Pərdə sürəti

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Külək gülünün 3 fərqli pərdə sürəti ilə çəkilmiş fotosu.

Pərdə sürəti ― fotoqrafiyada diafraqmadan keçən işığın nə qədər müddət senzorda qalacağını ifadə edən sistem. Başqa sözlə, pərdə sürəti şəkil çəkməyə sərf olunacaq vaxtı müəyyən edir.[1]

Professional fotoaparatlarda pərdə sürəti aralığı genişdir. Həvəskar, yaxud ucuz kameralar daha az pərdə sürəti aralığına sahibdir.

İstifadə formaları

[redaktə | vikimətni redaktə et]

Pərdə uzun müddət açıq qalarsa, hərəkət edən cisimlər fotoda bulanıq halda təsvir olunar. Bu isə hərəkət hissi verir. Məsələn, şəlalə, çay, hərəkətdə olan maşınlar və s. kimi obyektlər üçün istifadə olunur.

Qısamüddətli pərdə sürəti isə anlıq hadisələr üçün təsvir olunur. Quşun qanad çalmağı, delfinin suyun üstünə tullanması və s. Qısamüddətli pərdə sürəti fotonun bulanıqlaşmasına səbəb olan kamera sarsıntısı ehtimalını azaldır.

  1. Sidney F. Ray. Camera Features // Ralph Eric Jacobson; və b. (redaktorlar ). Manual of Photography: A Textbook of Photographic and Digital Imaging (Ninth). Focal Press. 2000. 131–132. ISBN 0-240-51574-9. 2021-08-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-16.