Piyanqotəpə qətliamı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Piyanqotəpə qətliamı

Piyanqotəpə qətliamı — 16 may 1979-cu ildə Türkiyədə baş vermiş kütləvi qətl hadisəsi. Hadisə nəticəsində 7 nəfər həlak olmuş, 2 nəfər yaralanmışdır. Ankaranın Piyanqotəpə ərazisində sağçı hərbçilər tərəfindən əsasən solçuların getdiyi qəhvəxanaya basqın edilmişdir. Müttəhimlərdən Əli Bülənd Orxan 12 sentyabr çevrilişindən sonra edam olunmuşdur.

16 may 1979-cu ildə Keçiörən rayonunun Piyanqotəpə məhəlləsində yerləşən Rafiq Saydam küçəsində sağçılar Əli Bülənd Orxan, Nurullah Ağdoğan, Ərol Türkmən və Həsən tərəfindən dağıdılmışdır. Silahlılar kafedəkilərdən yerə uzanmağı tələb etmişdilər. Həmin vaxt qəhvəxanada 20 nəfər buna əməl etmişdir. Hücum edənlər yerdə yatan insanlara təsadüfi atəş açmışdılar. Həlak olanlar Hüsaməddin Qurban, Tuncay Sarıqaya, Mızrap Əli Daşkın, Ərdoğan Doğan, Müslüm Doğan, Mehmet Turan və Əhməd Turandır. 2 nəfər ağır yaralanmışdır. Hücum edənlər taksiyə minib qaçmışdılar.

Ankara Polis İdarəsinin 31 may 1979-cu il tarixli bəyanatında müttəhimlərin hadisədən əvvəl və sonra müxtəlif qətl, yaralanma və zorlamalarda da iştirak etdikləri iddia edilmişdir. Ankara Polis İdarəsi hadisəni belə izah etmişdir:

" Oğurluqda istifadə edilən, Rza Tüfəkçiyə məxsus 06 AT 126 dövlət nömrə nişanlı taksi SBF-nin qarşısında müştəri kimi minən Nurullah Ağdoğan və "Həsrət" ləqəbli Ərol Türkmən tərəfindən qəsb edilmişdir. Sürücü Bayındıra aparılmış, burada bənd və ağaca bağlanmışdır. Eyni avtomobildə Kırşəhər Həbsxanasından qaçan Hüseyn Bozqurd var idi. Öz təxəllüsünü istifadə edən Əli Bülənd Orxan və şəxsiyyəti müəyyən edilmiş biri "Çəlik" qəhvəxanasına gəlmişdir. Bu əsnada Ağdoğan maşında gözləmiş, digər 3 silahlı şəxs isə müxtəlif hadisələrdə istifadə olunduğu təsbit edilən 3 ədəd 14 tapança ilə yerdə uzananlara atəş açmışdır.[1] "

Qətliamın əsas şübhəlisi Əli Bülənd Orxan 12 oktyabr 1980-ci ildə İzmirdə yaxalanmışdır.[2]

Müttəhimlərdən biri olan Ərol Türkmən 17 oktyabr 1980-ci ildə baş müfəttiş Hikmət Sökmənərin Ankaradakı evinə basqın etmişdir. O, Sökmənərin həyat yoldaşı Bilgən Sökmənəri yaralamış, Sökmənərin 12 yaşlı qızını isə öldürmüşdür. Hadisədən sonra polisin təzyiqi altında Türkmən öz başına atəş açaraq intihar etmişdir.[3]

Əli Bülənd Orxan Ankara 1 saylı Hərbi Məhkəmədə mühakimə olunmuş və 24 iyun 1981-ci ildə edama məhkum edilmişdir. Kassasiya Kollegiyalarının Hərbi Məhkəməsi 25 fevral 1982-ci ildə edam hökmünü təsdiq etmişdir. Qərar Məşvərət Məclisi tərəfindən də qəbul edilmiş və nəhayət, prezident general Kənan Əvrənin sədrliyi ilə keçirilən Milli Təhlükəsizlik Şurasının 112-ci iclasında təsdiqlənmişdir. Orxan 13 avqust 1982-ci ildə Ankara Mərkəzi Qapalı Həbsxanasında asılaraq edam edilmişdir.[4]

  1. "Cumhuriyet gazetesi, 24 Eylül 1980: 'Piyangotepe Katliamı' sanıklarının yargılanmasına bugün başlanıyor". 20 November 2021 tarixində arxivləşdirilib.
  2. "Cumhuriyet gazetesi, 15 Ekim 1980: PİYANGOTEPE KATLİAMININ 1. SANIĞI SAĞ EYLEMCİ ORKAN YAKALANDI". 20 November 2021 tarixində arxivləşdirilib.
  3. "Cumhuriyet gazetesi, 23 Ekim 1980: DİĞER SANIK ANKARA'DA BİR KOMİSERİN EVİNE SİLAHLI BASKIN DÜZENLENDİKTEN SONRA İNTİHAR ETTİ". 20 November 2021 tarixində arxivləşdirilib.
  4. "Millî Güvenlik Konseyi, 112. Birleşim, 11 Ağustos 1982" (PDF). 24 May 2012 tarixində arxivləşdirilib (PDF).