Nokten dili

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Viçi Lhamtes Nokten
Orijinal adı Wichí Lhamtés Nocten
Ölkələr Argentina Argentina, Boliviya Boliviya
Regionlar Tarixa departamenti
Kordilyera de Pirapo
Danışanların ümumi sayı 1910 nəfər (1994)[1]
Təsnifatı
Kateqoriya Cənubi Amerika dilləri
indigenous language[vd]
Indigenous languages of the Americas[vd]
indigenous language of South America[vd]
Matacoan[vd]
Wichí[vd]
Viçi Lhamtes Nokten
Dil kodları
ISO 639-1
ISO 639-2
ISO 639-3 mtp
Ethnologue mtp
IETF mtp
Glottolog wich1262

Viçi Lhamtes Nokten və ya Veenhayek diliBoliviyada yaşayan Viçi xalqının doğma dili. 1994-cü ilin məlumatına görə Boliviyada danışanlarının sayı cəmi 1.810 nəfər, Argentinada isə cəmi 100 nəfərdir. Boliviyada bu dildən Tarixa departamentində, Pilkomayo çayının cənub-qərbində və Kordilyera de Pirapoda istifadə olunur. Argentinada isə bu dil ölkənin şimal sərhədindən cənuba doğru — Tartaqal şəhərinə qədər olan ərazidə danışılır. Dilin digər adları da mövcuddur: Matako, Boliviya, Matako Nokten, Nokten, Noktenes, Oktenai və Veenhayek. 2009-cu ildə Boliviya konstitusiyasında bu dilin adı Veenhayek kimi çəkilmişdir.[2]

  1. "Wichí Lhamtés Nocten". Ethnologue (ingilis). 2 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 may 2016.
  2. "Wichí Lhamtés Nocten." Arxivləşdirilib 2012-09-04 at the Wayback Machine Ethnologue. İstifadə tarixi: 27 may 2016.