Olimpdə Zevsin heykəli
Olimpdə Zevsin heykəli | |
---|---|
Ölkə | |
Tikilib | e.ə.430 |
Hündürlüyü | 12 m |
Material | qızıl, ağac |
Vikianbarda əlaqəli mediafayllar |
Zevsin heykəli — qədimdə "dünyanın yeddi möcüzəsi"ndən biri sayılmışdır.
Tarixi
[redaktə | mənbəni redaktə et]Yunanıstanın Olimp dağlarında, yunanların baş allahı Zevsin adına e.ə. V əsrdə heykəltaraş Fidi tərəfindən hazırlanmışdır. Olimpiya şəhərinin mərkəzi meydanında mərmər suvaq çəkilmiş və müxtəlif heykəllərlə bəzədilmiş əzəmətli məbəd ucalırdı. Məbədin daxilində döşəmə möhtəşəm mozaika ilə bəzədilmişdi. Məbədin içərisində böyük qırmızı pərdə arxasında qədimdə, "dünyanın yeddi möcüzəsi"ndən biri hesab olunan Olimpiyalı Zevsin heykəli dururdu. Olimpiyalı Zevsin heykəlini görməyəni Yunanıstanda bədbəxt adam hesab edirdilər. Antik müəlliflərin məlumatına görə, Zevs qızıl və fil sümüyü ilə bəzədilmiş taxtda əyləşmişdi. Onun gövdəsinin yuxarı hissəsi çılpaq, aşağı hissəsi isə zəngin paltara bürünmüşdü. Zevsin bədəni və başı ağacdan düzəldilmiş və üzəri fil sümüyü ilə örtülmüşdü. Zevsin bir əlində Nika — qələbə ilahəsinin heykəli, o biri əlində isə Zevsin müqəddəs quşu — qartalın təsviri ilə bəzədilmiş jezl — hökmdarlıq əsası var idi. Zevsin başını qızıldan düzəldilmiş zeytun yarpaqları çələngi bəzəyirdi.
Zevsin heykəlinin qalıqları Afinanın 150 km qərbində yerləşən qədim Olimpiya şəhərində, ilk olimpiadaların keçirildiyi yerdədir. Olimpiadalar əsnasında döyüşlər dayanar, dünyanın dörd bir tərəfindən gələn atletlər üçün bu heykəlin qarşısında mərasimlər təşkil olunarmış. Zevsin heykəli e.ə. 450-ci ildə, məbəd isə daha əvvəl — e.ə. 770-ci illərdə olimpiadalar başlandıqdan sonra tikilmişdir. İllər keçdikcə insanlar yalnız ibadət etmək üçün deyil, heykəli görmək üçün də buranı ziyarət etmişlər. E.ə. 200-cü ildə heykəl bərpa edilmiş, bundan sonra Romaya daşınarkən zədələnir, 391-ci ildə Roma imperatoru Dominisian (284–305) tərəfindən olimpiadaların qadağan edilməsi ilə buraya göstərilən maraq azalmışdır. Zəlzələlərin, sellərin təsiri ilə heykəl daha da köhnəlmişdir. Zəngin bir yunan tərəfindən İstanbula gətirilən heykəl, 462-ci ildə baş verən böyük bir yanğında tamamilə yox olmuşdur. Daha sonra 1829-da Olimp dağında heykələ aid bəzi parçalar tapılmış və Fransaya aparılmışdır.
Zevs məbədinin içində olan heykəl, məbədə çətinliklə sığırdı, hətta oturaq vəziyyətdə təsvir edilən Zevs, ayağa qalxsa məbədin tavanı yıxılacaqmış kimi dayanırdı. Heykəlin oturdulduğu döşəmə 6.5 metr genişliyində və 1 metr hündürlükdə, heykəlin özü isə 12 metr hündürlükdə idi. Üzərində, Yunan tanrılarının və sfinks kimi mistik heyvan fiqurları təsvir edilirdi. Heykəlin dərisi fil dişindən, saqqalı, saçları və paltarı qızıldan idi. Qaranlıq bir koridordan keçilərək görülə bildiyi üçün, parlaq fil dişi, insanların gözünü qamaşdırır və dərindən təsir edirdi.
Olimpiada oyunları 391-ci ildə bütpərəstlik olaraq günahlandırılıb ləğv edildi və Zevs məbədi də bağlanıldı. Dünyanın yeddi möcüzəsindən biri sayılan heykəl, zəngin yunanlar tərəfindən, yeni qurulan və o zamanki adıyla Konstantinopol deyilən İstanbula daşınmışdır və orada 462-ci ildə baş verən böyük yanğında məhv olmuşdur.
1829-da Olimp dağında fransızlar tərəfindən burada tapılan heykələ aid bəzi parçalar Parisdə Luvr muzeyində sərgilənir.