RT-2UTTKh Topol-M
RT-2UTTKh Topol-M | |
---|---|
Ölkə | |
İstismar tarixçəsi | |
İstismara başlanması | 1998 |
Vikianbarda əlaqəli mediafayllar |
RT-2UTTKh Topol-M"Topol-M" (rus. РТ-2УТТХ «Тополь-М», NATO adlandırması SS-27 "Sickle B") Rusiyanın nüvə başlığı daşıya bilən və dünyanın ən uzaqmənzilli ballistik raketidir. Sabit sürət və eyni müstəvidə hədəfə getməyən "Topol-M", hədəfə müxtəlif yollarla gedərək, bütün raketdən müdafiə sistemlərini alt-üst edir. Çox sürətlə yer dəyişdirə bilir. Onun üçün də hədəfə alınması və vurulması çox çətindir. Bu raket 11.000 km uça biləcək imkanlara malikdir və qitələrarası raketdir. Topol-M 45–47 ton ağırlığa malikdir, atom bombasından 52.5 dəfə güclü hesab olunur. Raketin uzunluğu 21.5 metrdir. Diametri isə 1.86 metrdir. Tək başlıqlıdır, lakin istənilən vaxt çox başlıqlı da ola bilir. Rusiyanın mobil "Topol-M" raket sistemlərinin strateji raket mərkəzi Moskvanın 240 km şimal-şərqində yerləşən Teykoşa şəhərində yerləşir. Verilən məlumatlara görə, 2010-cu ildə Rusiyanın cənub-qərbindəki Saratov şəhəri yaxınlığında yeni bir "Topol-M" sistemlərini əhatə edən yeni bir mərkəzin açılacağı söylənilirdi.[1]
Tarixi
[redaktə | mənbəni redaktə et]Moskva İstilik Texnologiyası İnstitutunda tədqiqatlar nəticəsində hazırlanmışdır. Tədqiqatlara 1980-ci ildən başlanılıb. İlk sınğı 1994-cü ildə həyata keçirilib. 2008-ci ildə tam olaraq hərbiyə istifadəyə verilib. Hazırda 48 yeraltı və 12 mobil Topol-M kompleksi Rusiya ordusunun təchizatında yer alır. Topol-M raketinin peyda olmasından sonra ABŞ hava hücümundan müdafiəsini gücləndirmək üçün külli miqdarda vəsait xərcləməli olmuşdu.
Hərbi gücü
[redaktə | mənbəni redaktə et]Monobloklardan ibarət olan başlığının gücü 0,55 meqatondur. Uzun məsafəni uça bilməsinə baxmayaraq hədəfdən çox yüksək effektivliklə yayına bilir. Adətən bir başlıqlı olur, amma istənilən vaxt çoxbaşlıqlı raketə çevirmək mümkündür. Atom bombasından 52 dəfə daha güclü hesab olunur. Çox sürətlə yer dəyişdirə bilir.[2]