Kuzma Andrianov
Naviqasiyaya keç
Axtarışa keç
Kuzma Andrianov | |
---|---|
Kuzma Andrianoviç Andrianov | |
Doğum tarixi | |
Doğum yeri | Tver qub.-nın Poqorel qəz.-nın Kondrakovo k. |
Vəfat tarixi | (73 yaşında) |
Vəfat yeri | Rusiya, Moskva |
Dəfn yeri | |
Vətəndaşlığı | Rusiya |
Milliyyəti | rus |
Atası | Andrianoviç |
Elm sahəsi | kimya |
Elmi dərəcəsi | akademik (1964) |
Elmi adı |
|
İş yeri |
|
Təhsili | Moskva Dövlət Uni-ti |
Tanınır | rus kimyaçısı, akademik |
Mükafatları | Sosialist Əməyi Qəhrəmanı (1969), SSRİ Dövlət mükafatı (1943, 1946, 1950, 1953), Lenin mükafatı laureatı (1963) |
Kuzma Andrianov – rus kimyaçısı, SSRİ EA akademiki (1964), Sosialist Əməyi Qəhrəmanı (1969), SSRİ Dövlət mükafatı (1943, 1946, 1950, 1953) və Lenin mükafatı laureatı (1963). Moskva Dövlət Universitetini bitirmişdir (1930). Ümumittifaq Elektronika İnstitutunda (1929–1954), Ümumittifaq Aviasiya Materialları İnstitutunda (1946–1953), SSRİ EA Element- Üzvi Birləşmələr İnstitutunda (1954-cü ildən) və Zərif Kimya Texnologiyası İnstitutunda (1959-cu ildən) işləmişdir. Tədqiqatları yeni sinif polimerlər – poliüzvi siloksanlar kimyasına aiddir. Andrianov silisium (IV) xloridin sənaye üsulu ilə sintezi metodunu, poliüzvi siloksanlar əsasında materialların alınma üsullarını işləyib hazırlamışdır. [1]
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 492. ISBN 978-9952-441-02-4.
Kateqoriyalar:
- 15 dekabrda doğulanlar
- 1904-cü ildə doğulanlar
- 73 yaşında vəfat edənlər
- 13 martda vəfat edənlər
- 1978-ci ildə vəfat edənlər
- Novodeviçye qəbiristanlığında dəfn olunanlar
- Əlifba sırasına görə alimlər
- Sosialist əməyi qəhrəmanları
- "Lenin" mükafatı laureatları
- SSRİ Dövlət mükafatı laureatları
- Moskvada vəfat edənlər