18°02′22″ şm. e. 63°07′13″ q. u.HGYO

Maho çimərliyi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Maho çimərliyi
nl/Maho Beach
Ümumi məlumatlar
Sahəsi 0,0045 km²
Sahil uzunluğu 0.3 km
Yerləşməsi
18°02′22″ şm. e. 63°07′13″ q. u.HGYO
Akvatoriya Karib dənizi
Ölkə  Niderland
Maho çimərliyi xəritədə
Maho çimərliyi
Maho çimərliyi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Maho çimərliyi (nid. Maho Beach) — Sen-Marten adasının cənub-qərbində yerləşən çimərlik. Adanın bu hissəsi Niderlandın tərkibində bir asılı ərazi olaraq Sint-Marten bölgəsinə daxildir.[1]. Çimərliyi məşhurlaşdıran onun Şahzadə Yulian hava limanının yaxınlığında yerləşməsidir. Bu səbəbdən bəzən təyyarələr çimərlikdə istirahət edənlərin 10-20 metr üstlərindən uçaraq hava limanına daxil olur.[2]. çimərlik və hava limanını iki hasar ayırır[3].

Çimərliyin uzunluğu 300 m, eni isə 10-20 metr arasında dəyişir. Çimərlikdə çoxlu sayda kafe vardır. Onlar arasında ən məşhuru Sunset Bar and Grilldir[4]. Burada olan lövhədə təyyarələrin uçuş-eniş vaxtları yazılmışdır[5].

Çimərlik bitki örtüyündən məhrümdür[6]. Təyyarə uçuşları sahildə güçlü dağlar əmələ gətirir. Reaktiv təyyarələrin uçuşu zamanı sürət 160 km/s[7] ola bilir. Bu isə insanlar üçün ölüm təhlükəsi yarada bilir. Dispecerin xəbərdarlıqlarına baxmayaraq bəzən insanlar özü adrinalin almaq məqsədi ilə təhlükəli anlarda çimərlikdə olmağa çalışırlar[8].

16 oktyabr 2008-ci ildə çimərlik Omar qasırğasından böyük zərər görmüşdür. Çimərlikdə olan kafeləırin çoxu bundan zərər görür[9]. Çimərliyin qumu isə tamamən yoxa çıxdığından bura yenidən qum gətirilmişdir.

2009—2011-ci illərdə Mago çimərliyində avstriyalı fotoqraf Josef Hoflehner alçaqdan uçan təyyarələrin ağ-qara fotolarını çəkmişdir. Bu onun «Reaktiv lauyner: şerlər toplusu»[10] kitabı üçün lazım olmuşdur.

  1. Maho Beach a beach with a thrill — airplanes to touch — a must see on St Maarten! Arxivləşdirilib 2014-07-08 at the Wayback Machine (ing.)
  2. Maho çimərliyi Arxivləşdirilib 2014-07-28 at the Wayback Machine (rus.)
  3. Самые красивые и необычные пляжи мира — № 3 Arxivləşdirilib 2014-08-10 at the Wayback Machine (rus.)
  4. Sunset Bar and Grill, St.1.Maarten Arxivləşdirilib 2014-08-10 at the Wayback Machine (ing.), 28 mart 2012
  5. Пляж Махо, Карибские острова Arxivləşdirilib 2014-07-30 at the Wayback Machine (rus.)
  6. Site Investigations of the Beach Erosion Problem at Maho Beach, St.1, Maarten Arxivləşdirilib 2014-12-09 at the Wayback Machine (ing.)
  7. Rayan Ouens. St.|1,Maarten’s Extreme Airport: A Caribbean Paradise for Thrill Seekers, Aviation Enthusiasts Arxivləşdirilib 2014-08-08 at the Wayback Machine (ing.), 22 noyabr 2011
  8. Maho Beach Arxivləşdirilib 2014-07-28 at the Wayback Machine (rus.)
  9. "Maho Beach in St.|1,Marteen — Planes Landing Above Your Head". 2014-07-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-07-29.
  10. "Захватывающие чёрно-белые фотографии самолетов, пролетающих над головой отдыхающих". 2014-08-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-29.