Realpolitik
Realpolitik (alm. Realpolitik) və ya real siyasət — Bismark tərəfindən təqdim edilmiş və həyata keçirilmiş, Lüdviq fon Roxaunun təklif etdiyi (1853) konsepsiyaya analogiya ilə adlandırılan dövlət siyasi kursunun növü. Belə siyasi kursun mahiyyəti hər hansı ideologiyadan dövlət kursunun əsası kimi istifadə etməkdən imtina etməkdir. Belə bir siyasət ideoloji və mənəvi deyil, ilk növbədə praktiki mülahizələrə əsaslanmanı nəzərdə tutur.
Tarixi
[redaktə | mənbəni redaktə et]Dini və ya etik mülahizələrdən çıxış etməyən realpolitikanın ilk nüfuzlu tərəfdarı Nikkolo Makiavelli olmuşdur, baxmayaraq ki, artıq hələ antik dövrdə yunan tarixçisi Fukidid Peloponnes müharibəsini oxşar nöqteyi-nəzərdən təsvir etmişdi.
Realpolitik termini siyasi ədəbiyyata 1848-ci il inqilablarından sonra Lüdviq fon Roxau tərəfindən daxil edilmişdir; 1853-cü ildə onun "Almaniyanın dövlət quruluşuna tətbiq edilən realpolitikin əsasları" kitabı nəşr olundu (almanca: Grundsätze der Realpolitik angewendet auf die staatlichen Zustände Deutschlands)[1]. Kitab terminin mənasını açıqlayırdı[2]:
İnsan cəmiyyətinin, dövlətin siyasi orqanizmi kimi şüurlu və ya şüursuz, könüllü və ya könülsüz təbiət qanunlarına uyğun olaraq yaranır və mövcuddur. […] Dövlətin mövcudluğunun asılı olduğu təbiət imperativi, vəziyyəti, dərinliyi və nəticələri məkan və zamanda daim dəyişən müxtəlif qüvvələrin qarşıdurması ilə tarixən müəyyən edilmiş bir vəziyyətlə doludur. Dövləti formalaşdıran, saxlayan və dəyişdirən qüvvələrin tədqiqi bütün siyasi biliklərin başlanğıc nöqtəsidir. Anlamağa doğru ilk addım belə nəticəyə gəlməyə əsas verir ki, dövlətlərin həyatında güclülərin sağ qalma qanunu maddi dünyada cazibə qanunu ilə eyni rol oynayır.
Sonrakı onilliklərdə realpolitik termini liberal siyasətin milli liberalizmə yönləndirilməsi şüarına çevrildi.
Nümunələr
[redaktə | mənbəni redaktə et]Realpolitik konsepsiyası öz tarixi təsdiqini 1850-ci illərdə, mühafizəkar Avstriyanın 1853-cü il Krım müharibəsinin başlaması ilə çoxdankı müttəfiqi Rusiyanın tərəfində çıxış etməyərək, neytral qalması, hətta daha sonra "proqressiv" Fransa və İngiltərəyə qoşulması ilı tapdı. Bu, Rusiya, Avstriya və Prussiyanın daxil olduğu 1814-cü il Müqəddəs İttifaqının sona çatması idi. Krım müharibəsinə son qoyan 1856-cı il Paris müqaviləsi Avropada dövlətlərarası münasibətlər sisteminin yeni, "real" mərhələsinin başlanğıcını qoydu və yalnız milli-dövlət maraqlarına diqqət yetirdi.
Otto fon Bismark 1866-cı il Avstriya-Prussiya müharibəsi (sentyabr-oktyabr) zamanı da realpolitik prinsiplərdən istifadə etmişdir. Sonra Prussiya öz "qardaşı", mühafizəkar Avstriyaya və onunla müttəfiq olan alman dövlətlərinə qarşı inqilabçı İtaliya ilə ittifaqa girdi. Qələbədən sonra Bismark Hannover krallığının üç monarxiya dövlətini, Hessen-Kassel kürfürstlüyünü və Nassau hersoqluğunu ilhaq etdi və oradakı monarxları hakimiyyətdən uzaqlaşdırdı ki, bu da Bismarkın özünün də bir vaxtlar müdafiə etmişdi siyasi mühafizəkarlığın əsası olan monarxiyanın legitimliyi prinsipinə köklü şəkildə zidd idi. Belə bir "real-siyasi" yanaşmanın əlamətlərini Bismarkın 1864-cü il Prussiya-Danimarka müharibəsinə münasibətində görmək olar, o zaman o, VIII Frederikə qarşı hakimiyyət uğrunda mübarizədə IX Kristianı dəstəkləmişdi, baxmayaraq ki, o dövrün sülalə qaydalarına əsasən, taxt-tac üçün qanuni hüquq yalnız sonunculara məxsus idi.
Realpolitik eyni zamanda XIX əsrin ikinci yarısında geosiyasi və milli maraqların həyata keçirilməsinə yönəlmiş siyasət formalarına da aiddir (Almaniya İmperiyasının koalisiya siyasəti, Bismarkın ittifaqlar sistemi). Bəzi tədqiqatçılar öz prinsiplərini Avropa İttifaqı və NATO-nun postsovet məkanı ölkələrinə qarşı müasir siyasətində tapırlar.[3]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ No Virtue Like Necessity: Realist Thought in International Relations since Machiavelli. Yale University Press.
- ↑ Grundsätze der Realpolitik angewendet auf die staatlichen Zustände Deutschlands. Verlag von Karl Göpel.
- ↑ Сергей Шиптенко: Украинская катастрофа: кто станет следующей жертвой победителей в "холодной войне" Arxivləşdirilib 2014-03-01 at the Wayback Machine // ИА REGNUM
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Людвиг Август фон Рохау: Grundsätze der Realpolitik. Herausgegeben und eingeleitet von Hans-Ulrich Wehler. Frankfurt, Berlin, Wien: Ullstein 1972. ISBN 3-548-02915-9
- Макс Вебер: Politik als Beruf (Vortragsmitschrift mit Nachwort von Ralf Dahrendorf), Reclam 1992. ISBN 3-15-008833-X
- David Robertson: The Routledge Dictionary of Politics. Routledge 2004. ISBN 978-0-415-32377-2, p. 420 (restricted online copy в "Книгах Google")
- Hajo Holborn: History of Modern Germany: 1840–1945. Princeton University Press 1982, ISBN 978-0-691-00797-7, p. 117 (restricted online copy в "Книгах Google")
- Ruth Weissbourd Grant: Hypocrisy and integrity: Machiavelli, Rousseau, and the ethics of politics. University of Chicago Press 1997, ISBN 978-0-226-30582-0, p. 40–41 (restricted online copy в "Книгах Google")
- Frank Whelon Wayman (ed.), Paul Francis Diehl (ed.): Reconstructing Realpolitik. University of Michigan Press 1994, ISBN 978-0-472-08268-1 (restricted online copy в "Книгах Google")
- Federico Trocini: L’invenzione della "Realpolitik" e la scoperta della "legge del potere". August Ludwig von Rochau tra radicalismo e nazional-liberalismo, il Mulino, Bologna 2009.