Səbzəli Cavadov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Səbzəli Cavadov
ing. Sabzali Javadov
Doğum tarixi 20 may 1960(1960-05-20)
Doğum yeri
Vəfat tarixi 4 iyun 2024(2024-06-04) (64 yaşında)
Vəfat yeri
Fəaliyyəti tədqiqatçı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Səbzəli Cavadov (tam adı: Səbzəli Əbil oğlu Cavadov; 20 may 1960, Xaçmaz4 iyun 2024, ABŞ) — Azərbaycan və ABŞ alimi,[1] tibbi biokimyaçı və fizioloq, tibb elmləri doktoru (1992), professor (1993), Amerika Kardioloqlar Cəmiyyətinin fəxri üzvü (2015), Amerika Fizioloqlar Cəmiyyətinin üzvü (2009), Amerika Redoks Biologiya və Tibb Cəmiyyətinin üzvü (2015), Amerika Milli Sağlamlıq İnstitutunun (2017) və Amerika Kardiologiya Cəmiyyətinin elmi qrant komitələrinin üzvü (2015), İngiltərə (2012), Belçika (2010), Çexiya (2011) və Xorvatiyanın (2010) elm fondlarının Ad-hoc üzvü.[2][3][4][5]

Səbzəli Cavadov 1960-cı il mayın 20-də Azərbaycan Respublikasının Xaçmaz rayonunda ziyalı ailəsində anadan olub. 1977-ci ildə Bakı şəhəri Kimya-biologiya təmayüllü respublika liseyini bitirmişdir. 1977–1983-cü illərdə Piroqov adına 2-ci Moskva Tibb İnstitutunun (indiki adi: Piroqov adına Rusiya Milli Tədqiqat Tibb Universiteti) tibbi-biologiya fakültəsində biokimya ixtisası üzrə təhsil almışdır.[6] 1983–1986-cı illərdə SSRİ Tibb Elmləri Akademiyası Ümumittifaq Kardiologiya Elmi Mərkəzinin Eksperimental Kardiologiya İnstitutunda aspirant olmuşdur. 1985-ci ildə Mərkəzin aspirantları və gənc alimləri arasında keçirilən elmi müsabiqənin qalibi olmuş və fəxri fərmanla təltif edilmişdir. 1986-cı ildə biokimyakardiologiya ixtisasları tibb elmləri namizədi alimlik dərəcəsi almışdır. 1986–1993-cü illərdə Azərbaycana qayıdıb Elmi-Tədqiqat Kardiologiya İnstitutunda işə başlamış, respublikada ilk eksperimental kardiologiya laboratoriyasını təşkil etmiş və ona rəhbərlik etmişdir. 1992-ci ildə Rusiya Kardiologiya Elmi-İstehsalat Kompleksi (indiki adi: Rusiya Milli Tibbi Elmi-Tədqiqat Kardiologiya Mərkəzi) və Rusiya Xalqlar Dostluğu Universitetinin müştərək elmi şurasında doktorluq dissertasiyası müdafiə etmişdir. 1993–2003-cü illərdə Azərbaycan Tibb Universitetində biokimya kafedrasının professoru olmuş və eyni zamanda "Hüceyrə patologiyasının biokimyası" problem elmi-tədqiqat laboratoriyasına rəhbərlik edib. 1993–2003-cü illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədr müavini vəzifəsində çalışmış və Komissiyanın Rəyasət Heyətinin üzvü olmuşdur. 2003–2008-ci illərde Kanadanın Qərbi Ontario Universitetinin (indiki adı: Qərb Universiteti) Tibb fakültəsinin dəvəti ilə Kanadaya köçmüş və elmi tədqiqatlarını bu universitetdə davam etdirmişdir. 2009-cu ildən ABŞ-də Puerto Riko Universitetinin Tibb Fakültəsinin professoru və Ürək Mitoxondrilərin Tədqiqi Elmi Laboratoriyasının direktoru idi.[7][8]

Səbzəli Cavadov 4 iyun 2024-cü ildə, 64 yaşında ABŞ-də vəfat edib.[9]

Elmi fəaliyyətinin əsas istiqamətləri

[redaktə | mənbəni redaktə et]

Cavadov ürək biokimyası və fiziologiyası üzrə xüsusi təlim və təcrübəyə malik beynəlxalq səviyyədə tanınmış alimdir. Onun tədqiqatları əsas etibarilə müxtəlif heyvan, orqanhüceyrə eksperimental modelləri və sistemlərindən istifadə etməklə, koronar ürək xəstəlikləri (miokard infarktı və işemiya-reperfuziya) zamanı ürək disfunksiyasında, həmçinin beyin-ürək çarpazlığında mitoxondrilərin rolunun aydınlaşdırılmasına yönəlib. Son illər o, ürək hüceyrələrində apoptoz, nekroptoz, ferroptoz, piroptoz, və autofagiya kimi müxtəlif ölüm mexanizmlərində mitoxondrilərin rolunu araşdırır. Həmçinin, Cavadov ürək xəstəliklərinin müalicəsi üçün yeni mitoxondriyaya istiqamətlənmiş terapevtik strategiyaların işlənib hazırlanmasında iştirak edir. Cavadovun tədqiqat işləri Amerika Milli Sağlamlıq İnstitutunun və Amerika Elm Fondunun qrantları hesabına maliyyələşdirilir.

Elmi nailiyyətlər

[redaktə | mənbəni redaktə et]
  1. Ürəyin işemiya-reperfuziya zədələnməsində mitoxondrilərin keçiriciliyinin rolunu araşdırmışdır.
  2. İşemik prekondişin və natrium-hidrogen dəyişdirici inhibitorlarının kardioprotektiv təsirlərində mitoxondrilərin rolunu müəyyən etmişdir.
  3. Ürək işemiya-reperfuziyası zamanı mitoxondria tənəffüs superkomplekslərinin rolunu aşkar etmişdir.
  4. Miokard infarktı və işemiya-reperfuziya zədələnməsinin müalicəsi üçün yeni azot oksid tərkibli mitoxondriyaya hədəflənmiş antioksidanların təsir mexanizmlərini öyrənir.
  5. Digər ölüm mexanizmləri ilə müqayisədə ürəkdə ferroptotik hüceyrə ölümündə mitoxondrilərin rolunu öyrənir.

Elmi əməkdaşlıq

[redaktə | mənbəni redaktə et]
Cavadov 2 dekabr 2023-cü ildə Portuqaliyanın Koimbra Universitetində "Yaşlanma, qocalma və hüceyrə ölümündə mitoxondrilər" mövzusunda beynəlxalq simpoziuma dəvət olunmuş və məruzə ilə çıxış etmişdir.

1987–2001-ci illərdə Almaniya, Macarıstan, İngiltərəKanadanın aparıcı universitetlərində birgə tədqiqatlar aparıb.[10] 1995-ci ildə Britaniya Konsulluğunun dəvəti ilə OksfordBristol Universitetlərində olmuşdur. 1997–2001-ci illərdə üç dəfə Böyük Britaniya Kral Cəmiyyətinin Beynəlxalq Mübadilə Qrantını qazanmış və Bristol Universitetinin Biokimya kafedrasında dəvətli professor kimi çalışmışdır. Son illər o, ABŞ-nin Pittsburq Universiteti, Miçiqan Dövlət Universiteti, Roçester Universiteti, Arkanzas Tibb Elmləri Universiteti, Sinsinnati Universiteti və Templ Universitetinin, eləcə də Avstriyanın Edinburq Universitetinin və Lüdviq Boltzmann Travmatologiya İnstitutunun və Türkiyənin Ege Universitetinin alimləri ilə əməkdaşlıq edib. O, mütamadi olaraq Azərbaycana səfər edir, və son illər Azərbaycan Tibb Universitetinin, Xəzər Universitetinin, Bakı Dövlət Universitetinin, V. Y. Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun tələbələri, professor-müəllim heyəti və elmi işçiləri ilə görüşlər keçirmişdir.[11][12][13][14][15]

Elmi cəmiyyət və komitələrdə mövqeyi

[redaktə | mənbəni redaktə et]
  • Amerika Kardioloqlar Cəmiyyətinin siravi üzvü (2004–2015) və fəxri üzvü (2015-ci ildən).
  • Amerika Fizioloqlar Cəmiyyətinin (2009-cu ildən) və Redoks Biologiya və Tibb Cəmiyyətinin (2015-ci ildən) üzvü.
  • Beynəlxalq Ürək Tədqiqatları Cəmiyyətinin (2006–2010), Avropa Biokimyaçılar Cəmiyyətləri Federasiyasının (1986–2005), Britaniya Ürək-Damar Tədqiqatları Cəmiyyətinin (1997–2003), Amerika Farmakologiya və Eksperimental Terapevtiklər Cəmiyyətinin (2006–2008) üzvü.
  • Amerika Milli Sağlamlıq İnstitutunun və Amerika Kardioloqlar Cəmiyyətinin elmi qrant komitələrinin üzvü, həmçinin İngiltərə , Belçika, Çexiya və Xorvatiyanın elmi fondlarının Ad-hoc üzvü.
  • Sədr/Həmsədr/Rəyçi: Amerika Kardioloqlar Cəmiyyətinin konfransları (2016–2017); Kanada Qərb Universitetində illik Konfransları (2005–2008); Biologiya, Nanotexnologiya, Toksikologiya və Tətbiqlər Elmi Konfransları, Little Rock, AR (2009–2012); İllik Amerika Fizioloqlar Cəmiyyətinin PR bölmə Konfransları, PR; ABŞ Redoks Biologiya və Tibb Cəmiyyətinin İllik Konfransları; 2-ci Dünya Anatomiya və Fiziologiya Konqresi Roma, İtaliya, 2019.[16]
  • Amerika Fizioloqlar Cəmiyyətinin Puerto Riko bölgəsi və Puerto Riko Fizioloqlar Cəmiyyətinin prezidenti (2015–2016 və 2019–2020).
  • Tibbi və biotibbi tədqiqatlar sahəsində 10-dən çox jurnalın redaksiya heyətinin üzvü və 30-dan çox elmi jurnalda Ad-hoc rəyçi;
  • Antioxidants & Redox Signaling (2010), Frontiers in Physiology (2013), Cells (2019–2020) və Antioxidants (2023) jurnallarında qonaq redaktor.

Məhsuldarlıq və mükafatlar

[redaktə | mənbəni redaktə et]
  • ABŞ Stenford Universiteti tərəfindən hazirlanmiş reytinq cədvəlinə görə 2022 və 2023-cü illərdə dünyanın ən çox istinad edilən top 2% alimlərin siyahısına daxil edilib:[17]
  • Onun Hirşa indeksi 50-dir, elmi əsərlərinə 9000 dəfədən çox istinad edilmişdir.[18]
  • 2017 və 2018-ci illərdə Puerto Riko Universitetinin Tibb Elmləri Kampusunun aspirantları tərəfindən ilin "Fəxri Professoru" seçilmişdir.
  • 15-dən çox namizədlik və doktorluq dissertasiyalarının elmi rəhbəri olmuşdur.

Elmi əsərləri

[redaktə | mənbəni redaktə et]

Cavadov 140-dan çox elmi məqalənin[19], kitab və kitab bölməsinin müəllifidir, 3 patentə sahibdir, 120-dən çox elmi konfransda çıxış etmişdir. Onun məqalələri " Lancet", "Redox Biology", "Cardiovascular Research", "Basic Science in Cardiology", "Antioxidants and Redox Signaling", "Pharmacology and Therapeutics", "Cells", "Journal of Molecular and Cellular Cardiology", "Cell Biology and Toxicology", "Journal of Molecular Medicine", "American Journal of Physiology" və bir sıra digər yüksək impakt faktorlu jurnallarda dərc edilmişdir. Cavadovun nəşr etdiyi elmi məqalələrin tam siyahısı ilə ABŞ-nin Milli Tibb Kitabxanasının bir hissəsi olan Milli Biotexnologiya Məlumat Mərkəzinin Medline (PubMed) internet səhifəsində tanış olmaq olar.[20][21]

Kitab və kitab fəsilləri

[redaktə | mənbəni redaktə et]
  1. Kuznetsov AV, Javadov S, Ausserlechner MJ, Hagenbuchner J (2021). The role of cytoskeletal proteins in the regulation of mitochondrial function. In: Recent Research Advances in Biology v. 8, Chapter 5, 17 may 2021, p. 39–63, Book Publisher International, London, UK. ISBN: 978-93-91215-34-7 (Print); ISBN: 978-93-91215-35-4 (eBook);[22]
  2. Mitochondria in Health and Diseases (Eds: Javadov S, Kozlov AV & Camara AKS) (2020). Pages: 434; Published: Sep 2020; MDPI Books, Basel, Switzerland; ISBN 978-3-03936-384-1 (Hbk); ISBN 978-3-03936-385-8 (PDF);[23]
  3. Mitochondria: the cell powerhouse and nexus of stress (Eds: Javadov S & Kuznetsov AV) (2014). Frontiers Media SA, Switzerland, ISSN: 16648714, ISBN: 9782889192830, DOI: 10.3389/978-2-88919-283-0, 121 pages.
  4. Halestrap AP, Kerr PM, Javadov SA, Suleiman M-S. (2001) The permeability transition pore in myocardial ischemia and reperfusion. In: Mitochondria in Pathogenesis (Lemasters, J. & Nieminen, A-M., eds), Plenum, New York, Chapter 9:177–199.
  5. Sharov VG, Javadov SA, Beskrovnova NN, Tolokolnikov AV, Kryzhanovsky SA, Kaverina NV, Bobkov YG. (1989) Ultrastructural aspects of protective effect of exogenous phosphocreatine on ischemic myocardium. In: Phosphocreatine: Biochem Pharm Effect & Clin Appl, Moscow, Nauka, (in Russian):160–173.
  6. Energetic metabolism of cardiovascular system: experimental and clinical investigations. (Gelfgat E & Javadov S, eds), Baku (in Russian), 1988, 116p.
  7. Saks VA, Javadov SA, Pozin EP, Preobrazhensky AN. (1988) Biochemical basis of the protective action of phosphocreatine on the ischemic myocardium. In: Heart Surgery (Ed. L. D’alessandro), Rome, Italy:155–171.
  8. Saks VA, Sharov VG, Kupriyanov VV, Lakomkin VL, Preobrazhensky AN, Javadov SA, Anukhovsky EP, Rosenshtraukh LV, Semenovsky ML, Kaverina NV. (1988) Phosphocreatine and related compounds: protective action on the ischemic myocardium. In: Metabolism of Myocardium, (Eds Chazov EI & Smirnov VN), Moscow, Nauka, (in Russian) :158–185.
  9. Saks VA, Sharov VG, Kupriyanov VV, Javadov SA, Anukhovsky EP, Beskrovnova NN, Rosenshtraukh LV. (1987) Phosphocreatine and related compounds: protective action on the ischemic myocardium. In: Myocardial Metabolism. Cardiology reviews. Suppl.2, (Eds Smirnov VN & Katz AM), London, Horwood Acad. Publ. GmbH, UK:446–480.
  10. Saks VA, Javadov SA, Pozin EP, Preobrazhensky AN. (1987) Biochemical basis of the protective action of phosphocreatine on the ischemic myocardium. In: Creatine Phosphate: Biochem Pharmacol & Clin Effic, Edizioni Minerva Medica, Torino, Italy:95–111.
  11. Rosenshtraukh LV, Saks VA, Anukhovsky EP, Beloshapko GG, Preobrazhensky AN, Javadov SA. (1986) Analysis of antiarrhythmic action of the exogenous phosphocreatine in acute phase of the experimental myocardial infarction. In: News in Cardiology (Ed. Chazov E), Vneshtorgizdat, Moscow (in Russian):129–133.
  1. Iskenderov RI, Ermishina IG, Javadov SA, Musayev VR, Popova NA. A culture medium "Cerebrobact" for lactoabacillus. Patent of Russian Federation — No 1808008 from October 10, 1992, Moscow.
  2. Iskenderov RI, Egorov BB, Ermishina IG, Sasunov NSh, Vlasova TF, Kiryanova EA, Popova NA, Javadov SA, Eiyubov ES, Miroshnikova EV, Ermolin GA. A method to obtain of enzyme hydrolyzat and culture medium for eukaryote cells. Patent of USSR — No 18808 from July 30, 1991, Moscow.
  3. Sharov VG, Javadov SA, Vikhert AM, Saks VA. A method for determination of the sarcolemma damages in cardiac cells. Patent of USSR — No 1428986 from August 31, 1987, Moscow.
  1. "Səbzəli Cavadov. Tibb elmləri doktoru, professor, Böyük Britaniya Kral Cəmiyyətinin üzvü, Amerika Birləşmiş Ştatları Puerto-Riko Universitetinin professoru". iqtisadiyyat.com. 2023-06-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 dekabr 2023.
  2. "Loop | Sabzali Javadov". loop.frontiersin.org. İstifadə tarixi: 26 noyabr 2023.
  3. "Sabzali Javadov | Profiles RNS". connect.rtrn.net. 2023-11-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 noyabr 2023.
  4. "Sabzali Javadov". researchgate.net. 2022-11-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 noyabr 2023.
  5. "Forward Symposium 2022". Puerto Rico Science, Technology & Research Trust. 7 sentyabr 2022. 2023-11-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 noyabr 2023.
  6. "Azərbaycanda elmi dərəcənin, vəzifənin olması xaricdə heç bir əhəmiyyət daşımır- Amerikada yaşayan professor - MÜSAHİBƏ". www.medicina.az (az.). 2023-03-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 dekabr 2023.
  7. "Səbzəli Cavadov. Tibb elmləri doktoru, professor, Böyük Britaniya Kral Cəmiyyətinin üzvü, Amerika Birləşmiş Ştatları Puerto-Riko Universitetinin professoru". elmidiaspor.edu.az. İstifadə tarixi: 1 dekabr 2023.
  8. "Dr. Sabzali Javadov". Department of Physiology. 9 mart 2016. 2021-10-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 dekabr 2023.
  9. "Tanınmış azərbaycanlı alim Səbzəli Cavadov vəfat edib". 2024-06-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-14.
  10. "ABŞ-da çalışan azərbaycanlı professor". bakupost.az. İstifadə tarixi: 1 dekabr 2023.[ölü keçid]
  11. "Amerika universitetinin professoru ATU-da mühazirə oxuyub". amu.edu.az (az.). 2024-06-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-01.
  12. "Professor Sabzali Javadov of the University of Puerto Rico, USA, holds a scientific seminar at Khazar University". khazar.org (ingilis). 2024-06-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 dekabr 2023.
  13. "ABŞ-ın Puerto-Riko Universitetinin professoru tələbələr və gənc alimlər üçün elmi seminar keçirib". azertag.az. 2024-06-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 dekabr 2023.
  14. "Amerika universitetinin professoru Xəzər Universitetində mühazirə oxuyub". azertag.az. 2019-04-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 dekabr 2023.
  15. "ABŞ-nin Puerto-Riko Dövlət Universitetinin professoru BDU-da elmi seminar keçirib". tehsil.biz. 2024-06-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 dekabr 2023.
  16. "2nd World Congress on Anatomy and Physiology". pulsusconference.com. 2024-06-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 dekabr 2023.
  17. Ioannidis, John P. A. "October 2023 data-update for "Updated science-wide author databases of standardized citation indicators"" (ingilis). 4 oktyabr 2023. doi:10.17632/btchxktzyw.6. 2023-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 dekabr 2023.
  18. "Google Scholar". scholar.google.com.pr. 2024-06-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 dekabr 2023.
  19. "My Bibliography - NCBI". www.ncbi.nlm.nih.gov (ingilis). 2024-06-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 dekabr 2023.
  20. "javadov%20s - Search Results". PubMed (ingilis). 2024-06-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 dekabr 2023.
  21. "dzhavadov s - Search Results - PubMed". PubMed (ingilis). 2024-06-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 dekabr 2023.
  22. Kuznetsov, Andrey V.; Javadov, Sabzali; Ausserlechner, Michael J.; Hagenbuchner, Judith. "The Role of Cytoskeletal Proteins in the Regulation of Mitochondrial Function". Recent Research Advances in Biology Vol. 8 (ingilis). 17 may 2021. 39–63. doi:10.9734/bpi/rrab/v8/7822D. 14 June 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 dekabr 2023.
  23. "Mitochondria in Health and Diseases" (English). MDPI - Multidisciplinary Digital Publishing Institute. 4 sentyabr 2020. doi:10.3390/books978-3-03936-385-8. 2024-06-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 dekabr 2023.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]