Nikotin turşusu

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Nikotin turşusu
Ümumi
Kimyəvi formulu C₆H₅NO₂[1]
Molyar kütlə 0 kq[1]
Termik xüsusiyyətlər
Ərimə nöqtəsi 238 °C[2]
Təsnifatı
CAS-da qeyd. nöm. 59-67-6
PubChem
RTECS QT0525000
ChEBI 15940
ChemSpider

Vitamin PP (B3) nikotin turşusu və ya niasin də deyilir. Vitamin B3 orqanizmə qida vasitəsilə daxil olur. Ətdə, böyrəkdə, xüsusilə, qaraciyər və bəzi bitkilərdə (düyü, buğda və s.) rast gəlinir. Orqanizmdə B3 vitamini triptofandan da alınır. Bu vitaminin sintezi aşağdakı reaksiya ilə alınır.

nikotin turşusunun sintezi

B3 vitamininə olan gündəlik təlabat 25 mq-dır. Vitamin B3 bir sıra kofermentlərin tərkibində olub aşağıdakı biokimyəvi reaksiyalarda iştirak edir:

  1. Oksidləşmə-reduksiya reaksiyasında hidrogen daşınma funksiyasıni (NADH) yerinə yetirir;
  2. Allosterik effektor kimi nizamlayıcı rolunu oynayır;
  3. Sintetik reaksiyalarda substrat rolunu oynayır.
nikotin turşusu

Orqanizmdə B3 vitamini çatmadıqda pellaqra xəstəliyi əmələ gəlir. Pellaqra sözü yunanca pelle və aqra sözündən götürülüb, mənaca dərinin kələ-kötürləşməsi deməkdir. Əlamətləri aşağıdakılardan ibarətdir: dəridə yara əmələ gəlir, həzm sisteminin funksiyası pozulur, əqlin zəif inkişaf etməsi və s. hallar baş verir. Tibbi təcrübədə nikotin turşusu və onun amidindən istifadə edilir. Bu vitamin orqanizmdə gedən müxtəlif proseslərdə böyük rol oynayır. Bu vitamin müxtəlif xəstəliklərin və pozulmaların müalicəsində dərman vasitəsi kimi istifadə olunur. Niasin sinir sisteminin və baş beyinin normal fəaliyyətini təmin edir. Bu səbəbdən bu vitamin müxtəlif sinir sistemi xəstəliklərinin (miqren, depressiya, şizofreniya və s.) müalicəsində istifadə olunur.

  • Nikotin turşusu ürək-damar sisteminə də böyük təsir edir — kiçik damarları genişləndirir, qan dövranını yaxşılaşdırır, arterial təzyiqini normallaşdırır, xolesterinin səviyyəsini aşağı salır, ürək-damar sistemi xəstəliklərinin riskini azaldır. Nikotin turşusu qan dövranı pozulmaları zamanı müalicəvi vasitə kimi istifadə olunur.
  • Nikotin turşusu həzm sisteminin normal fəaliyyətində böyük rol oynayır — iltihabı azaldır, mədə şirəsinin ifrazını artırır, mədəaltı vəzinin və qara ciyərin funksiyalarını stimullaşdırır. Nikotin turşusu qara ciyər, mədə və 12 barmaq bağırsağı xorası, enterokolit kimi xəstəliklərin müalicəsində istifadə olunur.
  • Digər B qrupu vitaminləri ilə birlikdə nikotin turşusu hemoqlobinin sintezində və eritrositlərin yaranmasında iştirak edir.
  • Niasin müxtəlif hormonların (estrogen, progesteron, testosteron, kortizon, qalxanvari vəzi hormonları və s.) sintezində böyük rol oynayır.
  • Niasin orqanizmdə gedən bütün maddələr mübadiləsi proseslərində iştirak edir.
  • Nikotin turşusu oynaqların sağlamlığını qoruyur və bu səbəbdən artritin müalicəsində istifadə olunur. Bu vitaminin orqanizmdə çatışmazlığı bir çox pozulmalara səbəb olur. Bu pozulmalar arasında:
  • dəridə qızarma, qabıqvermə, quruluq, xoraların əmələ gəlməsi
  • ürəkbulanması, iştahanın azalması, qıcqırma, ishal, həzm proseslərin pozulması
  • yorğunluq, zəiflik, yuxusuzluq
  • depressiya, əsəbilik, apatiya, baş ağrıları
  • taxikardiya, immunitetin zəifləməsi.
  1. A. M. Məhərrəmov, M. Ə. Allahverdiyev. Həyat fəaliyyətinin kimyəvi əsasları, Ali məktəblər üçün dərslik, Bakı: "Bakı Universiteti" nəşriyyatı, 2009
  2. http://saglamolun.az/
  1. 1 2 nicotinic acid (ing.).
  2. Bradley J., Williams A. J., Andrew S.I.D. Lang Jean-Claude Bradley Open Melting Point Dataset. // Figshare 2014. doi:10.6084/M9.FIGSHARE.1031637.V2