Livan Avroviziya Mahnı Müsabiqəsində
Livan Avroviziya Mahnı Müsabiqəsində heç vaxt iştirak etməmişdir. Müsabiqəni yayımlayan Tele Liban, 2005-ci ildə müsabiqədə iştirak üçün ilk dəfə müraciət etmişdir. Yarışmaya Alin Lahudun ifa edəcəyi "Quand tout s’enfuit" adlı mahnı ilə iştirak etmək istəyən Livan, İsrailə aid olan məzmunun yayımlanmasını qadağan edən qanunlara əsaslanaraq sonradan bu qərardan imtina etmişdir. Bundan sonra Livan üç illik müsabiqədə iştirak edə bilməmə cəzasını almışdır. Livan əsilli ingilis müğənni Mika Livan adına müsabiqədə iştirak etmək istədiyini bildirsə də, Livan bu günədək yarışmada iştirak etmək üçün başqa bir müraciət etməmişdir.
Seçimlər
[redaktə | vikimətni redaktə et]21 oktyabr 2004-cü ildə Livan dövlət televiziyasının sədri İbrahim əl-Huri Ukraynanın paytaxtı Kiyevdə keçiriləcək 2005 Avroviziya Mahnı Müsabiqəsində Livanın da iştirak edə biləcəyini açıqlamıştır.[2] 3 noyabr 2004-cü ildə Livanı Avroviziyada təmsil etmək məqsədilə dövlət televiziyası tərəfindən Alin Lahudun təyin olunduğu bildirildi.[2][3][4] 2005-ci ilin fevral ayının ikinci həftəsində mahnının İngiliscə və ya Fransızca olacağı bildirildi, çünki Alin Lahud hər iki dildə də yaxşı danışırdı.[5] Sonradan mahnının şərq-qərb sintezində olduğu və mahnının dilinin fransızca olacağı bildirildi. Mahnı fevral ayının ortalarında seçilmişdi və müəllifləri Cad Rəhbani və Romeo Lahud idi.[6][7] Alin Lahudun mahnını 19 may 2005-ci ildə keçiriləcək yarımfinalda ifa etməsi planlaşdırılmışdı.[1]
İl | İfaçı | Mahnı | Final | Xal | YF | Xal |
---|---|---|---|---|---|---|
2005 | Alin Lahud | "Quand tout s’enfuit" [8] | İştirak etmədi |
İmtina
[redaktə | vikimətni redaktə et]Onlara (Livana) bütün yarışmanı yayımlamalı olduqlarını söyləyəndə onlar müsabiqədən imtina etməyə qərar verdilər. O vaxtın Avroviziya başçısı Svante Stokselius[1] |
15 dekabr 2004-cü ildə Livan dövlət televiziyası iqdisadi problemlərə görə yarışmadan imtina etdiklərini bildirdi və bunun İsrail ilə olan siyasi anlaşmazlıqlara görə olduğunu təkzib etdi.[9] Lakin beş gün sonra Avropa Yayım İttifaqı (EBU), Tele Liban ilə razılaşma əldə etdi və Livanı rəsmi iştirakçılar siyahısına daxil etdi.[10]
2005-ci ilin mart ayının ilk günlərində Livanın rəsmi Avroviziya saytı İsraili iştirakçılar siyahısında göstərmədi. AYİ Livanın dövlət televiziyasına problemin həlli üçün 24 saat vaxt verdi, əks halda Livanın müsabiqədən kənarlaşdırılacağını söylədi. Buna görə də sayt iştirakçıların siyahısını tamamilə silərək yerinə Avroviziyanın rəsmi saytına istiqamətləndirilən bir link yerləşdirdi.[11] Mart ayının sonlarına doğru AYİ, Tele Libandan İsrailin çıxışı da dahil olmaqla bütün yarışmanı fasiləsiləsiz yayımlamasının zəmanətini istədi. Tele Liban buna zəmanət verə bilmədi. Buna görə də telekanal 18 mart 2005-ci ildə müsabiqədən imtina etdiyini bildirdi.[1] Livan qanunları İsrail ilə əlaqədar məzmunun Livan kanallarında yayımlanmasını qadağan edirdi.[12][13] Tele Liban internet saytında İsrail təmsilçisinin çıxışının yayınlamasına icazə verilmədiyini və bunun da 2005 Avroviziya Mahnı Müsabiqəsinin qaydalarına zidd olduğunu, buna görə də yarışmadan imtina etməli olduqlarını bildirdi.[14] Bundan sonra müsabiqədə iştirak etməyi planlaşdıran Alin Lahud çox məyus olduğunu bildirdi.[15] O vaxtın Avroviziya başçısı Svante Stokselius ən çox Alin Lahuda görə təəssüfləndiyini bildirdi.[1] Tele Libanın son imtina tarixi olan 15 dekabrdan haradasa üç ay sonra imtina etməsinə görə telekanal cəzalandırıldı. Kanalın ödədiyi iştirak haqqı qaytarılmadı və üç il müsabiqədə iştirakdan məhrum edildi.[3][11][16]
2005-ci ildən sonra
[redaktə | vikimətni redaktə et]Üç illik qadağaya görə Livan 2009 Avroviziya Mahnı Müsabiqəsinə qədər yarışmada iştirak edə bilmədi.[16]
2006-ci ildə Kipr Respublikasından olan Xristos Yannopulos adlı bir bəstəkar Livana "Sülh Körpüsü" adlı bir mahnı göndərmək istədi, lakin Livan müsabiqədə iştirak etmədiyi üçün mahnını Türkiyə təmsilçisi Sibel Tüzünə göndərdi.[17] 2007-ci ildə Livan əsilli ingilis müğənni Mika 2008-ci ildə Livanı yarışmada təmsil etmək istədiyini bildirdi.[18] Bunu cəzası olmayan, AYİ-yə üzv olan digər Livan televiziyalarından biri ilə edəcəkdi.[16] Mika 2009-cu ildə Tele Libanın cəzasının bitməsindən sonra da ölkəsini təmsil edib qalib olmağa hazır olduğunu bildlrməsinə[19] baxmayaraq Mikanın istəyi heç reallaşmadı və Livan dövlət televiziyasının cəzasının sona çatmasından sonra belə yarışmada iştirak üçün müraciət edilmədi. 2009-cu ildə o vaxtın Avroviziya başçısı Svante Stokselius Livanı hər il yarışmaya dəvət etdiyini, lakin iqtisadi problemlərini əsas göstərərək müsabiqədə iştirak etmədiklərini bildirdi.[20] 2012-ci ildə də Livan yarışmada iştirak üçün müraciət etməmişdir.[21]
2007-ci ildə Nibras Media Ltd. adlı bir təşkilat Avroviziyanın bir bənzərini Orta Şərq ölkələri arasında keçirmək üçün təşəbbüs etdi və Livana bu müsabiqədə iştirak üçün dəvət göndərdi.[22]
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ 1 2 3 4 5 "Lebanon withdraws from Eurovision". BBC News. 18 mart 2005. 2011-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-06-28.
- ↑ 1 2 Bakker, Sietse. "Aline Lahoud first Lebanese participant!". ESCToday. 3 noyabr 2004. 2008-11-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 avqust 2008.
- ↑ 1 2 Staff. "Eurovision Song Contest doch ohne Libanon" (Almanca). Netzeitung. 19 mart 2005. 2012-03-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 iyun 2005.
- ↑ "Lebanese and Latvian news update over their national selections" (İngiliscə). oikitimes.com. 2005. 2005-02-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 aprel 2011.
- ↑ "Aline Lahoud: English or French?". ESCToday. 14 fevral 2005. 2006-11-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 19 fevral 2010.
- ↑ X Tra. "Aline Lahoud to sing Quand tout s'enfuit". ESCToday. 19 fevral 2005. 2011-05-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 avqust 2005.
- ↑ "Le Liban au Concours Eurovision". songcontest.free.fr. 2015-12-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 aprel 2011.
- ↑ "Lebanon 2005". ESCforum. 19 may 2007. 20 December 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 aprel 2011.
- ↑ Philips, Roel. "Lebanon withdraws for financial reasons". ESCToday. 15 dekabr 2004. 2008-10-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 avqust 2008.
- ↑ Bakker, Sietse. "Breaking News: Lebanon Withdraws". ESCToday. 18 mart 2005. 2015-04-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 avqust 2008.
- ↑ 1 2 Philips, Roel. "Télé Liban tries to prevent Lebanese disqualification". 4 mart 2005. 2008-10-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 avqust 2008.
- ↑ "Lebanon to boycott Eurovision due to Israel's participation". 20 mart 2005. 2013-11-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 10 avqust 2008.
- ↑ Staff. "Lebanon leaves Eurovision contest". 19 mart 2005. 2012-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 iyun 2009.
- ↑ Christian, Nicholas. "Nul points as Lebanon quits contest". 20 mart 2005. 2011-06-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 27 iyun 2009.
- ↑ Philips, Roel. "A message from Lebanon". 18 mart 2005. 2008-11-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 19 iyul 2009.
- ↑ 1 2 3 Kuipers, Michael. "Mika interested in Eurovision entry". 13 mart 2007. 2012-02-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 avqust 2008.
- ↑ "Sibel'e Güney Kıbrıs'tan Beste Teklifi!". 2011-11-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 18 aprel 2011.
- ↑ Staff. "Mika for Eurovision?". 13 mart 2007. 2007-03-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 iyun 2009.
- ↑ "Mika toujours prêt à remporter l'Eurovision avec le Liban en 2009". 26 mart 2008. 2016-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 aprel 2011.
- ↑ "Stockselius: Hadise favori, seneye'de Tarkanı isteriz!". 6 may 2009. 4 July 2010 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 18 aprel 2011.
- ↑ "Lebanon in 2012". 2012-04-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 12 aprel 2011.
- ↑ "Eurovision Ortadoğu ve Afrika'da". 8 dekabr 2007. 2011-11-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 18 aprel 2011.
Xarici keçidlər
[redaktə | vikimətni redaktə et]Həmçinin bax
[redaktə | vikimətni redaktə et] Avroviziya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |