Plaçkovisa
Plaçkovisa | |
---|---|
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 1754 m |
Uzunluğu | 34 km |
Hündür nöqtəsi | Lises dağı |
Süxurları | Metamorfik süxurlar |
Yerləşməsi | |
41°46′ şm. e. 22°32′ ş. u.HGYO | |
Ölkə | Şimali Makedoniya |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Plaçkovisa (mak. Плачковица) — Şimali Makedoniya Respublikasının şərq hissəsində yerləşən dağ massivi. Dağ massivi Radoviş və Vinisa şəhərləri arasında yerləşir[1].
Silsilənin ən hündür zirvəsi Lises dağıdır. Dağın maksimal hündürlüyü 1754 metrdir. Əsas silsilənin uzunluğu 34 km-dir. Zrnovska çayının yatağı silsiləni iki əsas hissəyə ayırır:Qərbi və şərqi. Qərb silsiləsinin ən hündür zirvəsi Turtel dağıdır. Dağın hündürlüyü 1689 metrdir. Massivin digər hündür zirvələri: Çupino Brudo (1725 m), Bel Kamen (1707 m) və Kara Təpə (1625 m).
Lises dağı alpinistlər arasında ən məşhur ərazilərdən biri hesab edilir. Belə ki, zirvə Makedoniya ərazisinin ən çıxılan zirvələrindən biridir[2]. Dağları qərb hissələri ən qızmar yay ayları belə qarla örtülü olur. Ərazi əsasən Aralıq dənizindən gələn hava kütlələrinin təsirinə məruz qalır. Rayon ərazisində iki dağ evi fəaliyyət döstərir: Vrteşka Ştip istiqamətdə, Jumaya Radovişa istiqamətdə yerləşir.
Dağ massivi ərazisində çoxlu sayda mağara vardır. Onlardan beşi ziyarətçilər üçün açıqdır. Onlar arasında ən böyük mağaranın uzunluğu 600 metrdir.
Dağ silsiləsi əsasən qranitdən təşkil olunmuşdur. Burada həmçinin qaya şisti, qneys və mərmər belə aşkarlamaq mümkündür. Massiv dərin çay dərələr ilə parçalanmışdır. Şimal ətəklərdən axan çayların dərələri daha dərindir. Burada çoxlu sayda astana və şəlaləni müşühidə etmək mümkündür.
Plaçkovisa dağlarının iqlimi əsasən mülayim-kontinentaldır. Bəzi yerlərdə isə Aralıq dənizi tipinə yaxındır. Bu isə dənizdə formalaşan hava kütlələrinin təsiri ilə əlaqədardır. Burada illik orta temperatur 10–12 °C-dir. İl ərzində 500 mm yağıntı düşür. Cənub ətəklərində isə bu rəqəm 800 mm-dir. Massivin bitki örtüyü zolaqvaridir. Belə ki, əvvəlcə enliyarpaqlı meşələr yerləşir. Bu meşələr əsasən palıd ağaclarından ibarətdir. Bundan yuxarıda isə iynəyarpaqlı meşələr uzanır. Daha sonra isə alp çəmənlikləri yayılmışdır. Bu çəmənliklər otlaq sahəsi kimi istifadə edilir Plaçkovisa dağlarında gələcəkdə astronomik abservatoriyanın inşası planlaşdırılır. Bu müəssisə Ştip şəhər Universitetinin balansında olacaqdır[3].
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Arxivlənmiş surət". 2019-02-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-21.
- ↑ "Plaçkovisa". 2017-04-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-21.
- ↑ "Прва македонска астрономска опсерваторија на Плачковица". 2017-04-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-21.