NVIDIA SLI

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
3 way SLI

Scalable Link Interface (SLI) multi-GPU texnologiyası üçün bir marka adıdır. İki və daha artıq video kartın birlikdə istehsal etdiyi görüntünü tək çıxışda cəmləşdirən bir texnologiyadır. Ekran kartları paralel olaraq bağlanaraq görüntünü emal edir. ( Məsələn: İki video kartın birləşdirilməsi emal gücünü iki dəfə artırır)

SLI adı ilk dəfə 1998-ci ildə 3dfx tərəfindən istifadə olunmuşdur (Scan-Line Interleave). Bu texnologiya Voodoo 2 modelində ilk dəfə istifadə edilmişdir. 3dfx sonra NVIDIA kompaniyası tərəfindən satın alınmışdır. Beləliklə Voodoo modeli ekran kartlarının istehsalı dayandırılmışdır. 3dfx və NVIDIA tərəfindən isitifadə olunun bu iki SLI texnologiyası bir-birindən tamam fərqlənirlər. Bu SLI texnologiyası 2004-cü ildən NVIDIA tərəfindən təkminləşdirilməyə başlanılıb.

Digər SLI texnologiyaları

[redaktə | mənbəni redaktə et]

Tək ekran kartında GPU :

[redaktə | mənbəni redaktə et]

Gigabyte Technology üzərində 2 ədəd 6600 ardıcıllığı prosessor olan GV-3D1-68GT modelini bazara sürmüşdür. Bu model, anakartların SLI rejimində X16 slotu 2 slot arasında paylaştırması (X8 + X8) səbəbiylə yalnız Gigabyte tək bir anakartına uyğun idi.

NVIDIA, üzərində iki ədəd GPU olan və prosessor başına 512mb GDDR3 yaddaşı olan 7900 GX2 modelini çıxarmışdır. Bu model ilk olaraq Dellin XPS ardıcıllığı modellərində iki ədəd (QUAD SLI) istifadə edilmişdir. Mart ayından sonra Alienware firması tərəfindən də istifadə edilməyə başlamışdır. Lakin bu məhsul son istifadəçi bazarına çıxmamışdır. Avqust 2006 da yeni versiyası olan 7950 GX2 son istifadəçi bazarına çıxarılmışdır.

ASUS, Gigabyte dizaynına bənzəyən amma üzərində iki ədəd 7800GT prosessor olan N7800GT Dual modelini bazara çıxarmışdır. Bu modeldə də uyğunlaşma problemləri yaşanmışdı (nForce4 chipset istifadə bir neçə anakart ilə uyumluydu) və qiyməti də çox yüksək (800 $ ətrafı, 2 ədəd 7800GT daha ucuza alına bilirdi). Ayrıca bu ekran kartı xarici güc mənbəyinə ehtiyac duyan ilk ekran kartıdır.

Quad SLI fikri ilk olaraq 2005-ci ilin əvvəllərində ortaya atılmışdır. Noyabr 2005-ci ildə Gigabyte Technology üzərində 4 ədəd PCIe x16 slotu olan bir anakart çıxarmışdır (GA-8N SLI Quad Royal).

2006-ci ilin əvvəllərində NVIDIA, həm 4 ədəd ekran kartının hər anakart quruluşunda istifadə edilməməsinə (Micro ATX, Flex ATX), həm də 1 ədəd artıqdan slotu soyuducu üçün istifadə edilməsi, inkişaf etmiş ekran kartlarının anakart üzərindəki digər slotları istifadəsini maneə törətməsi səbəbiylə tək ekran kartında 2 GPU istifadə 2 ekran kartı ilə Quad SLI etməyə qərar vermişdir. Lakin bu layihə də X16 slotunun 2 slot arasında paylaşdırılması səbəbiylə uyğunlaşmamışdır.

Hal-hazırda çıxan cüt nüvəli 9800X2 modelləri ilə normal SLI anakartlarda Quad SLI etmək mümkündür.

Xüsusilə yeni nəsil Nvidia anakartlar üzərində olan bir xüsusiyyət bu sayədə anakartlar üzərində olan onboard NVIDIA çipsetinidə istifadə edə bilməkdədir. Amma son istifadəçi üçün ən böyük xüsusiyyəti Crossfire (çarpaz atəş) texnologiyasını olduğundan Hybrid SLI xüsusilə ekran kartları arasında fərqli versiyalarla uyğunsuzluq vardır. Xüsusilə bu anakart üzərində olan Nvidia görüntü çip dəstləri dövrə xarici qalması yerinə qrafik əməliyyatına daxil olub 2 dənə eyni model ekran kartı istifadəsində ilk karta görə 35%-ə qədər randıman təmin edərkən onboard üzərindəki aşağı model görüntü çip sayəsində + 5% ilə + 10% arası nümayişinin artımınına səbəb olmuşdur.