Teyt Makrey

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Teyt Makrey
ing. Tate McRae
Ümumi məlumatlar
Doğum tarixi 1 iyul 2003(2003-07-01)[1] (21 yaş)
Doğum yeri
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni, rəqqasə, səsyazma sənətçisi[d]
Fəaliyyət illəri 2013-cü ildən
Janr pop musiqisi[3]
Albom şirkəti RCA Records[2]
tatemcrae.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Teyt Makrey (ing. Tate McRae; 1 iyul 2003[1], Kalqari, Alberta) — Kanada müğənnisi. 13 yaşında olarkən o, ABŞ realiti televiziya şousu-rəqs müsabiqəsi "So You Think You Can Dance"-də finala qədər yüksələn ilk kanadalı iştirakçı kimi tanınma qazanıb. Teyt Makrey Forbes-in 2021-ci ildə tərtib etdiyi "30 Under 30" siyahısında yer alan ən gənc musiqiçi olmuşdur.

Onun 2017-ci ildə çıxardığı "One Day" sinqlı viral hitə çevrilmişdir. 2019-cu ildə o, RCA Records ilə müqavilə bağlayıb. Debüt miksteypi olan "All the Things I Never Said"-i 2020-ci ilin yanvarında təqdim edib. Teytin 2020-ci ildə yayımladığı "You Broke Me First" sinqlı video paylaşma tətbiqi olan TikTok sayəsində dünyanın xeyli sayda ölkəsində hit olmuşdur. Bu mahnı Billboard Hot 100-də 17-ci pillədə qərarlaşmışdır.

Teytin 2021-ci ildə çıxardığı "Too Young to Be Sad" adlı ikinci mini-albomu, Spotify-da qadın sənətçilərin yayımladığı digər mini-albomlar arasında ən populyarı və dinləniləni olmuşdur. Onun 2022-ci ildə təqdim etdiyi debüt studiya albomu "I Used to Think I Could Fly" tənqidçilər tərəfindən müsbət rəylərlə qarşılanmış və eyni zamanda kommersiya baxımından yaxşı nəticə göstərərək ABŞ Billboard 200 hit-paradında 13-cü pilləyə çatmışdır. Teyt Makreyin 2023-cü ildə yayımladığı "Greedy" sinqlı həm Kanadada, həm də ABŞ-də hit-paradlara başçılıq etmişdir. Onun növbəti sinqlı "Exes" Kanada hit-paradlarında ilk onluğa, Billboard Global 200-də isə 23-cü sıraya düşmüşdür. Onun 2023-cü ildə işıq üzü görən ikinci studiya albomu "Think Later" bir çox ölkələrdə ilk beşliyə daxil olub.

Teyt Rozner Makrey 1 iyul 2003-cü ildə Alberta əyalətinin Kalqari şəhərində, Kanadanın milli bayramı olan Kanada Günündə anadan olub.[4] Onun atası əslən şotland, anası əslən almandır.[5] Dörd yaşı olanda ailəsi atasının işi ilə əlaqədar Omana köçmüşdür. Anası orada rəqs dərsləri verirdi. Onlar üç il orada yaşayıblar.[6][7] Teyt Omanda olarkən Maskatdakı Beynəlxalq Amerikan Məktəbində (The American International School Muscat) getmişdir.[8] O, altı yaşında ikən hobbi kimi rəqslə məşğul olur və dərslər alırdı.[9] Səkkiz yaşında Kalqariyə qayıtdıqdan sonra o, rəqslə daha ciddi məşğul olmağa başlayıb.[10] O, rəqs təlimləri və müsabiqələr təşkil edən rəqs şirkəti "Drewitz Dance Productions"-un müsabiqələrində iştirak edirdi. Teyt 11 yaşından başlayaraq, anasına məxsus bir rəqs şirkəti olan "YYC Dance Project"-də müxtəlif rəqs üslubları üzrə dərslər almışdır.[11] O, həmçinin Alberta Balet Şirkətinin (Alberta Ballet Company) təlim müəssisəsi olan Alberta Balet Məktəbində (Alberta Ballet School) balet üzrə dərs alıb.[9][12][13] Teyt Makrey "Western Canada High School"-da oxumuş və oradan 2022-ci ildə onlayn məzun olmuşdur.[14][15]

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]

Teyt Makrey, Kalqari şəhərinin buzüstü hokkey komandası olan "Calgary Flames"-in fanatıdır və tez-tez onların oyunlarına baxmağa gedir.[16]

O, 2021-ci ilin sonundan 2023-cü ilin əvvəlinə qədər Ohayonun hokkey komandası olan "Columbus Blue Jackets"-in oyunçusu Koul Sillincer[ing.] ilə münasibətdə olmuşdur.[17] 2024-cü ilin aprelində avstraliyalı repçi The Kid Laroi[ing.], Teyt Makrey ilə romantik münasibətdə olduğunu bildirib.[18]

Studiya albomları

  1. 1 2 Dutch Top 40.
  2. 1 2 https://www.rcarecords.com/artist/tate-mcrae/.
  3. https://wyldemag.com/interviews/2020/4/17/the-wylde-interview-tate-mcrae.
  4. Tate McRae – Instagram Live at Gov Ball (September 24, 2021) (ingilis), September 24, 2021, April 24, 2022 tarixində arxivləşdirilib, İstifadə tarixi: April 24, 2022
  5. Johnson, Tom. "On The Rise: Tate McRae". The Line of Best Fit (ingilis). March 6, 2020. November 11, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 18, 2020.
  6. Kim, Jae-Ha. "Go Away With ... Tate McRae". Chicago Tribune. October 8, 2019. June 18, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 22, 2022.
  7. Di Orio, Laura. "Up and Coming: Tate McRae". Dance Informa. June 4, 2015. June 25, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 22, 2020.
  8. "Tate McRae Trivia | 40 facts about the young singer". Useless Daily: Facts, Trivia, News, Oddities, Jokes and more! (ingilis). February 24, 2021. December 19, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 9, 2021.
  9. 1 2 "Tate McRae, 12, Calgary dancer a Top 10 contestant on So You Think You Can Dance". CBC News. June 29, 2016. October 11, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 22, 2020.
  10. "Interview: Dancer and Singer Tate McRae". Everly Mag. March 19, 2018. April 1, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 11, 2020.
  11. "YYC Dance Project: A dance team with a dancer's best interests at heart". Dance Informa. May 2, 2018. April 5, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 11, 2020.
  12. Hunt, Stephen. "Kevin Chen and Tate McRae, Calgary's new generation of artists". Calgary Herald. July 22, 2013. December 19, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 22, 2020.
  13. Pappaianni, Kayla. "Tate McRae Is This Month's 'One To Watch' Artist!". CKIS-FM. January 31, 2020. June 25, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 22, 2020.
  14. Volmers, Eric. "Fast Track: Calgary teen Tate McRae's music career is exploding, but she still has to do her homework". Calgary Herald. May 8, 2020. December 19, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 22, 2020.
  15. Sang, Zach. "Tate McRae Talks Stupid, all the things i've never said, Billie Eilish comparisons & more!" (Event occurs at 1:20). The Zach Sang Show. January 21, 2020. May 4, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 24, 2020.
  16. "Tate McRae repped Flames at NHL All-Star Game | Offside". dailyhive.com (ingilis). 2024-05-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-12.
  17. Leijon, Erik. "Tate McRae's Ex Cole Sillinger Responds To NHL All-Star Game Cheating Meme: 'All False My Guy'". Complex (ingilis). Canada. February 7, 2024. April 20, 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 20, 2024.
  18. Dailey, Hannah. "The Kid Laroi Calls Tate McRae His 'Girlfriend' On Stage at Dublin Concert: Watch". Billboard (ingilis). April 15, 2024. April 20, 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 20, 2024.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]