Qarağacyarpaq evkommiya
Qarağacyarpaq evkommiya | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Cins: Növ: Qarağacyarpaq evkommiya |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Qarağacyarpaq evkommiya (lat. Eucommia ulmoides) — bitkilər aləminin qarriyaçiçəklilər dəstəsinin evkommiyakimilər fəsiləsinin evkommiya cinsinə aid bitki növü.
Təbii yayılması
[redaktə | vikimətni redaktə et]Cənubi Amerikada təbii halda bitir.
Botaniki xarakteristikası
[redaktə | vikimətni redaktə et]Hündürlüyü 20 m-ə çatan ağac olub, yumurtavari çətirə malikdir. Gövdəsinin qabığı qəhvəyi-boz rəngdə, uzununa çatlıdır. Zoğları çılpaq, açıq və ya sarımtıl-qonur rəngdədir. Tumurcuqları iti uclu yumurtavarı olub, qonur pulcuqlarla örtülmüşdür. Yarpaqları qışda töküləndir, 7-24 sm uzunluqda və 2,5-7 sm enində olub, sadə, növbəli düzülüşlü, uzunsov yumurtavarı və ya uzun ellipsvarı, ucu iti, qaidəsi dairəvi və ya enli tacvarıdır, kənarları xırda mişardişlidir. Yarpaq saplağı çılpaq, 1,5-2,5 sm uzunluqdadır. Çiçəkləri əsasən ikievlidir. Bəzi hallarda şəraitdən asılı olaraq, erkəkçiçəkli ağacların üzərində az miqdarda dişi çiçəklərə də təsadüf olunur. 5-6 yaşında, aprel ayında çiçəkləyir. Çiçək saplağı qısa, çiçəkyanlığı yoxdur. Erkək çiçəkləri 4-10 erkəkcikdən ibarət olub, 1 sm uzunluğundadır. Dişi çiçəkləri tək-tək yerləşir. Yumurtalığı ikiyuvalı və iki yumurtacıqlıdır. Sentyabr-oktyabr aylarında meyvə verir. Meyvəsi biryuvalı, qanadlı, dərivari, uzunsov ellips şəklində olub, birtoxumlu qutucuqludur, ucunda çökəklik vardır. Toxumu ensiz-oval formalıdır. Kök sistemi torpağın üst qatında yerləşmiş olur. Toxumla və vegetativ yolla çoxalır.
Ekologiyası
[redaktə | vikimətni redaktə et]Yayın istisinə və quraqlığına davamlı olmaqla bərabər tez böyüyür və inkişaf edir.
Azərbaycanda yayılması
[redaktə | vikimətni redaktə et]Böyük Qafqazda və Lənkəranda rast gəlinir.
İstifadəsi
[redaktə | vikimətni redaktə et]Oduncağı sarı rəngdədir, bərk, yaxşı yonulur; müxtəlif məqsədlərdə işlədilə bilər. Yaşıllaşdırmada tək və qrup əkinlərində istifadəsi məqsədyönlüdür.
Sinonimləri
[redaktə | vikimətni redaktə et]Heterotipik sinonimləri
[redaktə | vikimətni redaktə et]- Eucommia ulmoides var. yunnanensis H.Lév.