Qırğız xaqanlığı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
xaqanlıq
Qırğız xaqanlığı
 
 
840 — 924

Paytaxt Ordu-Balıq
Dilləri Qədim qırğız dili, Qədim türk dili, Monqol dilləri
Rəsmi dilləri Qədim qırğız dili
Dövlət dini Tenqriçilik, Manilik
İdarəetmə forması Monarxiya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar


Qırğız xaqanlığı — 831-ci ildə Ötüken və ətrafını ələ keçirərək Mərkəzi Asiyada qurulan türk dövləti. Hökmdarları xan titulu daşıyırdı.

Qırğızların bilinən ilk hökmdarları Bars xaqan adı ilə bilinən İnanc Alp Bilgədir. TabğaclarTürkeşlərlə İkinci Göytürk xaqanlığına qarşı ittifaqa qoşulmuşdu. 710–711-ci illərdə Tonyukuk, Kül TiginBilgə xaqanın ordusuna məğlub olaraq öldürüldü. Övladları daha sonra Çinə səfir kimi getdilər.

İkinci dövlət

[redaktə | vikimətni redaktə et]

Qırğızlar 820-ci ilədək Göytürk xaqanlığıUyğur xaqanlığına tabe olsalar da İnal Ajonun özünü xaqan elan etməsindən sonra müstəqil yaşamağa başladılar. 839-cu ildə uyğur əyanlarından Bağa Sanqunun Ajoya pənah gətirməsi və dəstək tələb etməsindən sonra 100.000 nəfərlik Qırğız ordusu Ordu-Balıq şəhərini ələ keçirdi və yandırdı. Taihe xatun əsir götürüldü.

Ajonu əvəz edən Alp Solaqay xaqan uyğurlara qarşı müharibəni davam etdirməyi qərara aldı. AnhsiBeşbalıq şəhərlərini Qoço Uyğur idikutluğunun hakimi Bilgə Pan Tiginin əlindən aldı. Dövlətin sərhədlərini Mançuriyaya qədər genişləndirdi.

845-ci ildə Çenmin xaqan Tan sülaləsi imperatoru Vuçonq tərəfindən rəsmən tanınmışdı.

847-ci ildə hakimiyyətə keçən oğlu İnvu Çenmin xaqan isə II Hsüançonq tərəfindən tanınmışdı.[1]

  1. История Хакасии: с древнейших времен до 1917 года. Раздел II. Хакасия в эпоху феодализма. (VI — первая половина XIX в.). Глава 3. Древнехакасское государство (VI–XIII вв.). Политическая история. 4. Древнехакасское государство в IX–XII вв.. — Москва : Издательская фирма "Восточная литература", 1993. — С. 68.
  • Бартольд В. В. Киргизы: Исторический очерк. Фрунзе, 1927.
  • Бичурин Н. Я. Собрание сведений о народах, обитавших в Средней Азии в древние времена. Т. I., М.; Л. 1950.
  • Козьмин Н. Хакасы: Историко-этнографический и хозяйственный очерк Минусинского края. — Иркутск, 1925.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]