Mezotel
Mezotel | |
---|---|
| |
|
Mezotel — mezodermal mənşəli sadə skuamöz epitel hüceyrələrindən[2] ibarət membran. Bir neçə bədən boşluqlarının selikli qişasını təşkil edir: plevra (ağciyərlərin ətrafındakı plevra boşluğu), periton (qarın boşluğu, omentum, falsiform ligament və o cümlədən qarın boşluğu və perimetrium) və perikard (ürəyin ətrafında).
Mezotelial toxuma həmçinin kişi xayasını və bəzən sperma kordonunu əhatə edir. Daxili orqanları örtən mezotel visseral mezotel, ətrafdakı bədən divarlarını örtən mezotel isə parietal mezotel adlanır.
Əsas funksiyası seroz maye ifraz etməkdir.
Mənşəyi
[redaktə | mənbəni redaktə et]Mezotel embriondakı bədən boşluğunu[3] əhatə edən embrion mezoderma hüceyrə təbəqəsindən əmələ gəlir. Bədənin daxili orqanlarının əksəriyyətini əhatə edən və qoruyan hüceyrə qatına çevrilir.
Tərkibi
[redaktə | mənbəni redaktə et]Mezotel — sıx qeyri-müntəzəm birləşdirici toxuma ilə dəstəklənən nazik membran üzərində dayanan yastılaşmış skuamözəbənzər epitel toxumasından ibarət bir təbəqə təşkil edir. Kub formasında olan mezotel hüceyrələri zədələnmiş yerlərdə, omentumda[4] və diafraqmanın qarın tərəfində, üst-üstə düşən limfa boşluqlarında tapıla bilər.
Mikrovillilər[5] tərəfində sıxışan zülallar və seroz maye daxili orqanların bir-birinin yanından sürüşməsi üçün sürüşkən bir səth təmin edir.
Funksiyası
[redaktə | mənbəni redaktə et]Mezotel bədənin və daxili orqanların seroz boşluqlarını əhatə edən ixtisaslaşmış hüceyrələrdən (mezotelial hüceyrələr) geniş bir təbəqədən ibarətdir. Bu hüceyrələrin əsas məqsədi hüceyrədaxili hərəkəti asanlaşdırmaq üçün sürüşkən, yapışmayan və qoruyucu bir səth təmin edən təbəqələr arasında ifraz olunan sürtkü mayesini istehsal etməkdir.[7]
Mezoteliya həmçinin maye və hissəciklərin seroz boşluqlar vasitəsilə daşınmasında və hərəkətində, iltihab vasitəçilərinə cavab olaraq leykositlərin daşınmasında, iltihaba qarşı sitokinlərin, böyümə faktorlarının və serozun bərpasına kömək etmək üçün hüceyrədənkənar zülallarının sintezində və fibrinin dispozisiyasını və təmizlənməsini təşviq edən amillərin sərbəst buraxılmasında (məs. plazminogen) iştirak edir.
Mezotelial hüceyrələr faqositoz qabiliyyətinə malikdir və antigen təqdim edən hüceyrələrdir. Qlikozaminoqlikanların və sürtkü yağlarının ifrazı bədəni infeksiyadan və şişin yayılmasından qoruya bilər.
Xəstəlikdə rolu
[redaktə | mənbəni redaktə et]- Mezotelioma[8] (mezotelium xərçəngi) — mezotel hüceyrələrinin anormal hala gəldiyi və nəzarətsiz bölündüyü bir xəstəlikdir. Onlar yaxınlıqdakı toxuma və orqanlara yayıla və zədələyə bilərlər. Xərçəng hüceyrələri də öz yerlərindən bədəninin digər hissələrinə metastaz verə bilərlər (yayılırlar). Mezotelioma əksər hallarda plevra və ya peritonda başlayır və hallarının 90% -dan çoxu asbesta[9] məruz qalması ilə əlaqələndirilir.
- Mezotelial hiperplaziya.
- Qarın içi bitişmələr — normalda mezotel fibrin çöküntülərini çıxaran plazminogen ifraz edir. Cərrahi əməliyyatlar zamanı mezoteliya zədələnə bilər. Onun fibrinolitik qabiliyyəti qeyri-kafi olur və fibrin yığılır, əks səthlər arasında lifli yapışmalara səbəb olur. Bu bitişmələr qarın boşluğunda baş verərsə, bağırsaq keçməzliyi və qadın sonsuzluğuna səbəb olur, döş qəfəsində ürək və ağciyər funksiyasını poza bilər.
- Ultrafiltrasiya uğursuzluğu. Peritoneal mezoteliya peritoneal dializ xəstələrində ultrafiltrasiya çatışmazlığının uzunmüddətli inkişafında iştirak edir. Fibroz periton məhlulların peritondan keçməsinin artmasına və ultrafiltrasiyanın pozulmasına səbəb olur.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Image by Mikael Häggström, MD. Sources for mentioned features:
- "Mesothelial cytopathology". Libre Pathology. 2022-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-18.
- Shidham VB, Layfield LJ. "Introduction to the second edition of 'Diagnostic Cytopathology of Serous Fluids' as CytoJournal Monograph (CMAS) in Open Access". CytoJournal. 18. 2021: 30. doi:10.25259/CMAS_02_01_2021. PMC 8813611 (#bad_pmc). PMID 35126608 (#bad_pmid). - ↑ Victor P. Eroschenko. Di Fiore's atlas of histology with functional correlations. Lippincott Williams & Wilkins. 2008. 31–. ISBN 978-0-7817-7057-6. İstifadə tarixi: 28 May 2011.
- ↑ "Arxivlənmiş surət". 2023-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-07.
- ↑ "Arxivlənmiş surət". 2023-06-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-07.
- ↑ "Arxivlənmiş surət". 2023-04-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-07.
- ↑ Image by Mikael Häggström. MD.
Reference for findings and causes: "Reactive Mesothelial Cells". LabCE. 2023-07-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-07. - ↑ Leopold G. Koss; Myron R. Melamed. Koss' diagnostic cytology and its histopathologic bases. Lippincott Williams & Wilkins. 2006. 124–. ISBN 978-0-7817-1928-5. İstifadə tarixi: 28 May 2011.
- ↑ "Arxivlənmiş surət". 2023-06-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-08.
- ↑ "Arxivlənmiş surət". 2023-09-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-08.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Mesothelioma: Questions and Answers (National Cancer Institute).