Portal:Qədim Şərq

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Qədim Şərq portalına
xoş gəlmisiniz!
redaktə  

Seçilən məqalə

"Midiya" — (yunan. Μηδία) — e.ə. 728-ci ildən – e.ə. 549-cu ilədək mövcud olmuş qədim dövlət, şərqdə ilk imperiya. Dövlət ilkin dövrdə tarixi Azərbaycan ərazisində yaransa da, tezliklə genişlənərək Ön Asiyanın ən güclü dövlətinə çevrilmiş, bölgə xalqlarının tarixində böyük iz qoyaraq, mədəniyyətinə güclü təsir etmişdir. Mada tayfa ittifaqı əsasən Cənubi Azərbaycandan şərqdə və cənub-şərqdə yerləşən vilayətlərdə təşəkkül tapmışdı.

Azərbaycanlıların etnogenezində iştirak edən xalqlardan biri — madaylar tərəfindən qurulmuş ilk imperiya olan Midiya ondan əvvəl Azərbaycan ərazisində yaranmış Manna dövlətinin tarixi, etnik və mədəni varisi hesab edilir.

Midiya Mannadan cənub-şərqdə yerləşirdi. Paytaxtı Ekbatan (indiki Həmədan) şəhəri idi. Midiya (Maday, Matay, Amaday) adına ilk dəfə e.ə. IX əsr qaynaqlarında rast gəlinmişdir. Midiya ərazisi e.ə. IX-VIII əsrlərdə xırda vilayət hakimləri tərəfindən idarə edilirdi. Mannanın Gizilbunda vilayəti hər iki ərazinin sərhəddini təşkil edirdi Məqaləni oxu...

redaktə  

Şəxsiyyətlər

[[Fayl:|left|150px]] "Atropat" — (yun. Aτρoπάτης ) – Atropatena dövlətinin ilk hökmdarı. Keçmiş Əhəməni satrapı, əslən, çox güman ki, madalı olan Atropat e.ə. IV əsrin 20-ci illərinin sonunda yeni dövlətin müstəqil hökmdarı olur; bu dövlət rəsmən Mada, sonralar isə özünün ilk hökmdarının adı ilə tez-tez antik qaynaqlarda Atropatena adlandırılırdı. Məqaləni oxu...
redaktə  

Seçilən şəkil

Piter Paul Rubensin çəkdiyi "Tomris Əfsanəsi" əsərində Tomrisin fars hökmdarı Kirin başını qan dolu qaba salması
redaktə  

Mədəniyyət

"Semiramidanın asma bağları" — dünyanın 7 möcüzəsindən biri. Dünyanın 2-ci möcüzəsi olan Semiramidanın asma bağları qədim Şərqin ən böyük və zəngin şəhəri olan Babildə idi. Əfsanəyə görə, bu bağlar Assuriya məlaikəsi Semiramidanın əmri ilə yaradılmışdı. Əslində isə bu bağların yaradılmasını e. ə. 7-ci əsrdə padşah Navuxodonosor əmr etmişdi. Padşah öz sarayını yerdən altımərtəbəli ev hündürlüyündə salınan süni meydançada tikdirmişdi. Burdan 6 cərgə pilləvari terras - səki qalxırdı. Kərpicdən tikilən sıra dağlar üzərində qurulmuş bu terrasların hər birinin üstünə torpaq tökülmüş və burada bağ salınmışdı. Pilləvari bağları əmələ gətirən bu terraslar yuxarıdakı sarayla birlikdə nəhəng bir dağa bənzəyirdi. Minlərlə qul gecə-gündüz dəri tuluqlar asılmış nəhəng çarxları fırladaraq, Fərat çayından asma bağlara su qaldırırdı. Məqaləni oxu...
redaktə  

Bilirsinizmi

redaktə  

Abidələr

"Ur ştandartları" — Müharibə və sülh ştandartları - L. Vulli tərəfindən ekspedisiya zamanı şumer şəhəri Urda aparılan qazıntılar zamanı tapılmış dekorativ-illustrativ lövhələr. Hər bir lıvhə üzərində üç cərgədə sədəflə işlənilmiş şumerlərin həyat tərzini əks etdirir. Lövhələr e.ə. III minilliyə aid edilir. Ölçüləri eni 21.59 sm, uzunu 49,53 sm-dir. Bu lövhələr Britaniya muzeyinin inciləri sayılırlar. Məqaləni oxu...
redaktə  

Mifologiya • Tarix

redaktə  

Kateqoriyalar

redaktə  

Əlaqəli portallar

Qədim Şərq Vikixəbərdə  Qədim Şərq Vikisitatda  Qədim Şərq Vikikitabda  Qədim Şərq Vikimənbədə  Qədim Şərq Vikilüğətdə  Qədim Şərq Vikiversitetdə  Qədim Şərq Vikianbarda
Xəbərlər Sitatlar Dərsliklər və təlimat kitabçaları Mətnlər Sözlər Dərs resursları Mediafayllar