Qüstav Dore
Qüstav Dore | |
---|---|
fr. Gustave Doré | |
| |
Doğum adı | Paul Gustave Louis Christophe Doré |
Doğum tarixi | 6 yanvar 1832[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 23 yanvar 1883[1][2][…] (51 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | rəssam, illüstrasiyaçı[d], karikaturçu, komiks rəssamı, litoqraf, qrafika ustası[d], rəssam-qravürçü[d], heykəltaraş, boyakar[d], vizual incəsənət rəssamı |
Təhsili |
|
Janrlar | tarix rəssamlığı, dini incəsənət[d][7], karikatur[7], portret[7] |
Stillər | romantizm[8], simvolizm[9] |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Qüstav Dore (fr. Gustave Doré; 6 yanvar 1832[1][2][…], Strasburq[1][3][…] – 23 yanvar 1883[1][2][…], Paris[1][4][…]) — XIX əsrdə yaşamış fransız rəssam, illüstrator və memar.
Erkən həyatı
[redaktə | vikimətni redaktə et]Qüstav Dore 1832-ci ilin yanvarın 6-da Strasburqda anadan olmuşdur. Anası Aleksandra Plüşar varlı burjua ailəsindən, atası Pyer-Lui Dore isə Vaterloo döyüşündə həlak olmuş fransız əsgərinin oğlu idi.
Dore özü nə zaman rəsm çəkməyə başladığını xatırlamırdı. Dayəsi Fransuazanın sözlərinə görə, artıq 4 yaşında olan Qüstavı heç vaxt, hətta yatarkən belə, karandaşsız görmək mümkün deyildi. Qüstav tez-tez atasının dostlarından karandaşını itiləməyi xahiş edirmiş. Gənc istedad tərəfindən 6–7 yaşında yaradılmış ilk əsərlərdən biri "Pluton və Klit" adlanır.
1841-ci ildə Qüstav ailəsi ilə birgə mühəndis atasının işi ilə əlaqədar Bura köçür. Meşələrlə əhatə olunan, qədim binalara malik Bur şəhəri gənc rəssamın təxəyyülünə müsbət təsir edir. Sonralar Dore özü də etiraf edirdi ki, "gördüklərim mənim ilk canlı təəssüratlarımdandı. Onlar mənim zövqümü formalaşdıran güclü impulslar olmuşdu".
Karyerası
[redaktə | vikimətni redaktə et]Fransa
[redaktə | vikimətni redaktə et]Dorenin şəkillərinin ilk hekayəsi rəssam on beş yaşında olkən yayımlandı. Bundan sonra Doré Parisdə ədəbi illüstrator kimi fəaliyyətə başladı. Ona verilən sifarislər içərisində Fransua Rable, Onore de Balzak, Dante Aligyeriyə məxsus aid əsərlərin rəsmləri də vardır. 1853-cü ildə Doreydən Corc Bayronun əsərlərinin rəsimlənilməsi istənildi. Bundan sonra sənətçi yeni nəşr olunmuş Müqəddəs Kitab nəşri də daxil olmaqla Britaniya nəşriyyatlarından bir neçə sifariş aldı. 1863-cü ildə Servantesin "Don Kixot" romanının fransızca bir nəşrinə illüstrasiyalar hazırladı. Cəngavərin və onun xidmətçisi Sanço Panzanın bu portretləri məşhurlaşdı və Don Kixotun, sonrakı rəssamların səhnə və film dizaynerlərinə təsir etmişdi. 1883-cü ildə Edgar Allan Poenin Raven şeirinin genişmiqyaslı nəşri üçün hazırladığı rəsimlər müqabilində "Harper & Brothers" nəşriyyatından 30.000 frank qazandı.
İngiltərə
[redaktə | vikimətni redaktə et]Dorenin 1866-cı ildə ingiliscə İncil kitabı böyük bir müvəffəqiyyət qazandı və 1867-ci ildə rəssam Londonda əsərlərindən ibarət böyük bir sərgi açdı. Sərginin ardından New Bond küçəsindəki Dore qalereyası quruldu. 1869-cu ildə Villiam Blançard Cerrold Doreyə Londonun geniş bir portretində birlikdə işləməyi təklif etdi. Cerrold bu fikri 1808-ci ildə Londonun Mikrokosmosundan Rudolf Akkermann, Villiam Pune və Tomas Rovlandson tərəfindən almışdır. Sənətçi bu beş illik layihə üçün naşir Qrant & Co şirkəti ilə müqavilə imzaladı. Buna görə o, hər il üç ayını Londonda bu layihə üçün işləyərək ildə 10.000 funt sterlinq qazandı.
Dorenin 180 qravüründən ibarət London: A Pilgrimage adlı kitabı 1872-ci ildə nəşr olundu. Ticarət baxımından uğurlu olan kitab dövrün tənqidçilərini qane etmədi. Bəzi tənqidçilər Dorenin Londondakı yoxsulluğa çox diqqət etdiyini düşünürdülər. İncəsənət jurnalı rəssamı "gördüyünü deyil, xəyal etdiyini" çəkməkdə günahlandırdı. Vestminster Revyuda, "Dore bizə ən qüsurlu və aşağı xarici görünüşlərin şəkillərini təqdim edir" deyildi. Ancaq kitabın maliyyə uğuru nəticəsində Dore digər İngilis nəşriyyatlarından təklif aldı. Rəssamın sonrakı əsərləri arasında Samuel Teylor Koldricin "Qədim dənizçinin qafiyəsi", Con Miltonun "İtirilmiş cənnət", Alfred Tennisonun "Kralın İdilləri" ilə Tomas Hudun və İlahi Komediya əsəri vardır. Rəsimləri eyni zamanda "İllustrated London News" qəzetinde yayımlandı. Dore ömrünün qalan hissəsini Parisdə keçirdi və ölənə qədər kitabları təsvir etməyə davam etdi. Öləndə Parisdəki Per-Laşez məzarlığında dəfn edildi.
Fotoqalereya
[redaktə | vikimətni redaktə et]-
Mələklə vuruşan Yaqub peyğəmbər - 1855
-
Süleyman peyğəmbərin məhkəməsi
-
Jezreeldə İzebelin müdafiəsi və ya İzebelin ölümü
-
Orlando Furiozo əsərinə illüstrasiya
-
Orlando Furiozo əsərinə illüstrasiya
-
Orlando Furiozo əsərinə illüstrasiya
-
İtirilmiş cənnət əsərinə illüstrasiya
-
Şeytanın təsviri, Con Miltonun "İtirilmiş cənnət" əsərinə illüstrasiya 1866
-
"Ülvi ev sahibləri", "İtirilmiş Cənnət" əsərinə illüstrasiya, 1866
-
"Ayın üstündə Əzrailin ölümü", "The Raven"dan illüstrasiya
-
Qüstav Dore bir neçə nağılı da təsvir etmişdir: Sindirella
-
Kamelot, "Kralın İdiləri" əsərinə illüstrasiya
-
"Merlin Kral Artura məsləhət verir", "Kralın İdilləri" əsərinə illüstrasiya
-
Charon, İlahi Komediya' dan
-
Charon herds the sinners onto his boat, taking them to be judged, "İlahi Komediya"ya illüstrasiya
-
"Dante böyük yunan və Roma şairləri tərəfindən qəbul olunur", "İlahi Komediya"dan illüstrasiya
-
İlahi Komediya'dan Cəhənnəm fırtınası
-
La Défense Nationale, bronze sculpture, Rosenberg Library, Galveston, Texas
-
Matterhorna ilk yüksəliş
-
1865-də Matterhorna ilk dırmanmada baş verən ölümcül qəza
-
Over London by Rail, "London: Həcc Ziyarəti"ndən illüstrasiya, 1870.
-
Siçovulların məclisi
-
"Solğun atın ölümü", İncil illüstrasiyası
Həmçinin bax
[redaktə | vikimətni redaktə et]İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ 1 2 3 4 5 6 7 8 Léonore verilənlər bazası (fr.). ministère de la Culture.
- ↑ 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 Gustave Doré // Encyclopædia Britannica (ing.).
- ↑ 1 2 Доре Гюстав // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- ↑ Bauer P. Deux siècles d'histoire au Père Lachaise (fr.). Versailles: 2006. P. 290. ISBN 978-2-914611-48-0
- ↑ Gabrielli D. Dictionnaire historique du Père-Lachaise (fr.). 2002. P. 119. ISBN 978-2-85917-346-3
- ↑ 1 2 3 RKDartists (nid.).
- ↑ https://www.library.georgetown.edu/exhibition/romanticism-literature-music-and-art.
- ↑ Cassou J., Brunel P., Claudon F., Pillement G., Richard L. Encyclopédie du symbolisme. 1979. ISBN 2-85056-129-0
- 6 yanvarda doğulanlar
- 1832-ci ildə doğulanlar
- Strasburqda doğulanlar
- 23 yanvarda vəfat edənlər
- 1883-cü ildə vəfat edənlər
- 51 yaşında vəfat edənlər
- Parisdə vəfat edənlər
- Per-Laşez qəbiristanlığında dəfn olunanlar
- Böyük Karl Liseyinin məzunları
- "Fəxri Legion" ordeni zabitləri
- Fəxri Legion ordeninin kavalerləri
- Müqəddəs Mavrikiy və Lazar ordeni kavalerləri
- Əlifba sırasına görə rəssamlar
- Fransız rəssamlar
- Fransa memarları