Ləzgihəngi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Ləzgihəngi
Rus rəssamı Vasili Vereşaginin "Ləzgihəngi. Ləzgi Xalq rəqsi", rəsm əsəri rəssamın Cənubi Dağıstan və Yelizavetpol quberniyalarına səfəri zamanı çəkilib. 1867-ci il.
Rus rəssamı Vasili Vereşaginin "Ləzgihəngi. Ləzgi Xalq rəqsi", rəsm əsəri rəssamın Cənubi Dağıstan və Yelizavetpol quberniyalarına səfəri zamanı çəkilib. 1867-ci il.
Taktı 6/8
Tempi Ritmik
Mənşəyi Qafqaz
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ləzgihəngi — Qafqazlıların milli rəqsi. Bütün Qafqaz üzrə geniş yayılmış rəqs növü. Hər xalqda rəqs növünün öz variantı vardır.

XIX əsrin axırında Qafqaz dağ kəndlərində ləzgihəngi rəqsinin ifası

Ləzgihəngi rəqsi

[redaktə | mənbəni redaktə et]

Rəqs yarış xarakteri daşıyır. Hər bir kəs özünün cəldliyini, yorulmazlığını, qətiyyətini nümayiş etdirir. Bir qayda olaraq rəqs musiqi sədaları altında ifa edilir. Melodiyası dinamik, dəqiq, cəldliyə zövq edəndir.

Rəqs həmçinin İranda "Lazgi" və "Ləzgi", Gürcüstanda "Lekuri" adı ilə məşhurdur. "Lekuri" gürcü dilindən tərcümədə — "ləzgilər (lekilər) rəqs edir" edir deməkdir.

Güman edilir ki, rəqs qartal surətinin təcəssüm etməkdədir. Qartal Qafqaz bölgəsində qüdrət, böyüklük, təmkinlilik və cəsarət rəmzi sayılır. "Ləzgihəngi" rəqsində kişilərin ayaq ucunda, əllərini qartal kimi geniş açaraq oynaması qartalı xatırladır. Qafqazda qartalı ovlamaq böyük günah hesab edilir.

Ləzgi dilində "ciyər" və "qartal" eyni sözlə "lek" adlanır. Mümkündür ki, bu qədimdən gələn adətlərlə bağlıdır. "Qartal", "ciyər", "qəlb", "arzu" sözləri bir çox Qafqaz dillərində eyni məna daşıyır. Ləzgi dilində isə "kart" "şahin" deməkdir.

Həmçinin "ləzgihəngi" müasir dövrə qədər dağ məskənlərində oğlan və qızların tanışlığı üçün yeganə şərait idi. Beləki onların yaxın tanışlığı çox çətin idi. Bir qayda olaraq toylarda oğlanlar xoşlarına gələn qızları bu rəqsdə birgə rəqsə dəvət edə bilərdilər. Toyun sonunda oğlanlar xoşlarına gələn qızın qarşısını bu rəqslə kəsməyə çalışırdılar. Ancaq sərt dağ qanunları qıza əl vurmağı qadağan edirdi.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]

Videomateriallar

[redaktə | mənbəni redaktə et]