Monte-Karlo operası
Monte-Karlo operası — Monakoda opera teatrı.
Tarixi
[redaktə | mənbəni redaktə et]1870-ci illərdə knyazlığın əlverişli coğrafi mövqeyindən və Monakoya dəmir yolunun çəkilməsindən faydalanmaq və bununla da şəhərin turistik cəlbediciliyini artırmaq qərarına gələn Şahzadə III Karlın sifarişi ilə memar Şarl Qarnyenin layihəsinə uyğun olaraq inşa edilmişdir.
Teatr Aralıq dənizinin sahilində yerləşir. Dəbdəbəli bəzədilmiş opera binasının qarşısında yəhudi əsilli rus-fransız heykəltəraş Leopold Bernştamın əl işləri olan bəstəkarlar Berlioz və Massnenin büstləri var.
Memarının adı ilə Qarnye zalı (Salle Garnier) adlandırılan və 524 tamaşaçı tutumu olan teatr zalı 25 yanvar 1879-cu ildə instrumental musiqi, balet, həmçinin, aktrisa Sara Bernarın qiraətindən ibarət tamaşa ilə açıldı. O vaxtdan teatr səhnəsində müxtəlif janrlı tamaşaların qoyulması ənənəsi formalaşıb. Teatrda səhnəyə qoyulan ilk opera 8 fevral 1879-cu ildə Rober Planketin Le Chevalier Gaston əsəri oldu və ardınca həmin mövsüm ərzində daha 3 opera səhnələşdirildi.
Dünya premyeraları
[redaktə | mənbəni redaktə et]Teatrın səhnəsində ümumilikdə 80-dən çox operanın dünya üzrə premyerası baş tutub, o cümlədən, Cakomo Puççininin "Qaranquş" (1917) və Moris Ravelin "Uşaq və möcüzə" (1925) operaları.
Maraqlı faktlar
[redaktə | mənbəni redaktə et]Manaf Süleymanov "Eşitdiklərim, oxuduqlarım, gördüklərim" kitabında bildirir ki, 1910-cu ildə Bakıda tikilməsi nəzərdə tutulan indiki Azərbaycan Dövlət Akademik Filarmoniyasının binasının layihəsini hazırlamaq üçün memar Qavriil Ter-Mikelov məhz Monte-Karlo operasının binasını görmək üçün Monakoya ezam edilmişdi.[1]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Сулейманов, Манаф. Дни минувшие (Исторические очерки) (PDF). Баку: Азернешр. 1990. səh. 14. 28 March 2018 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 1 may 2016.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- belcanto.ru saytında məqalə. Arxiv surəti 16 mart 2015 tarixindən Wayback Machine saytında
- Monte Karlo Operası də Arxiv surəti 26 iyul 2018 tarixindən Wayback Machine saytında — Specialradio.ru — 2017