Kuinsi Cons

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Kuinsi Cons
ing. Quincy Delight Jones, Jr.
Ümumi məlumatlar
Doğum tarixi 14 mart 1933(1933-03-14)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 3 noyabr 2024(2024-11-03)[3][4] (91 yaşında)
Vəfat yeri
Vəfat səbəbi mədəaltı vəzin xərçəngi[8]
Dəfn yeri
  • Hollivud-Farever qəbiristanlığı[d][9]
Uşaqları 7 (Rəşidə Cons, Kenya Kinski-Jones daxil olmaqla)
Partnyoru
Musiqiçi məlumatları
Fəaliyyəti dirijor, bəstəkar, qrup rəhbəri[d], musiqi prodüseri, mahnı yazarı[d], musiqi şirkəti idarəçisi[d], film prodüseri, televiziya prodüseri[d], aranjimançı[d], humanist, cazmen, müğənni, truba ifaçısı[d], pianoçu
Fəaliyyət illəri 1951–2024
Janrlar caz[10], soul, fank[d], ritm-n-blyuz, Swing, Bossa-nova
Musiqi aləti truba
Albom şirkətləri Columbia Records, Warner Records, Interscope Records, Epic Records, Mercury Records[d]
Təhsili
  • Berkli Musiqi Kolleci[d]
Üzvlüyü
Mükafatları "İncəsənət və ədəbiyyat" ordeninin komandor dərəcəsi "Fəxri Legion" ordeni komandoru Order of the Companions of O. R. Tambo National Humanities Medal Kennedi Mərkəzinin fəxri mükafatı National Medal of Arts
quincyjones.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kuinsi Dilayt Cons (ing. Quincy Delight Jones, Jr.; 14 mart 1933[1][2][…], Çikaqo, İllinoys[5]3 noyabr 2024[3][4], Bel-Eyr, Kaliforniya[6][7]) — amerikalı musiqiçi, aranjmançı, musiqi prodüseri və truba ifaçısı.[11] 28 dəfə Qremmi mükafatı laureatı[12] və 80 dəfə nominantı,[12] o cümlədən 1991-ci ildə "Grammy Legend Award" mükafatçısı, tarixdə ən çox satılan musiqi albomunun prodüseri.

Kuinsi Consla əməkdaşlıq edən məşhur müğənnilər arasında Rey Çarlz, Maykl Cekson, Frenk Sinatra, Din Martin, 2Pac, Marvin Gey, Stivi Uander, Vill Smit və bir çox başqaları var.

1960–1970-ci illər

[redaktə | vikimətni redaktə et]

1964-cü ildə Kuinsi Cons ilk dəfə Sidni Lümetin "Sələmçi" (ing. Pawnbroker) filminə musiqi bəstələdi. Filmin uğurundan sonra Cons "Mercury Records"dan ayrıldı və Los-Ancelesə köçdü. Burada o, bir çox filmlərə musiqi bəstələdi, o cümlədən, "Nazik sap" (ing. The Slender Thread) (1965), "Soyuqqanlılıq" (ing. In Cold Blood) (1967), "İsti cənub gecəsində" (1967), "Makkennanın qızılı" (1969), "İtalyansayağı oğurluq" (1969), "Bob və Kerol, Ted və Elis" (Bob & Carol & Ted & Alice) (1969), "Sonuncu insan" (ing. The Lost Man) (1969), "Kaktus çiçəyi" (1969), "Qaçış" (1972) və s.

Bu dövrdə Kuinsi Consun yaratdığı ən məşhur musiqi əsəri onun "Big Band Bossa Nova" albomuna daxil olan "Soul Bossa Nova" mahnısı idi.

Bu dövr, həmçinin, 21 studiya albomunun, o cümlədən "Walking in Space", "Gula Matari", "Smackwater Jack" və "Body Heat" kimi uğurlu albomların buraxılması ilə də yadda qalmışdır.

2024-cü ilin 3 noyabr tarixində Los-Ancelesdəki evində vəfat edib.[13]

  1. 1 2 Quincy Jones // Internet Broadway Database (ing.). 2000.
  2. 1 2 Quincy Jones // Encyclopædia Britannica (ing.).
  3. 1 2 Quincy Jones, compositeur, trompettiste et producteur américain, est mort à l’âge de 91 ans (fr.). / J. Fenoglio Paris: Société éditrice du Monde, 2024. ISSN 0395-2037; 1284-1250; 2262-4694
  4. 1 2 Rufo Y. Quincy Jones, producer of Michael Jackson and Frank Sinatra, dies aged 91 (brit. ing.).
  5. 1 2 Southern E. Biographical Dictionary of Afro-American and African Musicians (ing.). Greenwood Publishing Group, 1982.
  6. 1 2 Quincy Jones, compositeur, trompettiste et producteur américain, est mort à l’âge de 91 ans (fr.). Le Monde, 2024.
  7. 1 2 Rufo Y. Quincy Jones, producer of Michael Jackson and Frank Sinatra, dies aged 91 (brit. ing.). (untranslated).
  8. Quincy Jones Cause of Death Revealed... Pancreatic Cancer (ing.). // (untranslated) / red. (not translated to en-us) 2024.
  9. https://www.hmetro.co.zw/quincy-jones-to-be-buried-at-iconic-hollywood-cemetery/.
  10. Montreux Jazz Festival Database.
  11. "Quincy Jones". October 20, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 27, 2014.
  12. 1 2 Callaway, Sue. "Fortune test drives a Mercedes Maybach with Quincy Jones – February 5, 2007". CNN. January 28, 2007. June 27, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 18, 2009.
  13. "Quincy Jones, music titan who worked with everyone from Frank Sinatra to Michael Jackson, dies at 91". AP News (ingilis). 2024-11-04. 2024-11-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-11-05.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]