Georgi Aqrikola

Vikipediya, azad ensiklopediya
(Qeorqius Aqrikola səhifəsindən yönləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç
QEORQİUS AQRİKOLA
lat. Georgius Agricola
Doğum tarixi
Doğum yeri Qlauxau, Almaniya
Vəfat tarixi (61 yaşında)
Vəfat yeri Kemnits, Almaniya
Vəfat səbəbi insult
Təhsili
Fəaliyyəti həkim, mineraloq, tarixçi, mühəndis, kimyaçı, filosof, metallurq
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qeorqius Aqrikola (əsl adı Georg Pawer olub, sonradan adını latın dilinə tərcümə edərək özünü Georgius Agricola adlandırıb) –

Qeorqius Aqrikola (əsl adı Georg Pawer olub, sonradan adını latın dilinə tərcümə edərək özünü Georgius Agricola adlandırıb) 1494-cü ildə Saksoniyanın Qlauxau (alm. Glauchau) şəhərində kətan toxucusu ailəsində ikinci uşaq kimi dünyaya gəlmişdir. 1514-cü ildən 1518-ci ilə qədər Leipsiq Universitetində qədim dillər üzrə təhsil almışdır. Təhsilini başa vurduqdan sonra Çvikau (alm. Zwikau) şəhərində işləmək təklifini alır. Beləliklə o, 1518-ci ildə Çvikau şəhər məktəbində rektor vəzifəsində işləməyə başlayır. Aqrikola məktəbdə köklü dəyişikliklər edərək latın, yunan, hebron dilləri ilə bərabər əkinçilik, üzümçülük, tikintişünaslıq, ölçmə, hesablama, əzcazçılıq və hərbşünaslıq sahələrini də tədrisə daxil edir. 1521-ci ildə Aqrikola yenidən tibb üzrə təhsil almaq üçün öncə Leipsiq, 1523-çü ildə isə Boloniyaya və Padua şəhərlərinə gedir. 1527-ci ildə Almaniyaya qayıdan Aqrikola Kemnits (alm. Chemnitz) şəhərində həkim kimi işə başlayaraq ömrünün sonuna kimi burada işləmişdir. O, uzun müddət Kemnitç şəhərinin burqermaysteri vəzifəsində çalışmışdır. Bu işi ilə bərabər Aqrikola tibb, kimya, filologiya, pedaqoqika, tarix, metrologiya, geologiya və dağ mədən işləri üzrə elmi tədqiqatlar aparır. O, humanist düşüncəni texniki biliklərlə əlaqələndirən, renessans dövrünün universal alimlərindən biri olmuşdur.

Aqrikola tədqiqatçı kimi fəaliyyət göstərdiyi müddətdə öz işlərinin nəticələrini kitablar şəklində çap etdirmişdir. 1530-cu ildə Aqrikolanın metalşünaslığa dair yazdığı kitabı (lat. Bermannus, sive de re metallica)çap olunur. O bu kitabda filizin emalı və metalın filizdən alınması üsullarını təsvir edir. Ölçmə haqqında yazdığı kitabında (lat. De Mensuris et ponderibus) Aqrikola yunan və roma ölçülərini və kütlə vahidlərini təsvir edir. O dövrdə vahid çəki sistemi olmadığından bu əsəri Aqrikolanı bir humanist alim kimi məşhur edir. Aqrikolaya onun bu və geologiya haqqında yazdığı başqa kitabları ilə bərabər 1556-cı ildə Bazeldə metalşünaslıq üzrə məcmuə şəklində çap etdirdiyi "Metalların təbiəti haqqında 12 kitab" (lat. De re metallica libri XII") dünya şöhrəti gətirmişdir. Kitabda ilk dəfə olaraq dağ və mədən işlərinin sistematik olaraq texnoloji araşdırılması verilmişdir. Onun bu əsəri iki yüz ildən artıq dağ və mədən işləri ilə məşğul olanlar üçün əsas kitab olaraq qalmışdır.

  • Hans Hartmann: Georg Agricola (1494-1555). Begründer dreier Wissenschaften: Mineralogie – Geologie – Bergbaukunde, Stuttgart 1953 (= Große Naturforscher, 13)
  • Rezo Əliyev. Maşınqayırmanın tarixinə dair. Bakı"Təhsil" NPM, 2008, 542 s.