Krum xan
Qorxunc Krum xan | |
---|---|
bolq. Крум Страшни | |
| |
Birinci Bulqar dövlətinin XIII imperatoru | |
803 – 814 | |
Əvvəlki | Kardam xan |
Sonrakı | Omurtaq xan |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | |
Vəfat tarixi | |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | monarx |
Uşağı | Omurtaq xan |
Dini | Tenqriçilik |
Elmi fəaliyyəti | |
Elm sahəsi | siyasətçi |
Vikianbarda əlaqəli mediafayllar |
Qorxunc Krum xan[1] (bolq. Крум Страшни; 755[2], İdil Bulqar xanlığı – 13 aprel 814, Pliska) — Bulqar xanı. 803-814cü illərdə hakimiyyətdə olmuşdur.[3][4] Onun dövründə mərkəzi hakimiyyət güclənmiş, qayda-qanun işlənib hazırlanmışdır.[5]
İlk illəri
[redaktə | mənbəni redaktə et]Krum xan hakimiyyətə gələndən sonra ilk işi Avar xaqanlığına qarşı hücuma keçmək oldu. Ölkənin ərazisi iki dəfə genişlənərək Bulqar dövləti Frankların qonşusu halına gəldi.
I Nikiforla münasibətlər
[redaktə | mənbəni redaktə et]Krum xan işğalçılıq siyasəti yeridirdi. Buna görə 807-ci ildə, 809-cu ildə ardıcıl hücumlar edərək Sofiya şəhərini ələ keçirmişdi. 11 iyul 811-ci ildə I Nikiforla danışıqlara cəhd etsə də alınmadı, imperator tarixçi Mixailin sözləri ilə bu dərəcədə qəddar idi[6]:
Nikifor, Bizans imperatoru, Bulqarların torpağına getdi: Qalib gəldi və çoxunu öldürdü.Onların paytaxtına çatdı, ələ keçirdi və dağıtdı. Onun vəhşiliyi o dərəcəyə çatdı ki, kiçik uşaqları torpağa bərkidib başlarını daşla əzdirtdi.
Krum xan buna görə də kəndlilər, qadınlar və əsgərlərdən ibarət bir ordu ilə imperatora hücuma keçmişdi. 26 iyul 811-ci ildə həlledici döyüşdə I Nikifor məğlub edildi, ələ keçirilib başı kəsildi və kəllə sümüyündən şərab qədəhi hazırlandı. İmperatorun iflic olmuş oğlu Stavrakios isə qaçmağı bacardı.
İmperator Mixail ilə münasibətlər
[redaktə | mənbəni redaktə et]Stavrakiosun hakimiyyəti qısa çəkdi və iflic səbəbilə 812-ci ildə öldü. Yerinə gələn qaynı I Mixail Krum xana vergi verməkdən imtina etmişdi. Cavab olaraq 22 iyul 813-cü ildə hərəkətə keçən xan İstanbulu mühasirəyə aldı. Mixail məğlub olaraq taxtan əl çəkdi və keşiş oldu.
İmperator V Leo ilə münasibətlər
[redaktə | mənbəni redaktə et]Yeni imperator V Leo Erməni Kruma sülh təklif etdi. Krum bu təklifə aldanaraq tələyə düşdü, lakin ox yarası alaraq qaçmağı bacardı. Əsəbləşən imperator Adrianapolis (indiki Ədirnə) şəhərini yandıraraq əhalisini Bolqarıstana əsir kimi apardı. 30.000 süvari ilə Arkadipolisi (indiki Lüleburgaz) də yandıraraq 50.000 nəfəri əsir götürdü. Əsirlər Nikiforun yandırdığı Pliskanın yenidən qurulmasında qul kimi istifadə edildi. Yeni bir işğala hazırlaşarkən 13 aprel, 814-cü ildə vəfat etdi.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Essential History of Bulgaria in Seven Pages, p. 3, Lyubomir Ivanov, Bulgarian Academy of Sciences, Sofia, 2007
- ↑ https://www.geni.com/people/Krum-khan-of-Bulgaria/6000000006822543660.
- ↑ Mosko Moskov, Imennik na bălgarskite hanove (novo tălkuvane), Sofia 1988.
- ↑ Jordan Andreev, Ivan Lazarov, Plamen Pavlov, Koj koj e v srednovekovna Bălgarija, Sofia 1999.
- ↑ Krum Arxivləşdirilib 2011-12-28 at the Wayback Machine, Encyclopaedia Britannica Online
- ↑ Jacobites, Michel le (1905). "t. III". In J.–B. Chabot. Suriyalı Mixailin salnaməsi (Fransızca). Paris: J.–B. Chabot. səh. 17.