5°42′ c. e. 36°36′ q. u.HGYO

Riu-Qrandi-du-Norti

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Riu-Qrandi-du-Norti
Bayraq[d] Gerb[d]
Bayraq[d] Gerb[d]

5°42′ c. e. 36°36′ q. u.HGYO


Ölkə
Tarixi və coğrafiyası
Yaradılıb 1891
Sahəsi
  • 53.306,8 km²
Hündürlük
142 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 3.302.729 nəf. (2022)[1]
Rəqəmsal identifikatorlar
ISO kodu BR-RN
Rəsmi sayt
Riu-Qrandi-du-Norti xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Riu-Qrandi-du-Norti (port. Rio Grande do Norte) — Braziliyanın şərqində yerləşən ştat. Braziliyanın şinal-şərq regionuna daxildir. Ştatın inzibati mərkəzi Natal şəhəridir. Riu-Qrandi-du-Norti qərbdən Seara, cənubdan Paraiba ştatı ilə sərhədlənir.

Riu-Qrandi-du-Norti ştatı Cənubi Amerikada özünün çimərlikləri, qum dyunları və təmiz havası ilə məşhurdur[2].

Ştat ərazisində iki tip iqlim hakimdir: rütubətli və quru tropik. Rütubəli iqlim əsasən sahil zonada, quru iqlim isə sahil ərazilərdən başqa bütün ərazilərdə hakimdir. Quru iqlim əsasən az yağıntı ilə əlaqədardır. Bəzən bir necə il ərzində belə yağıntı düşmür.

Riu-Qrandi-du-Norti ərazisinə daxil olan Rokas atolu Atlantik okeanında Natal şəhərindən 260 km şərqdə yerləşir.

Riu-Qrandi-du-Norti Braziliyanın AfrikaAvropaya ən yaxın ştatıdır[3].

Ştatın ərazisinə ilk ayaq basan avropalı böyük ehtimal ki, ispan Alonso de Oxeda olmuşdur (1499). 1501-ci ildə burada Ameriko Vespuçinin ekspedisiyası olmuşdur. Məhz onlar Riu-Qrandi adını əraziyə vermişlər. İlk əvvəllər ştat bu ad yalnız Potenji çayına şamil edilmiş sonradan isə bütün şrat ərazisinə şamil edilmişdir.

Sonrakı illərdə avropalılar uzun zaman bölgəyə ayaq basmamışlar. 1598-ci ildə portuqallar Fort Reys-Manus qalasını inşa edirlər[4]. Növbəti il qaladan 5 km aralıda Natal şəhəri inşa edilmişdir.

1633-ci ildə holland və portuqallar arasında bölgəyə sahiblənmək uğrunda döyüşlər baş vermişdir. 1654-cü ildə hollandlar məğlubiyyətlə barışmalı olaraq bölgəni tərk etmişlər.

İnzibati bölgü

[redaktə | mənbəni redaktə et]

İnzibati cəhətdən 4 mezoregiona və 19 mikroregiona bölünür.

Uzun zaman ştatın əsas gəlir mənbəyi şəkər və iri buynuzlu heyvsndarlıq olmuşdur. 1970-ci illərdə isə burada neft aşkarlanmışdır. Bu Braxiliyanın quru ərazisində aşkarlanan ən iri[5]

1980-ci illərdən ştatda turizm inkişaf etdirilmişdir. Ölkədə istehsal edilən yemışın 70% ştatın payına düşür.

  1. https://censo2022.ibge.gov.br/panorama/.
  2. "Natal, a mais segura. O ar mais puro". 2011-07-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-08-28.
  3. "Riu-Qrandi-du-Norti". 2011-11-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-08-28.
  4. "Штат Риу-Гранде-ду-Норте | Səyyahətçinin ensiklopediyası". 2011-04-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-08-28.
  5. "Riu-Qrandi-du-Norti". 2013-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-08-28.