Stefan Nemaniç tacı
Stefan Nemaniç tacı (serb. Круна Стефана Првовенчаног) — əfsanəyə görə, Serbiya kralı Stefan Nemaniçə tacqoyma mərasimində təqdim olunan tac. Rəvayətə görə, 1201-ci ildə Stefan Nemaniç Roma Papası III İnnokentiyə onu kral olaraq tanımaq və tac göndərmək istəyi ilə müraciət etdi,[1] lakin onun bu istəyini 1207-ci ildə papa III Honorius yerinə yetirdi və Stefanın taclandığı tacı ona göndərdi.[2] Rəvayətə görə, Stefandan sonra gələn bütün serb kralların taclandırılması üçün ondan istifadə edilmişdir, lakin çarlardan başqa (IV Stefan Uroş Duşan və V Stefan Uroş fərqli taclardan istifadə etmişdilər). Sikkələr və freskaların üstündə olan görüntülərə əsasən, tacın zanbaq çələngindən ibarət olduğu qənaətinə gəlmək olar.
Lakin, 1217-ci ildə Stefan Nemaniçə Romadan belə bir tacın verilməsinə dair kifayət qədər dəlil tarixçilər tərəfindən təqdim edilmir, çünki Stefan rəsmi olaraq yalnız 1222-ci ildə Müqəddəs Sava tərəfindən pravoslav ayini ilə Jiça monastırında tac edilmişdir. Bəzi nəzəriyyələrə görə, Stefana kral tacı Bizansdan gəlib və Bizanslıların razılığı ilə Stefanın taclanması baş tutmuşdur,[3] lakin tacın Stefana hər-hansısa yerdən göndərildiyi haqqında Serbiya salnamələrində heç bir məlumat tapılmamışdır.[4] Serbiya Bizansla olduqca yaxın təmasda olduğundan Bizansın Serbiya mədəniyyətinə təsiri artdı, buna görə də tacın freskalarda təsvir olunması dayandırıldı. Tac Kotromaniçlərin gerbində də təsvir olunmuşdur, hansılar ki onu Bosniyanın krallıq elan olunması və I Tvrtkonun taxta çıxmasından sonra əlavə etmişdilər.
Taclanmış krallar
[redaktə | mənbəni redaktə et]Şəkili | Hökmdar | Sülalə | Tac olunduğu il |
---|---|---|---|
Stefan Nemaniç | Nemaniçlər | 1217-ci il | |
Stefan Radoslav | Nemaniçlər | 1228-ci il | |
Stefan Vladislav | Nemaniçlər | 1234-cü il | |
I Stefan Uroş | Nemaniçlər | 1243-cü il | |
Stefan Draqutin | Nemaniçlər | 1276-cı il | |
II Stefan Uroş Milutin | Nemaniçlər | 1282-ci il | |
Stefan Konstantin | Nemaniçlər | 1321-ci il | |
III Stefan Uroş Deçanski | Nemaniçlər | 1322-ci il | |
IV Stefan Uroş Duşan | Nemaniçlər | 1331-ci il (kral), 1346-cı il (çar; oğlu V Stefan Uroş ilə birlikdə hökmdarlıq edirdi) | |
V Stefan Uroş | Nemaniçlər | 1346-cı il (atası IV Stefan Uroş Duşan ilə birlikdə hökmdarlıq edirdi) | |
Vukaşin Mrnyavçeviç | Mrnyavçeviçlər | 1365-ci il (V Stefan Uroş ilə birlikdə hökmdarlıq edirdi) | |
Marko Kraleviç | Mrnyavçeviçlər | 1371-ci il (V Stefan Uroşun varisi və Serbiya kralı və çarı) |
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Стефан II Первовенчанный, великий жупан Сербии (1196-1202, 1204-1217), король Сербии (1217-1228) Arxivləşdirilib 2019-07-14 at the Wayback Machine (rus.)
- ↑ Краљ Стефан Првовенчани (1196-1228) Arxivləşdirilib 2017-06-05 at the Wayback Machine (serb.)
- ↑ Крунисање српског краља – Стефана Првовенчаног – у Жичи на Спасовдан 1221. Arxivləşdirilib 2018-07-11 at the Wayback Machine (serb.)
- ↑ Стефан Првовенчани није краљевску круну добио из Ватикана него из Византије Arxivləşdirilib 2017-08-10 at the Wayback Machine (serb.)