Korvinlər qəsri
Korvinlər qəsri | |||||
---|---|---|---|---|---|
rum. Castelul Corvinilor mac. Vajdahunyadi vár | |||||
45°44′56″ şm. e. 22°53′17″ ş. u.HGYO | |||||
Ölkə | Rumıniya | ||||
Şəhər | Hunedoara | ||||
Aidiyyatı |
Mədəniyyət Nazirliyi
|
||||
Tikilmə tarixi |
XIV əsr (kral qəsri) 1440–46 (birinci mərhələ) 1458–80 (ikinci mərhələ) XVII əsr (üçüncü mərhələ) XIX əsr (dördüncü mərhələ) |
||||
Üslubu | Qotika-İntibah | ||||
Vəziyyəti | Muzey | ||||
Rəsmi sayt | castelulcorvinilor.ro | ||||
Rumıniyanın qeydiyyata alınmış tarixi abidələri | |||||
İstinad nöm. | HD-II-m-A-03344 | ||||
|
|||||
Vikianbarda əlaqəli mediafayllar |
Korvinlər qəsri (rum.Castelul Corvinilor,macar Vajdahunyadi vár) —Transilvaniyanın cənubunda, müasir Xuneadora şəhərində Xunyadi feodal evinin irsi mülkü. Matfey Korvinin atası Yanoş Xunyadi onu 15 əsrin ortasında Zlaşte çayının yanındakı təpə üstündəki qaya üzərində tikdirib.
Tarixi
[redaktə | vikimətni redaktə et]İstehkam barədə ilk yazılı məlumat 14 əsrə aiddir. O vaxtki qala oval fomraya malik idi, yeganə müdafiə qülləsi isə şimal qanadda yerləşir, cənub tərəfdən isə onu daş divar qoruyur. 1409 ildə, döyüş xidmətlərinə görə, Yanoş Xunyadinin atası Vayk Xunyadi, qalanı və ona bitişik torpağı Macarıstanın kralı Sigizmunddan bəxşiş alıb. Yanoş Xunyadi qəsrin və bitişik torpaqların genişləndirilməsinin iki mərhələsini həyata keçirib. Birinci mərhələ 1441–1446 illərə aiddir, və bu vaxt ərzində yeddi qullə tikilib: dörd çevrəvari, və üç üçbucaqvari. İkinci mərhələ 1446–1453 illərə addir: məhz o vaxt saat qulləsinin əsası qoyuldu, əsas zallar və əlavə yardımçı otaqlar tikildi.
Yanoşun ölümündən sonra qəsr onun oğlu Matyaş Korvinə qaldı. Onun əmri ilə şimal qanadında(Matyaşın lociyası adı ilə tanınan) lociya tikildi, saat qulləsinin tikintisi bitirildi və qəsrin başqa işləri davam etdirildi. Həmin an üçün qəsr Şərqi Avropa üçün, gec qotika ilə erkən İntibah ünsürlərini birləşdirən nadir tikiliyə çevrildi.
1508 ilə qədər qəsr Xunyadilər nəslinə malik idi, bundan sonra onun 22 yiyəsi olub. 17 əsrdə qəsrin tarixi, başçılığı altında zamana uyğun daxili təmir və təkmilləşdirmələr edilən Qabor Betlenlə sıx bağlı olub. Ağ qullə qurulub, artelleriya platforması və orta və gec İntibah dövrlərinin tərzlərini birləşdirən Betlen sarayı tikilib. Eləcə də yeni giriş üçün qullə tikilib. 18 əsrdə qəsr, onu filizin hasilatı və dəmir məmulatlarının saxlancını koordinasi edən inzibati mərkəzə çevirən Habsburqların mülkiyətinə keçdi (1724–1854). Bir sıra kiçik və əhəmiyətsiz dəyişiklikdən sonra, 1854 ildə qəsrdə, ağacdan olan bütün memarlıq ünsürlərini məhv edən yanğın baş verdi. Bərpa işləri 1868–1874 illər davam etdi. Onların nəticəsində damı tamamilə kirəmitə dəyişildi, Betlen sarayı yanında isə neoqotik tərzdə fasad tikildi.
1956–1968 illərdə daha bir bərpa işləri seriyası keçirildi, 1974 ildən qəsr muzey kimi işləyir. Ziyarətçiləri qəsrə nəhəng körpü vasitəsi ilə keçirirlər. Onlara cəngavərlərin qonaqlıqları üçün böyük zalı və iki böyük qulləni göstəirirlər. Onlardan biri rahib İohann Kapistrananı adını, ikincisinin isə romantik "Qorxma" adını daşıyırlar. Deyilənlərə görə, məhz bu qəsrdə taxtdan devrilən Vlad Çepeşi 7 il saxlayıblar.