Livno
Livno | |
---|---|
43°49′37″ şm. e. 17°00′29″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
İlk məlumat | 892 |
Mərkəzin hündürlüyü | 724 ± 1 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | 80101 |
Digər | |
livno.ba | |
Vikianbarda əlaqəli mediafayllar |
Livno, Liyevno (serb-xorv. Ливно/Livno, Лијевно/Lijevno; köhnə adı Hlivno idi) — Bosniya və Herseqovinada şəhər və eyniadlı icmanın mərkəzi; Bosniya və Herseqovina Federasiyasının Kanton 10-nun inzibati mərkəzi.
Əhalisi 10 080 nəfərdir (1991). Mostardan 127 km, Sarayevodan 212 km, Banya Lukadan 167 km və Splitdən 96 km məsafədədir.
Tarixi
[redaktə | vikimətni redaktə et]Livno ilk dəfə 28 sentyabr 892-ci il tarixli Xorvatiya knyazı Muntsimirə məxsus sənəddə qeyd edilmişdir. Daha sonra, 949-cu ildə, Konstantin Baqryanorodnının "De administrando imperio" traktatında adı çəkilmışdır.
1326-cı ildən Livno Bosniya krallığının tərkibində idi ki, onu da 1463-cü ildə osmanlı türkləri fəth etmişdilər. 400 ildən çox davam edən Osmanlı hakimiyyəti dövründə şəhərdə bir çox şərq memarlığı abidələri inşa edildi.
1878-ci ildə Berlin konqresinin qərarı ilə Livno, bütün Bosniya və Herseqovina kimi, Avstriya-Macarıstan tərəfindən işğal edildi. 1918-ci ildə imperiyanın süqutundan sonra şəhər Serblər, Xorvatlar və Slovenlər Krallığının bir hissəsi oldu, hansı ki 1929-cu ildə Yuqoslaviya Krallığı adlandırıldı və 9 banovinə bölündü. Livno Primorska banovinasına daxil edildi, hansı ki 1939-cu ildə Svetkoviç-Maçek sazişi nəticəsində yeni yaradılan Xorvatiya banovinasının bir hissəsi oldu. 1941-ci ildə Yuqoslaviyanın işğalından sonra şəhər 1945-ci ilə qədər mövcud olan Xorvatiya Müstəqil Dövləti oyuncaq hökumətinin bir hissəsi oldu. Müharibədən sonra Livno yenidən Yuqoslaviyanın bir hissəsi oldu və dağılandan sonra Bosniya və Herseqovinanın tərkibinə daxil oldu.
Əhalisi
[redaktə | vikimətni redaktə et]İcma
[redaktə | vikimətni redaktə et]1971-1991-ci illərdə Livno icmasının əhalisi:
Siyahıyaalma ili | Ümumi | Serblər | Bosniyalılar | Xorvatlar | Yuqoslavlar | Digərləri |
---|---|---|---|---|---|---|
1991 | 40 600 | 3 913 (9,63 %) | 5 793 (14,26 %) | 29 324 (72,22 %) | 1 125 (2,77 %) | 445 (1,09 %) |
1981 | 40 438 | 3 898 (9,63 %) | 4 418 (10,92 %) | 28 918 (71,51 %) | 2 657 (6,57 %) | 547 (1,35 %) |
1971 | 42 118 | 4 791 (11,37 %) | 5 087 (12,07 %) | 31 657 (75,16 %) | 434 (1,03 %) | 149 (0,35 %) |
2007-ci il hesablamalarına görə icmanın əhalisi 32 354 nəfər idi.[1]
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ FEDERATION OF BOSNIA AND HERZEGOVINA IN FIGURES Arxiv surəti 8 sentyabr 2008 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2008-09-08 at the Wayback Machine
Xarici keçidlər
[redaktə | vikimətni redaktə et]- Rəsmi saytı (bosn.)