Reyno fenomeni
Reyno fenomeni | |
---|---|
XBT-10 | I73.0 |
XBT-9 | 443.0 |
OMIM | 179600 |
DiseasesDB | 25933, 11186 |
MedlinePlus | 000412 |
Vikianbarda əlaqəli mediafayllar |
Reyno fenomeni (ing. Raynaud´s) – əl və ayaq barmaq arteriyalarının və dəri arteriolalarının stress, soyuq nəticəsində artmış aktiv reaksiyasıdır (angiospazm), barmaqlar ağarır, göyərir, qızarır (3 rəngli Fransız bayrağı). Ağarma ən önəmlisidir. Adətən birinci barmaqlar prosesə qoşulmur. Prosesə qulaqlar, burun, dodaqlar da qoşula bilər. Etiologiyası: sistem revmatik xəstəliklər, travma zədələnmələri, dərman və kimyəvi maddələr, qanın özlüyünün artması, arteriyaların obliterəedici xəstəlikləri və s. I-li və II-li olur. Akrosianozdan ayırmaq lazım gəlir.[1]
Reyno fenomeni I
[redaktə | vikimətni redaktə et]15–30 yaşlı qadınlarda başlayır, trofik pozğunluqlar nadir hallarda rast gəlir. Dırnaq yatağı kapillyaroskopiyasında və seroloji müayinədə dəyişiklik yoxdur.
Reyno fenomeni II
[redaktə | vikimətni redaktə et]30–40 yaşda, tutmada zədələnmənin asimmetrik olması, revmatik (ilk növbədə SSk) və digərin aşkarı, trofik pozğunluqlar, dırnaq yatağında dəyişiklik, autoantitellərin pozitivliyi.
Reyno fenomeni uşaqlarda
[redaktə | vikimətni redaktə et]Xüsusilə cavan qızlarda olur, vazomotor qeyri stabillikdən, akrosianozdan, nadir hallarda virus infeksiyasından sonra yaranan daimi soyuq və göyərmiş əl və ayaqların vazospastik pozğunluqlarından ayırmaq lazımdır.
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ F. Y. Talıbov, N. T. Zamanov, G. R. Ələkbərova, N. R. Abdullayeva. Revmatologiya (Terminlər, anlayışlar). Bakı, "Elm və təhsil", 2022