Steppenwolf (musiqi qrupu)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Steppenwolf
Əsas məlumatlar
Üslub blyuz-rok[d], hard-rok, ənənəvi hevi-metal[d], hevi-metal, psixodelik rok
Fəaliyyət illəri
  • 1967–1972
  • 1974–1976
  • 1980–2018
Ölkə ABŞ
Şəhər Los-Anceles,Kaliforniya [1][2]
Leybl
  • ABC Dunhill
  • Mums
  • Epic
  • MCA
Heyət
  • Con Key
  • Cerri Edmonton
  • Qoldi MakCon
  • Maykl Monarx
  • Raşton Moreve
  • Nik St. Nikolas
  • Larri Byrom
  • Corc Biondo
  • Kent Henri
  • Bobbi Kokran
  • Endi Çapin
  • Ueyn Kuk
  • Maykl Palmer
  • Stiv Palmer
  • Deeni Arynston
  • Kurtis Til
  • Çad Peri
  • Brett Taql
  • Uelton Qit
  • Roket Ritşot
  • Les Dudek
  • Stiv Fister
  • Maykl Uilk
  • Qeri Link
  • Ron Hurst
  • Denni Conson
steppenwolf.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Steppenwolf, 1968-1972-ci illərdə məşhur olan Kanada-Amerikan rok qrupu idi.Qrup 1967-ci ilin sonunda Los-Ancelesmüğənni Con Key, klaviatura ifaçısı Qoldi MakCon və əvvəllər kanadalı Sparrows qrupundan olan təbilçi Cerri Edmonton tərəfindən qurulmuşdur.[1][2][3] Gitarist Maykl Monarx və bas gitarist Raşton Moreve Los-Ancelesdəki səsyazma və musiqi alətləri mağazalarında yerləşdirilmiş elanlar vasitəsilə işə qəbul edilmişdi.

Steppenwolf dünya səviyyəsində 25 milyondan çox satış həyata keçirmiş,[4] yeddi Qızıl albom və bir Platinum albom buraxmış, Billboard Hot 100-də 13 sinql çıxartmışdır.Onlardan yeddisi Top 40 hit,"Born to Be Wild", "Magic Carpet Ride" və "Rock Me" isə Top 10-a daxil olmuşdur.[5] Steppenwolf, 1968-1972-ci illərdə dünya miqyasında uğurlu olsa da sonradan heyətin dağılmağı ilə nəticələndi.Con Key, 1967-ci ildən bəri qrupun yeganə dəyişilməz üzvdür.Hətta qrup 1980-dən 2018-ə qədər John Kay & Steppenwolf adı altında fəaliyyət göstərmişdir.

1965-ci ildə Con Key məşhur Kanada qrupu olan The Sparrows-a qatıldı. Qrup isə çox keçmədən dağıldı.[6]

Qrupun yüksəlişi və çöküşü (1967–1972)

[redaktə | mənbəni redaktə et]

1967-ci ilin sonlarında Qabriel Mekler Con Keyi The Sparrow yenidən yaratmağa çağırdı və Herman Hessenin 1927-ci ildə eyni adlı romanından ilhamlanaraq qrupun adının Steppenwolf-a(Yalquzaq) dəyişdirilməsini təklif etdi.[3][7] Steppenwolfun ilk iki sinqlı "A Girl I Knew" və "Sookie Sookie" oldu.Qrup nəhayət 1968-ci ildə üçüncü "Born to Be Wild" sinqlından və "The Pusher"-dən sonra dünya şöhrətini artırdı.Hər iki mahnı 1969-cu il istehsalı Easy Rider filmində istifadə olunaraq diqqətləri daha da cəlb etdi .[3] Filmdə əsasən motosikllardan istifadə olunduğu üçün "Born to Be Wild" mahnısı motosikllarla assosasiya olunur.

Steppenwolf 1968-ci ildə ,o vaxta qədər ən böyük şoularından biri hesab olunan Fillmore East-də oynayaraq insanların biraz da rəğbətini qazandılar.[8] 27 Noyabr 1968-ci ildə isə Baltimor Vətəndaş Mərkəzində Iron Butterfly ilə birlikdə konsert verdilər.

Qrupun sonrakı albomlarında daha bir neçə hit sinqqları oldu.Bunlara The Second-dan (Steppenwolfun ikinci albomu) "Magic Carpet Ride" (ilk üçə çıxan) və At Your Birthday Party albomundan "Rock Me" sinqlları daxildir.[3] Həmçinin bunlar da bir milyondan çox satılmışdı.ABŞ-nin Vyetnam müharibəsi siyasətini şübhə altına alan Monster qrupun ən siyasi albomu idi.1969-cu ildəki Monster albomunun ardından, ertəsi il, qrup, "Snowblind Friend" mahnısının da daxil olduğu Steppenwolf 7 albomunu buraxdılar, Hoyt Akstonun qələmə aldığı mahnıda dövrün narkotik problemlərindən bəhs olunurdu.[9] 1970-ci ilin ortalarında canlı çıxışlarında qrup tərkibi Con Key, Cerri Edmonton, Qoldi Makcon, Larri Byrom və Corc Biondodan ibarət idi.Bu heyət də bir yerdə qala bilmədi, Byromun Makcon ilə problemləri olduğu üçün 1971-ci ilin əvvəllərində qrupdan çıxdı.

Bir neçə ildən sonra qrupun heyətində bir neçə dəyişiklik daha edildi.Moreve 1968-ci ildə sevgilisi tərəfindən zəlzələ olacağı təqdirdə dənizdə batacağına inandırıldığı üçün Los-Ancelesə gəlməkdən imtina etdi və qrupdan qovulmuşdu.Rob Blək hələ The Sparrowsda qrup yoldaşı olmuş Nik Nikolas gələnə qədər qrupdakı boşluğu doldurdu.Maykl Monarx isə, 1969-cu ilin avqust ayında Con Key ilə münasibətləri pisləşdiyindən qrupdan çıxdı.1971-ci ilin Noyabr ayında Key, Henri, Biondo, MakCon və Edmontondan ibarət qrup For Ladies Only albomunu buraxdı.Albom romantik, siyasi və sosial lirik məzmuna malik olması və qrup üzvlərindən bir neçəsinin aparıcı vokalda yer almasına görə diqqəti cəlb etdi.

Qrupun dağılması (1972-1973)

[redaktə | mənbəni redaktə et]

Qrup 1972-ci ilin Sevgililər Günü Los-Ancelesdə vida konsertindən sonra dağıldı.[9] Con Key, solo karyerasına davam etdi.1972-ci ildə Forgotten Songs and Unsung Heroes albomundan "I'm Movin' On" mahnısı ilə hit olmağı bacardı.Əksər tənqidçilərdən ümumiyyətlə yüksək qiymət almasına baxmayaraq, albom satışları məyus edici oldu.Key 1973-cü ildə ikinci solo albomu olan My Sportin' Life-ı çıxardı.Bu albom ilk solo albomundan da az satıldı və səs baxımından daha az cəlbedici olmuşdu.Daha sonra Con Key John Kay & Steppenwolf adı altında ABŞ və Avropa bir neçə tura çıxdı.

Yenidən birləşmə (1974–1976)

[redaktə | mənbəni redaktə et]

Steppenwolf 1974-cü ildə yenidən quruldu.Qrupda Key,Edmonton, MakCon,uzun müddət basçı olan Biondo və yeni gələn Eddi Kokranın qardaşı oğlu Bobbi Kokran(gitarada) yer alırdı.[3] Qrup, Keyın solo albomları üçün Dunhill Records dəstək olmadığından qisas olaraq Mums Records ilə müqavilə imzaladı.Yenidən birləşmədən sonra qrupun ilk albomu Slow Flux oldu. Bu alboma top 40 hit-ə girməyi bacaran "Straight Shootin' Woman"-da daxil idi.[3] 1975-ci ilin fevralında, MakCon istefaya göndərildi və onun yerinə Endi Çapin gəldi.Çapinin gəlməsi ilə 1975-ci ildə Hour of the Wolf albomunu buraxdılar.Key qrupu yenidən ləğv etməyə çalışdı, lakin leybl Epic Records tərəfindən mənimsənildi və Steppenwolfu, müqavilə öhdəliklərini yerinə yetirmək üçün daha bir albom buraxmaqda israr etdi.Uayne Kukunun klaviaturalarda yer aldığı sonrakı albom Skullduggery 1976-da buraxıldı və uğursuz olduğundan qrup ikinci dəfə dağıldı.Key, Steppenwolfun dağıldığını elan etmək üçün populyar musiqi televiziya şousu The Midnight Speciala çıxdı və ayrıca "Hey I'm Alright" mahnısının solo versiyasını ifa etdi.Bu mahnı Keyın 1978-ci ildə Mercury Records-da yayımlanan All In Good Time albomunda üçüncü solo kimi yer aldı.[3]

"Yeni Steppenwolf" dirçəlişi (1976–1980)

[redaktə | mənbəni redaktə et]

Key Steppenwolfu dağıtdıqdan sonra, keçmiş üzvlər MakCon və Nik Nikolas "Yeni Steppenwolf" adlı "dirçəliş aktı" qurdular.MakCon çox keçmədən tərk etsə də Nikolas bir neçə il davam etdi.Həmin müddətdə Tom Holland,Stiv Riley kimi şəxslər qrupda fəaliyyət göstərdi.Rolling Stone Ensiklopediyası Rock & Roll bu qrupları Steppenwolfun "qeyri-peşəkar, saxta versiyaları" olaraq xarakterizə etmişdi.[10] Key və Edmonton "Yeni Steppenwolf" adının istifadəsini lisenziyalaşdırsalar da, daha sonra müqavilə pozulduğu üçün məhkəməyə müraciət etdilər.Nik Nikolas 1980-ci ildə adın istifadəsini dayandırmağı qəbul etdi,buna baxmayaraq məhkəmə prosesləri 2000-ci illərə qədər davam etdi.[11]

John Kay & Steppenwolf (1980–2018)

[redaktə | mənbəni redaktə et]
Key və Steppenwolf ifası Lillehammer, Norveç, May 26, 2007

Yenilənmiş John Kay & Steppenwolf sıralarında Con Key, Maykl Palmer (gitara, bekvokal), Stiv Palmer (təbil, bekvokal), Denni Ayronston (klaviatura, bekvokal) və basda Kurtis Til yer aldı.Palmer qardaşları Tall Water adlı bir qrupda çıxıs etmiş və ayrıca 1970-ci illərin sonunda Keyin solo karyerasında canlı konsertlərdə iştirak etmişdilər.Til 1981-ci ilə qədər Çad Perri və Bert Taql tərəfindən əvəz olundu və yeni qrup Live in London albomunu buraxdı.Daha sonra Maykl Uilk Bret Taqlı əvəz etdi və qrup 1982-ci ildə Wolftracks albomunu buraxdı. Wolftracks, bu sahədə rəqəmsal olaraq yazılmış ən erkən albomlardan biri idi.Ardınca 1984-cü ildə Paradox albomunu buraxdı. 1984-cü ilin dekabrında qrup dağıldı.Key və Uilk qrupa Ron Hurst və Roket Ritşoteni dəvət elədi. 1989-cu ildə Roketin yerinə Les Dudek gəldi. 1996-ci ildə isə Denni Conson gitarist kimi fəaliyyətə başladı.Daha sonra qrup yenidən Herman Hessenin Der Steppenwolf(Yalquzaq) əsərinin adını aldı.Qrup, 6 oktyabr 2007-ci il tarixində Merilendin Aberdeen şəhərindəki Ripken Stadionunda "Vida Konseri" adını verdikləri konsertdə ifa etdi.Lakin Qeri Link tərəfindən birləşən qrup 2009-cu ilin iyun ayında yenidən qastrol səfərlərinə başladı.[12]

Steppenwolf, 2017-ci ildə Rock and Roll Fame Hall adına namizəd göstərildi, lakin seçilmədi.[13][14]

25 iyun 2019-cu ildə New York Times sjurnalı, Steppenwolfu, 2008 Universal Studios yanğınında materiallarının məhv edildiyi bildirilən yüzlərlə sənətçinin yer aldığı siyahıya aldı.[15]

22 Noyabr 2019-cu ildə Con Key qrupun 14 Oktyabr 2018 şousunun sonuncu olduğunu elan etdi.[16]

Adı Aktiv illər Alət Töhfələri
Con Key
  • 1967–1972
  • 1974–1976
  • 1980–2018
  • aparıcı vokal
  • ritm və slayd gitaraları
  • klaviatura (2007–2011)
Bütün Steppenwolf buraxılışları
Cerri Edmonton
  • 1967–1972
  • 1974–1976
  • təbil
  • zərb
  • bekvokal
1968-1976 arası bütün Steppenwolf buraxılışları
Qoldi Makcon
  • 1967–1972
  • 1974–1975
  • klaviatura
  • bekvokal
1968-1974 arası bütün Steppenwolf buraxılışları
Maykl Monark 1967–1969
  • aparıcı gitarist
  • bekvokal
  • Steppenwolf (1968)
  • The Second (1968)
  • At Your Birthday Party (1969)
Raşton Moriv
  • 1967–1968
  • 1978
  • bas
  • bekvokal
  • Steppenwolf (1968)
  • The Second (1968)
Nik St.Nikolas 1968–1970 bas
  • At Your Birthday Party (1969)
  • Early Steppenwolf (1969)
  • Monster (1969)
  • Steppenwolf Live (1970)
Larri Birom 1969–1971
  • aparıcı gitarist
  • bekvokal
  • Monster (1969)
  • Live (1970)
  • Steppenwolf 7 (1970)
Corc Biondo
  • 1970–1972
  • 1974–1976
  • bas
  • bekvokal
  • 1970-1976 arası bütün Steppenwolf buraxılışları
  • Wolftracks (1982) – qonaq bekvokal
Kent Henri 1971–1972 aparıcı gitarist For Ladies Only (1971)
Bobbi Kokran 1974–1976
  • aparıcı gitarist
  • bekvokal
  • Slow Flux (1974)
  • Hour of the Wolf (1975)
  • Skullduggery (1976)
Endi Çapin 1975 klaviatura Hour of the Wolf (1975)
Ueyn Kuk 1975–1976 Skullduggery (1976)
Maykl Palmer 1980–1984
  • aparıcı gitarist
  • bekvokal
  • Live in London (1981)
  • Wolftracks (1982)
  • Paradox (1984)
Stiv Palmer
  • təbil
  • zərb
  • bekvokal
Denni Ayronston 1980
  • klavitura
  • bekvokal
Kurtis Til
  • bas
  • bekvokal
Çad Peri 1980–1981 bas Live in London (1981)
Bret Taql 1980–1982
  • klaviatura
  • bekvokal
  • Live in London (1981)
  • Wolftracks (1982) – yalnız vokalda
  • Paradox (1984) – yalnız vokalda
Maykl Uilk
  • 1981–2007
  • 2011–2018
  • Klaviatura
  • piano
  • bekvokal
Wolftracks (1982)-dan sonra bütün buraxılışlar
Uelton Qite 1981–1982 bas Wolftracks (1982)
Qeri Link
  • 1982–2018
  • bas
  • bekvokal
Paradox (1984)
Ron Hurst 1984–2018
  • təbil
  • bekvokal
Rock & Roll Rebels (1987) -dan sonra bütün buraxılışlar
Roket Ritşot
  • 1985–1989
  • 1990–1993
  • aparıcı gitarist
  • bekvokal
  • Rock & Roll Rebels (1987)
  • Rise & Shine (1990)
  • Live at 25 (1995)
  • Feed the Fire (1996)
Les Dudek 1989 aparıcı gitarist
Stiv Fister
  • 1989–1990
  • 1993–1996
Denni Conson 1996–2018
  • aparıcı gitarist
  • bekvokal
  • Feed the Fire (1996)
  • Live in Louisville (2000)
Steppenwolf
  • Steppenwolf (1968)
  • The Second (1968)
  • At Your Birthday Party (1969)
  • Monster (1969)
  • Steppenwolf Live (1970)
  • Steppenwolf 7 (1970)
  • For Ladies Only (1971)
  • Slow Flux (1974)
  • Hour of the Wolf (1975)
  • Skullduggery (1976)
John Kay & Steppenwolf
  • Wolftracks (1982)
  • Paradox (1984)
  • Rock & Roll Rebels (1987)
  • Rise & Shine (1990)
  1. 1 2 allmusic.com. "Steppenwolf Bioqrafiyası" (ingiliscə). 2021-02-17 tarixində arxivləşdirilib.
  2. 1 2 Steppenwolf.com. "Bioqrafiya". 2020-10-26 tarixində orijinalından arxivləşdirilib.
  3. 1 2 3 4 5 6 7 Strong, Martin C. The Great Rock Discography (5th). Edinburq: Mojo Books. 2000. 932–934. ISBN 1-84195-017-3.
  4. Val Haller. "If You Like Steppenwolf, Try the Black Keys". The New York Times. 5 Fevral, 2013. 2022-06-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-15.
  5. Dahl, Bill. "Steppenwolf (Steppenwolf album)". AllMusic. 1944-04-12. 2011-02-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-11-05.
  6. "Rolling Stone Ensiklopediyası". 2001.
  7. "John Kay & Steppenwolf | Welcome to The Official Website". Steppenwolf.com. 2022-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-07-17.
  8. "Billboard". 23 November 1968. 2022-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-08-24.
  9. 1 2 Kolin Larkin (yazıçı), redaktorEncyclopedia of Popular Music (Concise). Virgin Books. 1997. səh. 1135. ISBN 1-85227-745-9.
  10. The Rolling Stone Encyclopedia of Rock & Roll. Simon & Schuster. 2001. ISBN 9780743201209.
  11. Burr, Sherri. Burr's Entertainment Law in a Nutshell. West Academic. 2012. PT274. ISBN 9781628106435.
  12. "2009 Concert Tour". Steppenwolf.com. 2021-01-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-12-16.
  13. Média, Bell. "Canada's Steppenwolf Nominated For Rock And Roll Hall Of Fame". Iheartradio.ca. 2022-05-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-16.
  14. "Steppenwolf Frontman John Kay on Rock Hall of Fame Nomination: 'It's a Surprise'". Billboard.com. 2021-05-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-16.
  15. Rosen, Jody. "Here Are Hundreds More Artists Whose Tapes Were Destroyed in the UMG Fire". The New York Times. June 25, 2019. June 25, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 28, 2019.
  16. "The End of an Era & A New Beginning'". Steppenwolf.com. 2020-08-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-12-16.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]