Reyx Təhlükəsizliyinin Baş İdarəsi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Reyx Təhlükəsizliyinin Baş İdarəsi
  • Reichssicherheitshauptamt (RSHA)
Möhürün şəkli
Loqonun şəkli
SS bayrağı. RSHA SS təşkilatının əsas idarəsi idi.
Ümumi məlumatlar
Ölkə Üçüncü Reyx Üçüncü Reyx
Yaradılma tarixi 27 sentyabr 1939
Əvvəlki qurum Sicherheitspolizei, Təhlükəsizlik xidməti (SD)
Ləğv edilib 8 may 1945
Tabelik SS
Ştat sayı 50,648 (1944 fevral)
Baş qərargah
Rəhbərlik
Rəhbər Henrix Himmler (1939-1945)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Reyx Təhlükəsizliyinin Baş İdarəsi (almanca: Reichssicherheitshauptamt və ya RSHA) — SS təşkilatının da rəhbəri olmuş Henrix Himmler tərəfindən idarə olunan orqan. Təşkilatın əsas vəzifəsi ölkənin daxilində və xaricində yerləşən "Reyxin bütün düşmənləri" ilə mübarizə aparmaqdan ibarət olmuşdur. Tərkibində Gestapo (Gizli polis), Kripo (Cinayət polisi), Polis təşkilatı kimi böyük polis təşkilatlarını birləşdirir və onların işlərinə nəzarət edirdi. Yəhudilərə qarşı Holokost soyqırımının törədilməsində yaxından iştirak etmiş təşkilatdır.

RSHA və ya Reichssicherheitshauptamt (Reyx Təhlükəsizlik Baş İdarəsi) Nasist Almaniyasının ölkə daxilində və xaricindəki polis və təhlükəsizlik işləri idarəsi idi. Buraya Gestapo, Kripo (Cinayət Polis), Təhlükəsizlik Xidməti və ya SD kimi böyük polis təşkilatları da daxildir və onların işlərinə nəzarət edirdi. Bu idarədə Nasist həbs düşərgələrinin planlaşdırma, layihə və idarəetmə işləri aparılırdı.

İki əsas təşkilatdan ibarətdir. Bunlar GestapoSicherheitspolizeidir ki, ona da OrdnungspolizeiSicherheitsdienst (SD) daxildir. RSHA-nın ilk prezidenti SS-Obergruppenführeri Reinhard Heydrich idi. Heydrich 1942-ci ildə bir sui-qəsddən sonra öldü və onun yerinə SS-Obergruppenführeri Ernst Kaltenbrunner gəldi.

Britaniyalı müəllif Gerald Reitlingerin məlumatına görə, RSHA yüksək bürokratiya ilə idarə olunurdu və ən azı yüzə yaxın alt-bölmələrdən ibarət idi.

Təşkilat sadələşdirilmiş formada aşağıdakı yeddi hissəyə bölünmüşdü:

  • Amt I: "İdarəetmə və Hüquq" bölməsi. SS-Gruppenführer Verner Best tərəfindən idarə olunurdu. 1944-cü ilin aprelində Erix Ehrlinger bu vəzifədə rəhbər təyin olunmuşdur.
  • Amt II: "İdeoloji istintaq" bölməsi. SS-Brigadeführer Franz Ziks bu bölməyə rəhbərlik edirdi.
  • Amt III: "Alman həyatının sahələri" bölməsi.. SS-Gruppenführer Otto Ohlendorf tərəfindən idarə olunurdu. O, həmçinin Almaniyanın daxilində informasiya toplamaq vəzifəsi daşıyırdı.
  • Amt IV: "Rəqibin üstələnməsi" bölməsi. SS-Gruppenführer Henrix Müller bu bölməyə rəhbərlik edirdi. Holokostun əsas icraçılarından biri olan Adolf Eyxman Amt IV-ün alt bölməsi olan Referat IV B4-ə rəhbərlik edirdi.
  • Amt V: "Cinayətlərin qarşısının alınması" və ya digər adı ilə Kriminalpolizei (Kripo) bölməsi. SS-Gruppenführer Artur Nebe tərəfindən idarə olunurdu. Bu bölmə siyasi olmayan cinayətlərlə əlaqədar fəaliyyət göstərirdi.
  • Amt VI: "Xarici Kəşfiyyat Xidməti" bölməsi. Bu bölməyə SS-Brigadeführer Haynz Yost başçılıq edirdi.
  • Amt VII: "İdeoloji Tədqiqat və Dəyərləndirmə" bölməsi. Amt II bölməsinə də rəhbərlik edən SS-Brigadeführer Franz Ziks tərəfindən idarə olunurdu. Bu bölmə ideoloji məsələlərə cavabdeh idi.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]