Ron Mueck
Bu məqalədə çoxsaylı problemlər mövcuddur. Zəhmət olmasa, səhifəni redaktə edərək və ya mövcud problemləri müzakirə səhifəsində diskussiya edərək həll edin.
|
Ron Mueck | |
---|---|
Doğum tarixi | 9 may 1958[1] (66 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | kino aktyoru, heykəltaraş, vizual incəsənət rəssamı, aktyor |
Vikianbarda əlaqəli mediafayllar |
Ron Mueck — avstraliyalı hiperrealist heykəltaraş.
Həyatı
[redaktə | mənbəni redaktə et]1958-ci ildə Avstraliyada alman əsilli bir ailədə anadan olmuşdur. Valideynləri oyuncaqların, xüsusilə kuklaların hazırlanması ilə məşğul idi. Ron gənclik illərində Melburnda uşaq kanallarının birində yaradıcı direktor kimi fəaliyyət göstərmişdir.
Ron Mueck ilk dəfə "Ölü ata" (Dead dad) adlı skulpturası ilə ictimaiyyətin diqqətini çəkmişdi. Bu işində o, qısa zaman əvvəl ölən atasını təsvir etmişdi. "Ölü ata" skulpturası 1997-ci ildə Londonda "Sensation" sərgisində təqdim olunan eksponatlar arasına daxil idi.
Ron Mueck ilk fərdi sərgisini 1998-ci ildə Londonda Anthony d’Offay qalereyasında gerçəkləşdirmişdir. 2000–2002-ci illər ərzində sənətkar London Milli Galereyasında fəaliyyət göstərir. 2 il ərzində o, "Ana və uşaq" (mother and child), "Hamilə qadın" (pregnant woman), "Qayıqdakı adam" (man in a boat), "Bələnmiş körpə" (Swaddled Baby) əsərlərini yaradır.
İşləri
[redaktə | mənbəni redaktə et]Mueck-in skulpturaları insan bədəninin kiçik detallarını özündə əks etdirir. O, hər bir skulpturanın hazırlanmasına bir ildən də artıq vaxt sərf edir. Ron Mueck-in əsərləri Kanada Milli Galereyası, Avstraliya Milli Galereyası, San Fransisko Müasir İncəsənət Muzeyi və bir çox məşhur sərgi salonlarında sərgilənməkdədir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Verdier A. Mueck, Ron (ing.). // Grove Art Online / J. Turner [Oxford, England], Houndmills, Basingstoke, England, New York: OUP, 2017. doi:10.1093/GAO/9781884446054.ARTICLE.T096908
- ↑ Ron Mueck. The Broad.