Portal:Opera

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
redaktə  

"Ola bilsin ki, operaya gedən hər əlli nəfərdən yalnız biri artıq onu sevsin, yerdə qalan qırxdoqquz nəfər isə onu sevməyi öyrənmək üçün operaya gedirlər" Mark Tven

Üçüncü zəng çalınır, pərdə qalxır...

Opera portalına
xoş gəlmisiniz!


redaktə  

Operalar

Bohema (it. La Bohème) — Cakomo Puççininin Cüzeppe Cakozanın librettosu əsasında yazmış olduğu 4 pərdəli opera. Sayca Cakomo Puççininin on iki operasından dördüncüsü sayılır. Librettosu Anri Mürjrnin “Bohemanın həyatından səhnələr” əsəri əsnasında yazılmışdır. Əsərin ilk primyerası 1 fevral, 1896 cı ildə dirijor Arturo Toskanininin müşaiyətində Turində olmuşdur.


redaktə  

Operettalar

Yarasa (alm. Die Fledermaus‎) — avstriyalı bəstəkar, İohann Ştrausun 1872-ci ldə yazmış olduğu operettası. Alman dilindəki librettonun müəllifləri Haffner KarlJene Rixarddırlar. Operettanın primyerası 5 aprel, 1874 cü ildə Vyana, “An der Vin” teatrında olmuşdur. 1872 ci ildə Vyana teatrı “An der Vin” Anri Malyak və Ludovik Halevinin “Yeni il gecəsi” fransız komediyasını tamaşaya qoymağa hazırlaşir. Son anda teatr direktoru, Maks Ştayner bu fikrindən daşınır. Yulius Roderix Benediksin “Həbs cəzası” vodevili əsasında Haffner KarlJene Rixard tərəfindən yazmılmış senari qaralamanı libretto kimi İohann Ştrausa təqdim edərək, yeni “Yarasa” operettasını yazmağı təklif edir. Şən, zarafatla dolu, bayram ovqatlı librettonu Ştraus çox bəyəndiyindən, oprettonu 6 həhtə ərzində bitirir. İlk zamanlar “Yarasa” populyarlıq qazanmasa da Vyana teatrının repertuarından düşmür. 3 ils sonra “Qaraçı” adı altında yenilənmiş versiyası Parisdə gurultulu uğur qazanır. Bundan sonra operetta məşurlaşaraq hər yerdə hətta AvstraliyadaHindistanda tamaşaya qoyulur. Oprettanın zəfər uğuru 20 ildən sonra Qustav Malerin yeni redaktəsində Hamburqda qoyulmuş tamaşasında olmuşdur.


redaktə  

Bəstəkarlar

Coakkino Rossini (it. Gioachino Antonio Rossini 17921868) —İtaliya bəstəkarı. Coakkino Rossini (Gioachino Rossini) 1792-ci ildə İtaliyanın şərq sahilində Pesaro adlı kiçik bir qəsəbədə dünyaya gəldi. Anası opera müğənnisi idi, atası isə korno çalırdı. Uşaqkən mahnı oxumağa, violonçel və korno çalmağa başladı. 15 yaşına çatanda bir musiqi məktəbinə yazıldı və bəstəkarlığı öyrəndi. Coakkino Rossini uğuru komik operalarıyla qazanmışdı. Ən əhəmiyyətli əsərləri olaraq Guillaume Tell, Tancredi, və Semiramide qəbul edilir. "Otello" C. Verdinin əsas əsəri olmasına rəğmən, Rossinnin "Otello"su da dinləməyə dəyərdir. Gəncliyində bəstələdiyi simli alətlər sonatları onun Haydn və Mosart kimi klassik dövr bəstəkarlarının əsərlərini dərindən araşdırdığını göstərir.


redaktə  

Milli operamız

Əsli və KərəmÜzeyir bəy Hacıbəyovun beşinci muğam operası. 4 pərdəli, 6 şəkilli bu operanın librettosu da Hacıbəyovundur. Opera ilk tamaşasından böyük müvəffəqiyyət qazanaraq uzun və maraqlı səhnə ömrü olan əsərlər sırasına daxil olmuşdur. "Əsli və Kərəm"-in ilk tamaşası 1912 il mayın 18-də indiki AOBT-nın binasında olmuşdur. Tamaşanın rej. H. Ərəblinski, dirijoru H. idi. Rollarda H. Sarabski (Kərəm), Ə. Ağdamski (Əsli), H. Terequlov (Qara keşiş), M. Məmmədov (İsfahan şahı), Q. Göyçaylinski (Şeyx Nurani) və b. çıxış etmişlər. Opera Qafqaz, Orta Asiya və İranın bir çox şəhərlərində də göstərilmişdir. "Əsli və Kərəm" AOBT-ndan başqa, respublikanın digər teatrlarında (Ağdam, Naxçıvan və s.) da tamaşaya qoyulmuşdur. AOBT-nda "Əsli və Kərəm" 1957 ildən bəstəkar Nazim Əliverdibəyovun ork. redaksiyası ilə ifa olunurdu. 1988 ildən opera bu teatrın səhnəsində yeni quruluşda oynanılmışdır.


redaktə  

Məşhur tenor ifaçılar

Andrea Boçelliİtalyan tenor, bəstəkar, müğənni və albom prodüseridir. Zəif görmə ilə doğulan Andrea, on iki yaşında futbol oynayarkən keçirdiyi qəza nəticəsində görmə qabiliyyətini itirmişdir. 1994-cü ildə Sanremo Musiqi Festivalının "Yeni gələnlər bölümü"ndə "Il mare calmo della sera" mahnısı ilə qalib olmuşdur. Beynəlxalq şöhrtinə böyük təkan verən Con te partirò (Sağollaşmaq vaxtıdır) adlı mahnı ilə Avropada uzun müddət musiqi listlərinin, hit mahnıların başında yer almışdır.


redaktə  

Məşhur soprano ifaçılar

Netrebko Anna Yuriyevna (rus. Анна Юрьевна Нетребко) (18 sentyabr 1971(1971-09-18) ci ildə Rusiya, Krasnodar) rus əsilli Avstriya opera müğənnisi, soprano ifaçı. 2006 cı ildən Avstriya Avstriya vətəndaşı. Anna Netrebko Rusiyanın Krasnadar şəhərində 18 sentyabr 1971(1971-09-18) ci ildə dünyaya gəlmişdir. Atası, Yuriy Netrebko geoloq anası isə mühəndisdir. Krasnadarda musiqi ilə məşqul olan Anna “Kuban pionerləri” xorunda solist olmuşdur. Ali musiqi təhsilini Sankt-Peterburq konservatoriyasında, professor Tamara Nobiçenkonun sinifində almışdır. 1993 cü ildə Qlinka adına müsahibənin qlibi olan Anna Marininskiy teatrına dəvət olunur. Burada o, drijor Valeri Gyorgiyevin rəhbərliyi altında geniş repertuarla çıxışlar edir. 1994 cü ildə Riqa operasına dəvət olunan Anna Netrebko “Sehirli fleyta”da “gecə kraliçasını” ifa edir. 1995 ci ildə San Fransiskoda “Ruslan və Lyudmila” operası ilə öz debüt çıxışını edir.


redaktə  

İfaçılar

Rauf İsrafil oğlu Atakişiyev (15 iyul 19253 fevral 1994) — müğənni, lirik tenor, pianoçu, pedaqoq. Azərbaycan SSR xalq artisti (1967). Moskva Dövlət Konservatoriyasını Konstantin Nikolayeviç İqumnovun (1873-1948) sinfi üzrə bitirmiş və vokal üzrə Antonina Vasilyevna Nejdanovadan (1873-1950) dərs almışdır. Opera və Balet Teatrının solisti olmuşdur. Azərbaycan Opera və Balet Teatrının səhnəsində Hacıbəyovun "Arşın mal alan" musiqili komediyasında Əsgərin partiyasını ifa etmişdir. 1965-ci ildə çəkilmiş "Arşın mal alan" filmində də Əsgərin mahnıları Atakişiyevin ifasında səslənmişdir.


redaktə  

Opera teatrları

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı — Birləşmiş Dövlət Teatrı kimi 1920-ci ildə yaradılıb. 1924-cü ildən opera truppası bu teatrdan ayrılaraq müstəqil opera və balet teatrı (Azərbaycan və rus bölmələri ilə) fəaliyyət göstərib. 1910–cu ilin sonlarında Bakıya Rusiyadan məşhur bir opera müğənnisi qastrola gəlir. Müğənninin şərəfinə verilən ziyafətlərdən birində Bakı milyonçusu Mayılov sənətçi qadından bir də bu şəhərə nə vaxt gələcəyini soruşur. Aktrisa "heç vaxt!" deyə cavab verir. Milyonçu bu cavabın səbəbi ilə maraqlandıqda müğənni qadın deyir: "Belə böyük şəhərdə oxumağa opera binası yoxdursa, gəlməyimin nə mənası var?" Bu sözlər bakılı milyonçuya bərk təsir edir və elə oradaca qadına söz verir ki, cəmi bir il ərzində opera teatrı üçün gözəl bina tikdirəcək.


redaktə  

Opera indeksləri


0–9 A B Ç C D E Ə F G H X İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z



redaktə  

Opera musiqisi


Uvertüralar


Ariyalar


redaktə  

Təqvim

Sentyabr


redaktə  

Məşhur ariyaların sözləri



redaktə  

Şəkil qalereyası


La Traviata at Hamburgische Staatsoper 2013 - Photo No 100 by Monika Rittershaus.jpg
Traviata. Hamburq opera teatrı, 2013


redaktə  

Bilirsinizmi...

  • Turandot operasının orijinal süjeti Azərbaycanın XII əsrdə yaşamış klassik şairi Nizami Gəncəvinin “Yeddi gözəl” əsərindəki epik hekayədən götürülmüşdür.
  • Qarnye opera binasının lahiyəsi təqdim olunarkən İmperatriça Yevgeniya Şarl Qarnyedən onun hansı memarlıq üslubunda işlənildiyini soruşur: "Bu necə üslubdur? Nə yunan, nə XV Lüdovik, nə də XVI!" Qarnye belə cavab verir: "Bu ki, III Napoleondur və siz onu bəyənmirsiniz?!". İmperator Qarnyeni kənara çəkib qulağına pıçıldayır: "Narahat olmayın, onun onsuz da belə şeylərdən başı çıxmır". Beləliklə Napoleon üslubu yaranmış olur.
  • Bəd 13 ədədi: Opera Qarnye sayca Parisin 13 cüsüdür; 29 may 1896 cı ildə nizamlayıcı 700 kq-lıq çilçıraq "Faust" tamaşası gedərkən düşməsindən 13 nömrəli oturacaqda əyləşmiş tamaşaçı ölür; gənc balerina giriş pilləkanının 13 cü pilləsindən yıxılaraq tələf olur.
  • Qaston Lerunun məhşur "Opera fantomu" romanında opera binasının altında gölün olması göstərilir. Həqiqətdə də binanın zirzəmisində özülün davamlığını artırmaq və baş verə biləcək yanğını söndürmək üçün su anbarı mövcuddur.
  • Aida operasının Avropadakı premyerası 1872-ci ildə La Skalada baş tutmuşdur. Opera qədər bəyənilir ki, bəstəkar Cüzeppe Verdi 32 dəfə səhnəyə çağırılir.


redaktə  

Kateqoriyalar


redaktə  

Əlaqəli portallar


redaktə  

Xarici keçidlərdə operalar



Opera Vikixəbərdə  Opera Vikisitatda  Opera Vikikitabda  Opera Vikimənbədə  Opera Vikilüğətdə  Opera Vikiversitetdə  Opera Vikianbarda
Xəbərlər Sitatlar Dərsliklər və təlimat kitabçaları Mətnlər Sözlər Dərs resursları Mediafayllar