Ksilit
Ksilit | |
---|---|
Ümumi | |
Sistematik adı | Ksilit |
Kimyəvi formulu | CH2OH-HCOH-HOCH-HOCH-CH2OH, CH2OH(CHOH)3CH2OH |
Molyar kütlə | 152,15 q/mol |
Termik xüsusiyyətlər | |
Ərimə nöqtəsi | 61-61,5 °S |
Qaynama nöqtəsi | 215-217 °S |
Təsnifatı | |
CAS-da qeyd. nöm. | 87-99-0 |
ChEBI | 17151 |
ChemSpider | 6646 |
Ksilit(CH2OH(CHOH)3CH2OH)-rəngsiz hidroskopik kristal, çoxatomlu spirtlərin nümayəndəsidir.
Fiziki xassələri
[redaktə | vikimətni redaktə et]Optiki aktiv deyil; suda, metil və etil spirtlərində, qlikollarda, piridində, sirkə turşusunda həll olur; efirlərdə, dioksanda, karbohidrogenlərdə, alkilhalogenidlərdə, butil və propil spirtlərində həll olmur.
Kimyəvi xassələri
[redaktə | vikimətni redaktə et]Kimyəvi xassələrinə görə Ksilit çoxatomlu spirtlərin tipik nümayəndəsidir.
Alınması
[redaktə | vikimətni redaktə et]Ksilit sənayedə ksilozaları reduksiya etməklə alırlar. Bu məqsədlə xammal kimi kənd təsərrüfatının pentoza tərkibli tullantılarından və ağacdan istifadə olunur. Ksiliti təyin etmək üçün, adətən, xromotoqrafiyadan, eləcə də onun mis və vanadium-xinolin kompleksləri əmələ gətirmək xassəsinə əsaslanan üsullardan istifadə olunur.
Tətbiqi
[redaktə | vikimətni redaktə et]Ksilit və onun 1,4-anhidridi (klisitan) sellofan istehsalında plastifikator və rütubət stabilizatoru kimi, kağız və ətriyyat sənayesində istifadə olunur. Ksilit ksiftal alkid qatranının, səthi-aktiv maddələrin, lakların, yapışdırıcıların alınmasında komponentdir. Ksilit şirin dada malikdir (saxarozadan iki dəfə şirindir), ödqovucudur; insan orqanizmi ilə mənimsənilmir. Şəkərli və piylənmədən əziyyət çəkən xəstələr üçün qənnadı məmulatların hazırlanmasında saxarozanın əvəzinə istifadə olunur.
Mənbə
[redaktə | vikimətni redaktə et]- Аникеева А.Н., Зарубинский Г.М., Данилов С.Н., "Успехи химии", 1976, т. 45, № 1, с. 106–137.