Tafofobiya

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Orta əsrlərdə bir çox ixtiraçı insanın diri-diri basdırılması və bundan sonra baş verən proseslər haqqında müxtəlif araşdırmalar aparmışdılar.

Tafofobiya — Şəxsin diri-diri basıdırılmaqdan və ya məzarda ayılmasından qorxması, fobiyaların bir növü. Yunancadan τάφος - taphos, "məzar, qəbir"[1] və φόβος - phobos, "qorxu"[2] sözlərinin tərcüməsindən formalaşaraq məzar qorxusu, qəbir qorxusu anlamına gəlməkdədir.".[3]

Müasir tibb elminin formalaşmasına qədər qorxu hissi tamamilə irrasional hesab olunmurdu. Tarix ərzində insanların diri-diri basdırılmasını əks etdirən onlarla fakt mövcud olmuşdur və bu üsul əsasən qiyamçılara və əsir edilmiş düşmən əsgərlərinin cəzalandırılması zamanı ağır bir metod kimi istifadə olunmuşdur. İngilis reformçu Uliyam Teb vəfat etməmiş şəxslər üçün təşkil edilən cənazə mərasimləri ilə bağlı kiçik bir araşdırma gerçəkləşdirmişdir və əldə etdiyi nəticəyə görə 219 diri-diri basdırılma, 149 həqiqi canlı məzar və 2 nəfərin məzarda ayılması faktının baş verdiyini müəyyənləşdirmişdir.[4]

  1. τάφος Arxivləşdirilib 2022-09-23 at the Wayback Machine, Henry George Liddell, Robert Scott, A Greek-English Lexicon, on Perseus
  2. φόβος Arxivləşdirilib 2017-10-24 at the Wayback Machine, Henry George Liddell, Robert Scott, A Greek-English Lexicon, on Perseus
  3. Dietrich H. "Taphophobia and resurrection mania", Schweizer Arkiv für Neurologie, Neurochirurgie und Psychiatrie. 1977;120(2):195–203 Şablon:PMID
  4. Steven B. Harris, M.D. "The Society for the Recovery of Persons Apparently Dead". Cryonics. September 1990. 2006-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2006-12-06.