Migel Servet
Migel Servet | |
---|---|
ing. Michael Servetus | |
Doğum tarixi | |
Doğum yeri | Villanueva de Sigena, İspaniya |
Vəfat tarixi | (42 yaşında) |
Vəfat yeri | Cenevrə, İsveçrə |
Vəfat səbəbi | tonqalda yandırılıb |
Təhsili | |
Fəaliyyəti | teolog, həkim və hümanist |
Vikianbarda əlaqəli mediafayllar |
Migel Servet (ing. Michael Servetus; 29 sentyabr 1511 – 27 oktyabr 1553[1], Cenevrə, Cenevrə Respublikası[d]) — teoloq, həkim və hümanist alim. Servet bir çox elm sahəsində fəaliyyət göstərmişdir. Astronomiya, meteorologiya, coğrafiya, hüquq və incil kimi müxətlif sahələrdə çalışmışdır. Migel Servetin əsas fəaliyyət sahəsinə teologiya və həkimlik daxil olub.
Həyatı
[redaktə | vikimətni redaktə et]Migel Servet Villanueva se Sijena şəhərciyində, İspaniyada 1511-ci ildə anadan olmuşdur. Doğum tarixi haqqında, dəqiq məlumat yoxdur. Bəzi qaynaqlarda 1509-cu ildə, doğuldu göstərilmişdir. Servetin atası Araqon krallığının zadəganlarından olan Sərveto nəslindəndir. Anası Monzon bölgəsində keçmiş yahudi ailəsindən idi. 1524-cü ildə Servetin atası Sijena kral sarayında kargüzar vəzifəsində çalışarkən, gənc oğlunun təhsilinə ciddi fikir vermişdir. Migel Servet atasının dəstəyi ilə Zaraqoza Universitetinə daxil olur. Servetin üzvü olduğu ailədə, üç uşaq vardı. Onun digər iki qardaşından biri atası kimi kargüzar, digəri isə katolik rahibi olmuşdur. Servetin dil öyrənmək sahəsində olan qabiliyyəti, ali təhsil aldığı müddətdə daha da genişlənmişdir. latın, yunan və ivrit dilini dərindən öyrənmişdir. 15 yaşında Maykl Xuan de Quinata adlı rahibin himayəsinə verilmişdir. Rahibə Servetə din sahəsində təhsil verməsi tapşırılmışdı, Migel Servet XVI əsrdə İncilin İspaniyada mövcud olan bütün əlyazmalarını bir neçə dildə oxumuşdur. Dini təhsilini bitirdikdən sonra 1526-cı ildə Fransanın Tuluza şəhərində yerləşən Tuluza Universitetində hüquq təhsili almağa başlamışdır. Təhsil aldığı dövr ərzində, protestant tələbələrlə birlikdə, gizli yığıncaqlar təşkil etmiş və mərasimlərdə iştirak etmişdr. Katolik məzhəbinin əqidəsinə uyğun davranmadığı üçün Tuluza Universiteti tərəfindən xəbərdarlıq almışdır.
1529-cu ildə Servet kral V Carlsın dini işlər üzrə rəhbəri keşiş Quintana ilə birlikdə Almaniya və İtaliyaya səfər etmişdir. 1530-cu ildə İsveçrənin Bazel şəhərinə gələn Servetin burada katoliklər tərəfindən sevilməyən alim Yohann Oklempedus yanında on aya yaxın müddət yaşamışdır. Migel Servet katolik təhsili alsa da, bu dini inancı yayılmasının tərəfdarı deyildi. O, daha çox protestant və bərabərliyi müdafiə edirdi. 1531-ci ilin may ayında Fransanın Strasburq şəhərində Martin Buser və Fabriso Kapito ilə tanış olmuşdur. Həmin ilin iyul ayında Servet əsas kitablarından olan Teslisinin səhvləri haqqında kitabını yazmışdır. Sonrakı illərdə Migel Servetin bir-birinin ardınca Telhis barəsində söhbətlər və İsa dövrünün ədaləti kitablarını yazmışdır.
Servet teslisinin incilini həqiqəti əks etdirmədiyini və qədim yunan əsatirlər əsasında yazıldığını iddia edirdi. Tərəfindən yazılan ilk üç kitabda, bu fikrini əsaslandırmağa çalışmış, bu barədə böyük mülahizələr sistemi yaratmışdır. Servet kitablarında, vəzifəsinin insanlara həqiqəti catdırmağ olduğunu və kilsənin insanlara zülm etməsinin, dinə uyğun olmadığını açıq şəkildə bəyan etmişdir. Servetin fikirlərində yəhudilik və islam dinlərinin böyük gələcəyə sahib olacağını bildirmişdir. Onun kitablarında İsanın Tanrının övladı olması fikri üstü örtülü şəkildə inkar edilirdi. İsanın Məryəmin övladı olması ilə razılaşan Servet Tanrının ruhunun Məryəmin uşağlığına gələrək, İsanın formalaşdığı fikrini şərti olaraq qəbul edirdi. Katolik məzhəbinin güçlü olduğu bu dövrdə, bu fikrin ziddinə getmək, həmin şəxsin tonqdalda yandırılması ilə nəticələnirdi.
Servet kitablarında İsa barəsində Tanrının əzəli və əbədi oğlu yox Əzəli və əbədi oğul ifadəsini istifadə etmişdir. Katoliklərin təziqlərinə məruz qaldığında özünü müdafiə etmək üçün fikirlərinin düzgün anlaşılmadığını bildirmişdir. Bu barədə ikinci kitabında İsanı Tanrının oğlu olduğunu yazmışdır. Katoliklərin Servetin fikrilərindən məlumatları vardı. Onun üç müqqədəsin (Tanrı, İsa və Məryəm) eyni ruhda birləşməsi fikrini inkar etməsi və əvvəlcədən İsa haqqında bəzi zidiyyətli fikirləri, Servetin üzərində olan təziqləri daha da artırmışdır. Kilsənin və din xadimlərinin təziqlərindən gizlənmək məqsədi ilə yazılarını Villanuevalu Migel adı ilə çap etdirməyə başlamışdır. 1553-cü ildə Paris şəhərində Kalvin kollecində işləməyə başlayır. Burada bir müddət çalışmış, sonra şəhəri tərk etmişdir. 1556-cı ildə yenidən Parisə qayıdan Migel Sevet həkimliklə məşğul olmağa başlayır. Onun Paris şəhərində olan tələbələri arasında sonradan dövrünün məşhur həkimləri olacaq, Silvius, Fernel və Quintarda vardı.
Fəaliyyəti
[redaktə | vikimətni redaktə et]Həkimlik sahəsində fəaliyyətini genişləndirən, Servet bəzi tibbi təcrübələr aparmağa başlamışdır. Vyana şəhərinin baş yepiskopu Palmiyerin şəxsi həkimi olmuşdur. Bu vəzifə ona qarşı olan dindarların təziqini nisbətən azaltmışdır. Dauphine şəhərinin valisi Guy de Maugironunda şəxsi həkimi Migel Servet olmuşdur. Servet Lion şəhərində və ətraf ərazilərdə 15 il müddətində həkimlik etmişdir. Həkimlik etdiyi dövrdə, yaradıçılığınıda dayandırmayan Servet Coğrafiya sahəsində kitabların yazılmasına başlamışdır. Migel Servet Batlayamus haqqında olan ilk kitabını və özünün Müqqədəs kitab adlı kitabını xaç atası olmuş Huges de la Porteyə ithaf etmişdir. Coğrafiya haqqında yazılan ikinçi kitab isə Vyana şəhərinin baş yepiskopu Palmiyerə ithaf olunmuşdur. Lion şəhərində fəaliyyət göstərdiyi müddətdə, humanizm cərəyanının nümayəndələri olan alimlərlə tanış olan, Servet öz əsərlərində onları müdafiə etmişdir.
Migel Servet tibb sahəsində olan biliklərini Lion şəhərində həkim işləyərkən daha da genişləndirmişdir. Onun tibb sahəsində bir sıra kitablar yazdığı məlumdur. 1553-cü ildə dini məzmunlu tənqidi ruhda Christianismi Restitutio adlı kitab yazmışdır. Kitabın yazılmasından bir neçə il sonra Servet kitabın bir nüsxəsini Jan Kalvinə göndərmişdir. Kitabın göndərilməsinə, Jan Kalvin tərəfindən cavab yazılması ilə hər iki şəxs arasında məktublaşma başlamışdır. Migel Servet Jan Kalvinin dini hakimiyyətindən çəkindiyindən, məktubun sonunda öz adını yox sadəcə Migel de Villeneuve imzasından istifadə etmişdir. Hər iki şəxs arasında, aparılan ilk məktublaşmalar normal şəkildə davam etsə də, sonradan Servet Jan Kalvini insanları cəhalətə aparmaqda günahlandırmışdır. Bu fikirlərdən sonra, Jan Kalvin tərəfindən yazılan sonuncu məktubda Servetə qarşı olan böyük nifrət öz əksini tapmışdır. Jan Kalvin yazmışdır:
Sənə nə nifrət edirəm nə də səni təhqir etmək fikrim var. Ancaq sənin müqqədəs xüsusiyyətlər haqqında, təhqir edici fikirlər yazmağın, dinimizə qarşı yönəlmiş böyük günahdır. Bu səbəbdən sənin fəaliyyətini daim nəzarətdə saxlayacam. |
Migel Servet dostu Uliyam Farelə 1546-cı ildə 13 fevral tarixində yazdığı məktubda , onu gözləyən təhlükə haqqında belə yazmışdır:
lat. si venerit, modo valeat mea autoritas, vivum exire nunquam patiar, azərb. Əgər Liona özü və ya adamlarından kimsə gəlsə, mən Migel Servetəmsə onlar mənim evimdən sağ çıxmayacaq.[2] |
Həbs edilməsi və edamı
[redaktə | vikimətni redaktə et]16 fevral 1553-cü ildə, Servet Vyana şəhərində yaşadığı müddətdə, Cenevrə şəhərində yaşayan varlı tavir və Jan Kalvinin yaxın dostu və silahdaşı Guillame Tirye tərəfindən Lion şəhərində yaşayan Antonio Arneysə adlı xalası oğluna yazdığı məktubda Migel Serveti fəaliyyətinə və dini görüşünə görə kafir adlandırmışdır.[3] Fransa ağır cəza məhkəməsi Mateyo Orinin tələbi ilə, Servet və Kristianismi kimi katoliklərin əleyhinə kitablar yazan şəxslərə çap işində kömək edənlərin cəzalandırlmasını tələb etmişdir. Bu məqsədlə Arnollet adlı şəxs həbs olunmuş, lakin ona qarşı olan dəlilərin az olması səbəbindən, azadlıqa bıraxılması barədə qərar qəbul edilmişdir. Mateyo Ori Guillam Tiryeyə yazdığı məktubda, Arnollet və Servetin katolik məhzəbi əlehinə olan fəaliyyətləri barədə daha çox dəlik göndərməsini istəmişdir. 26 mart 1553-cü ildə Servetin Jan Kalvinə göndərdiyi məktublar və katoliklik əlehinə yazılmış iki kitab Tirye tərəfindən məhkəmənin davam etdiyi Lion şəhərinə göndərilmişdir.
4 aprel 1553-cü ildə Migel Servet Roma-Katolik kilsəsinin əmir ilə Vyana şəhərində həbs edilir. 7 aprel 1553-cü ildə Servet həbsxanadan qaçmağı bacarır. Həmin ilin 17 iyun tarixində Fransa ağır cəza məhkəməsinin qərarı ilə dini görüşü təhqir etməyə görə ikinci dəfə həbs edilir. Migel Servetin dini görüşləri haqqında məhkəmə sənədlərində göstərilmişdir ki, onun həbsi Jan Kalvinə göndərilən məktublar, kitabları əsasında geçəkləşmişdir. kalvinistlər Migel Servetin tonqalda yandırılmasını tələb edirdilər. Servet ikinçi dəfə həbs olunmasına baxmayaraq, yenidən həbsdən qaçmağı bacarmışdır. İtaliyaya getmək istəyən Servet Jan Kalvinin idealarının qəbul edilmədiyi Cenevrə şəhərində gizlənmək qərarına gəlmişdir. 13 avqust 1553-cü ildə Jan Kalvin tərəfindən idarə olunan dini mərasimə qatılmışdır. Mərasim vaxtı uca səslə kim olduğunu demiş və dərhal həbs olunmuşdur.[4] Servet üçüncü dəfə həbs edilərkən, daha ciddi rejimli həbsxanaya göndərilmiş və bütün əmlakı məhkəmə qərarı ilə müsadirə edilmişdir. Jan Kalvin həmin dövrdə, Cenevrə şəhərində zəifləmiş nüfuzunu bərpa etmək üçün mübarizə aparırdı. Kalvin Servetə qarşı açıq mübarizə aparmırdı.[5] Kalvinin rəqibləri Serveti dəstəklədiyindən, Kalvinist tərəfdarları rahat şəkildə hərəkət edə bilmirdilər. Migel Servetin məhkəmə prosesi uzandıqca, Jan Kalvin etibarının azaldığını görürdü. İnsanlar Kalvinizm dəyərlərindən kənarlaşmağa başlamışdılar. Bu səbəbdən Jan Kalvin Servetin ən qısa zamanda ən ağır cəza almasına çalışırdı. Radikal kalvinistlərin əsas tələbi, Servetin tonqalda yandırılması idi.[6]
Jan Kalvin Servetin həyatı boyu xristianlıqla qarşı olması səbəbindən onun ölümə layiq olduğunu düşünürdü, amma Servetin yandırılma kimi nadir hallarda istifadə olunan ən ağrılı üsulla öldürülməsinə qarşı idi.[7] Kalvinin buna qarşı olmasının səbəbi, təbliğ etdiyi, Kalvinizm ideyalarında, düşməni zülm verərək, öldürmək günah hesab olunurdu. Kalvin Farelə yazdığı məktubda, Servetlə sonuncu dəfə, həbsxanada görüşməsindən yazmışdır. Həmin məktubun bəzi hissələrində hər iki şəxs arasında, yaşanan dialoq təsvir olunmuşdur. Məktubdan bir hissə:
Servetin məhkəmə zalındaca həbs olunacağını düşünürdüm. Yaxın dostum Nikolas ona ölüm hökmü verdi və lex talionis həbsxanasında tək adamlıq hücrəyə salındı. Məhkəmənin ilk günü, əsasız və yalan iddialara özünü müdafiə, etməyə başladı. Ona verilən dəqiq suallardan, ustalıqa yayınırdı. Migel Servetin günahını sübuta yetirməkdə cətinlik cəkən məhkəmə, şahid kimi bizi çağırdı. Servet məni ağır sözlərlə təhqir etməyə başladı, görsən deyərdin ki, iblisə lənət yağdırır. Məndə ona layiq olduğu cavabı verdim. Onun bütün təhqirlərinə cavab vermədim, çünki mən onun necə dinsiz və zalım insan olduğunu bilirəm. Servet iblisə inandığını "İlahi varlıq şeytanın əlindədir" sözləri ilə bir daha təsdiq etdi. Migelin dinsiz olmasını hamı bilir, o bizim inandığımıza inanmır və tanrıları utanmadan təhqir edir. Özünü isə tanrı hesab edir. Əgər o tanrıdırsa, o zaman özünə kömək etsin. Mən onun ölüm hökmünün vaxtının gəldiyinə inanıram, Tanrıdan Migel Servetə ağrsız ölüm arzu edirəm |
Migel Servet Cenevrə şəhərinin vətəndaşı olmaması səbəbindən, məhkəmə onu ən pis halda sürgünə göndərə bilərdi. Kalvinistlərin bu cəzadan narazı qalaçağlarını anlayan məhkəmə rəhbərliyi məsələ barədə İsveçrədə olan digər şəhərlərlə məsləhətləşmələrə başladı. Sürix, Bern və Bazel kimi kanton rəhbərləri qanunlardan aslı olmayaraq, Servetin edam edilməsinin tərafdarı idilər.[9] Servetin edam edilməsinə qarşı olanlar Libertinlər adlandırılırdı. Onlar katolik kilsəsinin şəxsi maraqları naminə, insanların həyatlarını məhv etməkdə günahlanırıdı. Tanınmış alim Martin Lüterdə Servetin edam edilməsinə qarşı olanlar arasıda idi. Ancaq bütün cəhdlərə baxmayaraq, Katolik və Kalvinist kilsəsinin böyük rolu nəticəsində, Migel Servet 1553-cü ilin 24 dekabr tarixində, dinə, dini kitablara və rahiblərə qarşı çıxdığı üçün yandırılaraq edam edilməsi barədə qərar qəbul edildi. Migel Servet 1553-cü ilin 27 dekabr tarixində Cenevrənin kənarında yerləşən düzənlikdə dor ağacına bağlı şəkildə yandırılaraq edam edilmişdir.
Ədəbiyyat
[redaktə | vikimətni redaktə et]- Jean Calvin, Defensio orthodoxae fidei de sacra Trinitate contra prodigiosos errores Michaelis Serveti..., (Defense of Orthodox Faith against the Prodigious Errors of the Spaniard Michael Servetus...), Cenəvrə, 1554. [1] Ətraflı burada [2][3] Arxivləşdirilib 2007-03-13 at the Wayback Machine
- Hunted Heretic: The Life and Death of Michael Servetus 1511-1553 Roland H. Bainton tərəfindən. Ángel Alcalá tərəfindən yazılmış giriş ilə Peter Hughes tərəfindən müzakirə edilmiş nəşr. ISBN 0-9725017-3-8 [4]
- Out of the Flames : The Remarkable Story of a Fearless Scholar, a Fatal Heresy, and One of the Rarest Books in the World Lawrence Goldstone və Nancy Goldstone tərəfindən. ISBN 0-7679-0837-6.
- The Heretics: Heresy Through the Ages by Walter Nigg. Alfred A. Knopf, Inc., 1962. (Təkrar nəşr [5] Dorset Press, 1990. ISBN 0-88029-455-8)
- The History and Character of Calvinism John T. McNeill tərəfindən, New York: Oxford University Press, 1954. ISBN 0-19-500743-3.
- Bonnet, Jules,(1820-1892) Letters of John Calvin, Carlisle, Penn: The Banner of Truth Trust, 1980. ISBN 0-85151-323-9. [6]
- Xitabxana məlumatı Calvinin yeddi məktubu, hər iki tərəf arasında olan müxtəlif mühabisələr və Servetin vəsiyyətnaməsi. (25 aprel, 1564).
- The Man from Mars: His Morals, Politics and Religion William Simpson tərəfindən, San Francisco, E.D. Beattle , 1900. Servetin Cenəvrədə həbsxanadan yazdığı məktublar. (1553)
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ "Downton, An Examination of the Nature of Authority, Chapter 3" (PDF). 2004-06-10 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2004-06-10.
- ↑ Bainton, Hunted Heretic, p. 103.
- ↑ The Heretics, səhifə. 326.
- ↑ "Arxivlənmiş surət". 2017-05-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-01-14.
- ↑ The Heretics, səhifə 326.
- ↑ Owen, Robert Dale, The debatable Land Between this World and the Next, New York, G.W. Carleton & Co.; [etc.] 1872, səhifə 69.
- ↑ Calvin to William Farel, Aug. 20, 1553, Bonnet, Jules,(1820-1892) Arxivləşdirilib 2013-04-29 at the Wayback Machine Letters of John Calvin, Carlisle, Penn: Banner of Truth Trust, 1980, pp. 158-159. ISBN 0-85151-323-9.
- ↑ The History & Character of Calvinism, p. 175