Sisleytaniya
Sisleytaniya (lat. Cisleithania sözündən, "Layta çayına qədər olan torpaqlar" mənasını verir) — 1867—1918-ci illərdə Avstriya-Macarıstan monarxiyasının tərkib hissələrindən biri və Avstriya İmperatorluğunun (Macarıstan krallığının yox) birbaşa nəzarət etdiyi ərazi.
Tarixi
[redaktə | mənbəni redaktə et]Avstriya torpaqlarının rəsmi adı alm. Die im Reichsrat vertretenen Königreiche und Länder idi ki, mənaca Reyxsratda (İmperiya Şurasında) təmsil olunan krallığlar və torpaqlar demək idi.
1867-ci il razılaşmasından əvvəl və onun nəticəsində yaranan Avstriya-Macarıstanın Sisleytaniya və Transleytaniya (yəni Layta çayının "bu və o tərəfindən") adlı hissələrə bölünmüşdür və "Avstriya" termini 1804-cü ildə yaradılan Avstriya İmperiyasının bütün torpaqları üçün ümumi bir ad kimi istifadə olunurdu. Avstriya-Macarıstan dövründə "Avstriya" ölkənin Sisleytaniya hissəsinə deyilirdi, Transleytaniya isə daha geniş mənada Macarıstan krallığına.
Coğrafi cəhətdən, Avstriya tacının torpaqlarına təkcə müasir Avstriya deyil, həm də Çexiya və Sloveniya, müasir Xorvatiya, Polşa və Ukraynanın əhəmiyyətli vilayətləri, həmçinin İtaliyanın bəzi bölgələri (Qoritsia, Triest və Tirolun bir hissəsi) daxil idi.
Avstriya-Macarıstanın tərkibində Sisleytaniya (Avstriya) torpaqları Macarıstandan ayrı parlament (yuxarıda qeyd olunan Reyxsrat), hökumət (nazir-prezident tərəfindən idarə olunan) və bir sıra digər idarəetmə orqanları.
İnzibati-ərazi bölgüsü
[redaktə | mənbəni redaktə et]"Reyxsratda təmsil olunan krallığlar və torpaqlar"a" daxil idi:
Sıralama | İnzibati vahidin adı | Sahəsi
(km²) |
Əhalisi
(1902-ci il) |
Əhali sıxlığı (nəf./km²) |
---|---|---|---|---|
1 | Aşağı Avstriya ershersoqluğu | 19 823 | 3 204 793 | 161,6 |
2 | Yuxarı Avstriya ershersoqluğu | 11 984 | 819 623 | 68,4 |
3 | Zalsburq hersoqluğu | 7153 | 198 485 | 27,7 |
4 | Ştiriya hersoqluğu | 22 426 | 1 377 559 | 61,4 |
5 | Karintiya hersoqluğu | 10 327 | 369 519 | 35,7 |
6 | Krayna hersoqluğu | 9956 | 511 424 | 51,3 |
7 | Avstriya Sahili: a) İstriya markqraflığı | 4955 | 352 987 | 71,2 |
8 | b) Qoritsa və Qradişka knyaz qrafılığı | 2918 | 236 641 | 81,1 |
9 | c) Triest şəhəri, bölgə ilə | 95 | 184 568 | 1942,8 |
10 | Tirol qraflığı | 26 682 | 867 438 | 32,5 |
11 | Forarlberq bölgəsi | 2602 | 132 989 | 51,1 |
12 | Bohemiya krallığı (Çexiya) | 51 948 | 6 429 755 | 123,8 |
13 | Moraviya markqraflığı | 22 222 | 2 479 269 | 111,6 |
14 | Sileziya qraflığı | 5147 | 701 828 | 136,3 |
15 | Qalisiya və Lodomeriya krallığı (Krakov şəhəri ilə) | 78 493 | 7 495 606 | 95,5 |
16 | Bukovina hersoqluğu | 10 442 | 746 245 | 71,4 |
17 | Dalmasiya krallığı | 12 835 | 603 425 | 47,0 |
Cəmi | 300 008 | 26 712 154 | 89,6 |