Sulxan-Saba Orbeliani

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Sulxan-Saba Orbeliani
gürc. სულხან-საბა ორბელიანი
Doğum tarixi
Doğum yeri Tanziya, Borçalı
Vəfat tarixi
Fəaliyyəti leksiqraf, dilçi, diplomat, şair, yazıçı, xəttat
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Sulxan-Saba Orbeliani (gürcücə: სულხან-საბა ორბელიანი) (1658-1725) – Gürcü yazıçısı, monax və siyasətçi.

Knyaz nəslindən olan Sulxan-Saba Orbeliani Borçalının İndiki Bolnisi rayonunun tabeçiliyində olan Tanziya kəndində anadan olmuşdur. 1689-cu ildən David Qaraca monastrında Saba ləqəbi ilə monax olmuş, 1692-ci ildən buranı katolik kilsəsinə çevirmişdir. 1703-cü ildən Kartli çarlığında diplomatik xidmətlə məşğul olmuşdur.

Orbelianinin ictimai fəaliyyətinin əsas qayəsini cəmiyyətin ali zümrəsini katolikləşdirmək olmuşdur. 1713-16-cı illərdə o, gürcü çarı VI Vaxtanqın timsalında buna xeyli dərəcədə nail ola bilmişdir. O, bu kimi fəaliyyətinə görə Gürcü Ortodoks Apostol Kilsəsinin təhdidləri ilə üzbəüz qalmışdır. 1719-cu ildə ortodoks kilsənin iclasında məruz qaldığı ittihamlardan sonra cəmiyyətdən izolə edilən və uğursuzluqlara düçar olan Orbeliani 1724-cü ildə çar Vaxtanqla birlikdə Rusiyaya mühacirət etmiş, ömrünün sonunadək orada yaşamışdır. azsxdcfvgbhnjmk,l.;

  • Gürcü dili lüğəti
  • Uydurmanın hikməti (Azərbaycan dilinə tərcümə olunmuşdur)
  • Əsərləri, 5 cilddə