Mamençizavr

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Mamençizavr
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Mamençizavr
Beynəlxalq elmi adı
  • Mamenchisaurus

Mamençizavr (lat. Mamenchisaurus) — Yura dövrünün sonlarına yaxın 150–145 milyon il öncə yaşamış ot yeyən dinozavr. Hazır ki Çin ərazisində aşkarlanmışdır. Sauropoda alt dəstəsinə aid dinozavrdır. Dinozavrlar arasında ən uzun boyuna malik imiş. Onların boynu 15 metr uzunluğa malik imiş.

Mamenchisaurus adı "Mamensidən olan kərtənkələ" mənasını verir. "Mǎménxī" — Mamensi və q.yun. σαῦρος "kərtənkələ". İlk əvvələr tapıntını onun tapıldığı yerin adına verilmədi düşünülürdü. Bu Sıçuan vilayətinin Maminsi ərazisi yaxınlığı olmuşdur. Ancaq Yanqın buraxdığı səhv nəticəsində Mamensi adlandırılır.

Mamençizavr 1952-ci ildə Sıçuana çəkilən yolun tikintisi zamanı aşkarlanmışdır. 1954-cü ildə bu tapıntını Yanq öyrənmiş və adlandırmışdır. İlk tapıntı 22 metr uzunluğa malikdir. Bu uzunluğun yarıya qədəri boyunun payına düşür. Bu heyvan dünyanın ən uzun boylu canlısı olmuşdur. Mamençizavrın boynu 19 fəqərədən ibarətdir. Belə fikir vardır ki, böyük fərdlərin 25 metr uzunluğu olmuşdur.

1987-ci ildə bu cinsə daxil olan M. hochuanensis növünə aid və boynunun uzunluğu 15 metr olan fərd aşkarlanmışdır.

Mamençizavr növlərinin insana olan nisbəti
Müqayisə: Amphicoelias (tünd-qırmızı), Mamençizavr (yaşıl), Argentinosaurus (bənövşəyi), Sauroposeidon (açıq-göy), Supersaurus (narıncı)
  • M. anyuensis He, Yang, Cai, Li & Liu, 1996
  • M. constructus Young, 1954
  • ?M. fuxiensis Hou, Zhao & Chu, 1976: yarımcıq sklet, kəllənin bir hissəsi. Əvəllər Ziqonqozavr adlandırılmışdır. Bəlkə də başqa cinsə aiddir.
  • M. hochuanensis Young & Zhao, 1972: dörd yarımcıq sklet.
  • M. sinocanadorum D. Russell & Zheng, 1994: yarımcıq kəllə, ayrı-ayrı hissələr. Ola bilsin ki, ən böyük dinozavrdır. Uzunluğu 26 metr olub.
  • M. youngi Pi, Ouyang & Ye, 1996: Mamenchisaurus youngi Ziqonq şəhəri yaxınlığında 1989-cu ildə aşkarlanmışdır. Bu növün skletinə görə onu demək olar ki, 16 m uzunluğa malikdir. Boynu 6,5 metrdir. Bunu demək olar ki, cinsə daxil olan növlər arasında kiçiyidir. Professor Yanqın şərəfinə adlandırılıb.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]