tip 1, həmçinin trombositlər və laxtalanma faktorları qan axını dayandırmağa kömək edir.[10] Miyometrium atonik hala gəldikdə isə fizioloji yığılma baş vermir.[9] Doğuş zamanı oksitosin davamlı olaraq ifraz olunur və bu da dölün doğulması üçün uşaqlıq əzələlərinin yığılmasını stimullaşdırır.[11] Qan axmanı dayandırmaq üçün oksitosin ifrazı doğuşdan sonra da davam edir.[11] Əgər oksitosin reseptorları desensibilizasiya olunarsa və hormona cavab verməzsə uşaqlıq yığılmaz. Bu zaman uşaqlıq struktur olaraq zədələnə və ya uzana bilir ki, bu da onun yığılmasına mane olur. Bu səbəbdən doğuş zamanı plasentanın damarları zədələnir və əzələ daralmalarının olmaması hemostazın əldə edilməsinə imkan vermir.[2]

Qan itkisi doğuşun gözlənilən əlamətlərindən biridir və 500 ml-dən az qan itkisi normal hesab olunur.[3][12][13] Lakin, bu miqdardan artıq qan itkisi normal hesab edilmir və qanaxma sayılır. Qeysəriyyə əməliyyatı keçirənlər adətən vaginal doğuşdan daha çox qan itirirlər. Buna görə də həddindən artıq qan itkisinin olub olmamasını müəyyən etmək üçün orta qan itkisi 1000 ml hesab edilir. Ananın qan itkisi yalnız vizual yolla müəyyən edildiyinə görə çox da aydın nəticələr vermir.[14]

Müalicəsi doğuşdan sonrakı vəziyyətə və qan itkisinə uyğun olaraq müəyyən edilir.

  1. 1 2 "Атония матки - Справочник заболеваний". rumedic.ru. İstifadə tarixi: 2020-11-13.
  2. 1 2 3 Prabhcharan Gill, Anjali Patel, James W. Van Hook MD. Uterine Atony // StatPearls (ingilis). Treasure Island (FL): StatPearls Publishing. 2020. 2021-08-27 tarixində arxivləşdirilib.
  3. 1 2 3 Hatem A Mousa, Jennifer Blum, Ghada Abou El Senoun, Haleema Shakur, Zarko Alfirevic. Treatment for primary postpartum haemorrhage // The Cochrane Database of Systematic Reviews . 2014 (ingilis) (2). 2014-02-12. doi:10.1002/14651858.CD003249.pub3. ISSN 1469-493X. 2021-04-20 tarixində arxivləşdirilib.
  4. Материнская смертность // 1. Малая медицинская энциклопедия. — Медицинская энциклопедия. 1991—96 гг. 2. Первая медицинская помощь. — Большая Российская Энциклопедия. 1994 г. 3. Энциклопедический словарь медицинских терминов. — Советская энциклопедия. — 1982—1984 гг. М.
  5. "Медицина О Переходе На Расчеты Показателя Материнской Смертности В Соответствии -Здоровье". 2017-06-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-03-27.
  6. "ВОЗ | Материнская смертность". 2016-12-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-03-27.
  7. Fionnuala Breathnach, Michael Geary. Uterine atony: definition, prevention, nonsurgical management, and uterine tamponade // Seminars in Perinatology . 33 (ingilis) (2). 2009-04. 82–87. doi:10.1053/j.semperi.2008.12.001. ISSN 1558-075X. 2021-04-20 tarixində arxivləşdirilib.
  8. Luisa A. Wetta, Jeff M. Szychowski, Samantha Seals, Melissa S. Mancuso, Joseph R. Biggio. Risk factors for uterine atony/postpartum hemorrhage requiring treatment after vaginal delivery // American Journal of Obstetrics and Gynecology . 209 (ingilis) (1). 2013-07. 51.e1–6. doi:10.1016/j.ajog.2013.03.011. ISSN 1097-6868. 2021-04-20 tarixində arxivləşdirilib.
  9. 1 2 T F Baskett. A flux of the reds: evolution of active management of the third stage of labour. // Journal of the Royal Society of Medicine . 93 (ingilis) (9). 2000-9. 489–493. ISSN 0141-0768. 2021-04-20 tarixində arxivləşdirilib.
  10. Maternal mortality in the United States, 1979–1986. — Abstract — Europe PubMed Central[ölü keçid]
  11. 1 2 Jérémie Belghiti, Gilles Kayem, Corinne Dupont, René-Charles Rudigoz, Marie-Hélène Bouvier-Colle. Oxytocin during labour and risk of severe postpartum haemorrhage: a population-based, cohort-nested case-control study // BMJ open . 1 (ingilis) (2). 2011. e000514. doi:10.1136/bmjopen-2011-000514. ISSN 2044-6055. 2020-09-19 tarixində arxivləşdirilib.
  12. "Акушерские кровотечения. Клинические рекомендации". medi.ru (rus). 2020-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-13.
  13. "Клинические рекомендации (протокол лечения) «Профилактика, алгоритм ведения, анестезия и интенсивная терапия при послеродовых кровотечениях» - Министерство здравоохранения Краснодарского края". www.minzdravkk.ru. İstifadə tarixi: 2020-11-13.[ölü keçid]
  14. N. L. Sloan, J. Durocher, T. Aldrich, J. Blum, B. Winikoff. What measured blood loss tells us about postpartum bleeding: a systematic review // BJOG: an international journal of obstetrics and gynaecology . 117 (ingilis) (7). 2010-06. 788–800. doi:10.1111/j.1471-0528.2010.02567.x. ISSN 1471-0528. 2021-04-20 tarixində arxivləşdirilib.