Safari (brauzer)
Safari | |
---|---|
Tipi | brauzer |
Tərtibatçı | Apple |
Proqramlaşdırma dili | C++[2], C[2], Assembler[2], Objective-C[2], əlifba, JavaScript |
Əməliyyat sistemi | macOS[3], İOS, iPadOS[d], Microsoft Windows |
Yayımlanma tarixi | 7 yanvar 2003 |
Sonuncu versiya |
|
Sayt | apple.com/safari/ |
Vikianbarda əlaqəli mediafayllar |
Safari — "Apple" tərəfindən hazırlanmış veb-brauzer. Bu, "macOS", "iOS" və "iPadOS" daxil olmaqla "Apple"ın əməliyyat sistemlərində quraşdırılmışdır. "Safari" KHTML-dən əldə edilən "Apple"ın açıq mənbəli brauzer mühərriki "WebKit"dən istifadə edir.
"Safari" 2003-cü ilin yanvarında "Mac OS X Panther"də təqdim edilmiş, 2007-ci ildə çıxan ilk nəslindən bəri "iPhone"a daxil edilmişdir. Bu, o dövrlərdə "Mac"da ən sürətli brauzer idi. "Apple" 2007-ci və 2012-ci illər arasında "Windows" versiyasını saxlamışdı,[4][5] lakin bazar payının aşağı olması səbəbindən onu tərk etmişdir. 2010-cu ildə "Safari 5" oxucu rejimi, genişləndirmələr və inkişaf etdirici alətləri təqdim etmişdir. 2017-ci ildə buraxılmış "Safari 11" veb izləməni bloklamaq üçün süni intellektdən istifadə edən "Ağıllı İzləmə qarşısının alınması"nı əlavə etmişdir. "Safari 13"də "Apple Pay" üçün dəstək və FIDO2 təhlükəsizlik açarları ilə autentifikasiya əlavə olunmuşdur. Onun interfeysi "Safari 15"də yenidən işlənmişdir.
Zəmin
[redaktə | mənbəni redaktə et]1994-cü ildə buraxıldıqdan sonra "Netscape Navigator" sürətlə dominant "Mac" brauzerinə çevrilmiş və nəticədə "Mac OS"ə birləşdirilmişdir.[6] "Microsoft" 1996-cı ildə "Mac" üçün "Internet Explorer", "Apple" isə veb-brauzerdən ibarət "Cyberdog" internet paketini buraxmışdır. "Apple" 1997-ci ildə "Cyberdog"u dayandırmış və "Internet Explorer"u "Mac OS 8.1"dən başlayaraq standart brauzer etmək üçün "Microsoft" ilə beş illik razılaşma əldə etmişdir. "Netscape" bütün "Macintosh"larda əvvəlcədən quraşdırılmağa davam etmişdi.[6] "Microsoft" 2000-ci ilin may ayında "Mac OS X DP4"ə köçürülmüş "Mac" üçün "Internet Explorer"u yeniləməyə davam etmişdi.[7]
Bazar payı
[redaktə | mənbəni redaktə et]2009-cu ildə "Safari" 3,85% bazar payına sahib idi.[8] 5,56% (2010), 7,41% (2011), 10,07% (2012) və 11,77% (2013) bazar payları ilə beş il ərzində həmin reytinqdə sabit qalmışdır.[9][10][11] 2014-cü ildə 14,20% bazar payı ilə "Firefox"a çatmışdı.[12][13] 2015-ci ildə "Safari" "Google Chrome"dan sonra dünyada ən çox istifadə edilən ikinci veb brauzer oldu və 13,01% bazar payına sahib oldu.[14] 2015-ci ildən 2020-ci ilə qədər müvafiq olaraq 14.02%, 14.86%, 14.69%, 17.68% və 19.25% bazar payını tutmuşdur.[15][16][17][18][19][20] 2021-ci ilin noyabr ayına olan məlumata görə, "Google Chrome" ən populyar brauzer olmağa davam etmiş, "Safari" (19,22%) isə ikinci yeri tutmuşdur.[21]
2022-ci ilin may ayında "StatCounter"in məlumatına görə, "Apple"ın "Safari" veb-brauzeri "Microsoft"un "Edge"ni keçərək üçüncü ən populyar masaüstü brauzer olmuşdur. "Safari" o zaman dünya üzrə masaüstü kompüterlərin 9,61 faizi tərəfindən istifadə edilirdi.[22] Bir il sonra "Safari" yenidən ikinci yeri tutmuşdur.[23]
Tənqidi
[redaktə | mənbəni redaktə et]"Sophos" proqram təminatı firması o vaxt "Snow Leopard" və "Windows" istifadəçilərinin "Safari 6" buraxılışı tərəfindən necə dəstəklənmədiyini ətraflı izah etmişdi.[24] Bu vaxt həmin platformalarda 121-dən çox boşluq qalmışdı.[25] O vaxtdan bəri "Snow Leopard"ın yalnız üç kiçik versiya buraxılışı baş tutmuş (ən sonuncusu 2013-cü ilin sentyabrında),[26] "Windows"da isə heç bir buraxılış olmamışdı.[27] "Apple" tərəfindən heç bir rəsmi açıqlama verilməmişdir, lakin mütəxəssislərə görə, bunlar bu əməliyyat sistemləri üçün mövcud olan son versiyalardır və hər ikisində əhəmiyyətli təhlükəsizlik problemləri var.[28][29]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ About the security content of Safari 18.
- ↑ 1 2 3 4 Introduction to WebKit (ing.). 2007.
- ↑ https://support.apple.com/de-de/HT211292. 2020.
- ↑ Warren, Tom. "Apple removes Safari for Windows references and download links following version 6 release". The Verge (ingilis). 2012-07-25. November 11, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-23.
- ↑ Kahney, Leander. Inside Steve's Brain: Business Lessons from Steve Jobs, the Man Who Saved Apple (ingilis). Atlantic Books. 2010-05-01. ISBN 978-1-84887-784-9.
- ↑ 1 2 "RIP Netscape Navigator (1994–2008)". Engadget (ingilis). December 23, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-23.
- ↑ "Apple Releases Mac OS X Developer Preview 4 with Final API Specs". Apple Inc. (Press-reliz). May 15, 2000. March 8, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 13, 2018.
- ↑ "Browser Market Share Worldwide of 2009". Statcounter. 2009. July 30, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 19, 2021.
- ↑ "Browser Market Share Worldwide of 2010". Statcounter. 2010. April 24, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 19, 2021.
- ↑ "Browser Market Share Worldwide of 2011". Statcounter. 2011. April 24, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 19, 2021.
- ↑ "Browser Market Share Worldwide of 2012". Statcounter. 2012. May 16, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 19, 2021.
- ↑ "Browser Market Share Worldwide of 2014". Statcounter. 2014. June 14, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 19, 2021.
- ↑ "Browser Market Share Worldwide of 2012". Statcounter. 2012. May 16, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 19, 2021.
- ↑ "Browser Market Share Worldwide of 2015". Statcounter. 2015. June 14, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 19, 2021.
- ↑ "Browser Market Share Worldwide of 2015". Statcounter. 2015. June 14, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 19, 2021.
- ↑ "Browser Market Share Worldwide of 2016". Statcounter. 2016. May 16, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 19, 2021.
- ↑ "Browser Market Share Worldwide of 2017". Statcounter. 2017. May 16, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 19, 2021.
- ↑ "Browser Market Share Worldwide of 2018". Statcounter. 2018. May 16, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 19, 2021.
- ↑ "Browser Market Share Worldwide of 2019". Statcounter. 2019. March 11, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 19, 2021.
- ↑ "Browser Market Share Worldwide of 2020". Statcounter. 2020. May 16, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 19, 2021.
- ↑ "Browser Market Share Worldwide of September 2021". Statcounter. 2021. December 8, 2021 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: December 10, 2021.
- ↑ Hardwick, Tim. "Microsoft Edge Overtakes Safari as World's Second Most Popular Desktop Browser". MacRumors. May 3, 2022. May 8, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 3, 2022.
- ↑ "Apple's Safari Again Overtakes Microsoft Edge as Second Most Popular Desktop Browser". MacRumors (ingilis). 2023-05-02. İstifadə tarixi: 2023-05-28.
- ↑ Long, Joshua. "Where are the Safari security updates for Windows and Snow Leopard? Users left exposed". Naked Security. July 30, 2012. August 3, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 30, 2012.
- ↑ "About the security content of Safari 6". Apple Inc. July 25, 2012. June 22, 2020 tarixində arxivləşdirilib.
- ↑ "Safari 5.1.10 for Snow Leopard". Apple Inc. September 12, 2013. July 14, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 5, 2015.
- ↑ "Safari 5.1.7 for Windows". Apple Inc. May 9, 2012. December 27, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 27, 2012.
- ↑ Verry, Tim. "Apple No Longer Updating Safari for Windows, Users Should Switch To A More Secure Browser". PC Perspective. August 6, 2012. November 27, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 5, 2015.
- ↑ Bond, John-Michael. "Apple isn't updating Snow Leopard anymore, here's what you should know". The Unofficial Apple Weblog. February 28, 2014. February 5, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 5, 2015.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- apple.com/safari/ — Rəsmi saytı