Lahmacun

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Lahmacun
Mənşəyi
Tərkibi
Əsas
Təfərrüatları
Tipi Məzə

Lahmacun Türkiyə fast food yeməyidir.

  • 1 xörək qaşığı quru maya
  • 1 çay qaşığı şəkər tozu
  • 1 3/4 stəkan ilıq su
  • 4 stəkan əla növ un
  • 2 çay qaşığı duz
  • 225 q çəkilmiş qoyun əti
  • 1 ədəd kiçik soğan — xırda-xırda doğranmış (1/2 stəkan)
  • 3 ədəd yetişmiş pomidor — qabığı soyulmuş, sıxılaraq dənəsi çıxarılmış və xırda-xırda doğranmış (1 stəkan)
  • 3/4 stəkan xırda-xırda doğranmış cəfəri
  • 3 diş xırda-xırda doğranmış sarımsaq
  • 1 xörək qaşığı acı qırmızı bibər tozu
  • 2 çay qaşığı şirin qırmızı bibər tozu (paprika)
  • duz
  • 4 xörək qaşığı soyuq su

Süfrəyə Vermək Üçün

[redaktə | mənbəni redaktə et]
  • cəfəri
  • limon
  • ayran (resept aşağıda)

Əvvəcə xəmiri hazırlayın. Bir qabda maya, şəkər və 1/2 stəkan ilıq suyu maya həll olana qədər qarışdırın. Qoyun isti yerdə 10 dəqiqə, üstü köpüklənənədək qalsın. 1 stəkan unu iri qaba ələyin. Üstünə mayalı qarışığı əlavə edib, qarışdırın. Qabın üstünü sellofanla örtüb 30 qədiqəlik isti yerə qoyun ki, qarışıq gəlsin və süngər (qubka) kimi olsun. Sonra qalan unu da bu qarışığa əlavə edin. Duzu və qalan 1 1/4 stəkan suyu da əlavə edib, yaxşıca qarışdırın.

Xəmiri 10 dəqiqə ərzində yoğurun. Hazır xəmir elastik olmalı və ələ yapışmamalıdır. Xəmiri iri qaba qoyub üstünü dəsmalla örtün. 1 saatlıq isti yerə qoyun ki, xəmir gəlsin.

İçi hazırlayın. Bunun üçün içə ayrılan ərzaqları bir qaba qoyub, yaxşı qarışanadək yoğurun.

Sobanı 230Cdək qızdırın. İri dəyaz formanı tərs çevirin (şəkilə bax) və üstünü bir az unlayın. Kənara qoyun.

Gəlmiş xəmiri bir az un səpilmiş yerə qoyun və əlinizlə ona uzunsov şəkil verin. İti bıcaqla 8 hissəyə bölün. Hissələri kündələyib ovcunuzla üstlərinə basaraq, bir az yastıladın. Sonra isə bu kündələrin üstünü sellofan və ya dəsmalla örtüb, 20 dəqiqəlik isti yerə qoyun ki, dincəlsinlər.

Sonra isə kündələrin birini unlanmış yerdə 25 sm-lik çox nazik dairə əldə edənədək oxlovla açın və unlanmış formaya qoyun. Dairənin üstünə içdən yayın. Lahmacunu istinmiş sobada ət bişənədək, təxminən 7 dəqiqə bişirin. Bişən lahmacunu sobadan çıxardan kimi, kənarlarındakı xəmirə yağ sürtün (bu, kənarlarını yumuşaldacaq). Bir lahmacun bişənədək, digər kündələri də eyniylə açıb, içdən yayıb, bişirin. Lahmacunu isti-isti süfrəyə verin. Üstünə limon sıxıb, cəfəri qoyub yeyin. Süfrəyə ayran da verilir. Ayran içməyi isə yaddan çıxarmayın.

  • 4 stəkan qatıq
  • 4 stəkan soyuq su
  • duz

Ayranın hazırlanması

[redaktə | mənbəni redaktə et]

Ərzaqları üstü köpüklənənədək çalın. Əgər qatığınız suludursa, suyun miqdarını az edin. Yox əgər çox qatıdırsa, onda suyu çoxaldın.

Yemək müharibəsi

[redaktə | mənbəni redaktə et]

Rusiyada erməni restoranlarının lahmacun təqdim etməsi Türkiyə-Ermənistan düşmənçiliyi səbəbindən etirazlarla qarşılanıb.[1][2]

Erməni əsilli amerikalı modeli Kim Kardaşyan İnstaqram səhifəsində "Lahmacunu kim tanıyır? Bu bizim erməni pizzasıdır", "Atam həmişə pendir qoyur, sonra sobaya yerləşdirir və çox xırtıldayan olur" sözlərini paylaşıb. Bu, türk sosial media istifadəçilərinin qəzəbinə səbəb olmuş və lahmacunu "erməni pizzası" kimi qələmə verdiyinə görə onu tənqid atəşinə tutmuşdu.[3]

  1. McKernan, Bethan. "A 'pizza war' has broken out between Turkey and Armenia". The Independent. 27 October 2016. 17 December 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 December 2016.
  2. "Lahmacun Kimin?". kapsamhaber.com/ (türk). 2022-08-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-10.
  3. "Kim Kardashian faces Turkish backlash after calling lahmacun 'Armenian pizza'". 27 March 2020. 21 May 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 August 2022.