Konstantin Tix
Konstantin Tix Asen | |
---|---|
Константин Тих Асен | |
1257 – 1277 | |
Əvvəlki | Mitso Asen |
Sonrakı | İvaylo |
Şəxsi məlumatlar | |
Doğum tarixi | ? |
Doğum yeri | |
Vəfat tarixi | |
Milliyyəti | Bolqar |
Fəaliyyəti | suveren[d] |
Atası | Tixomir |
Həyat yoldaşları | İrene Dukayana Laskarina, Mariya Kantakuzene |
Uşağı | |
Ailəsi | Asen sülaləsi |
Dini | Ortodoks |
Vikianbarda əlaqəli mediafayllar |
Konstantin Tix — Çar, II Teodor Laskarisin kürəkəni. Mitso Asenin devrilməsindən sonra əyanlar tərəfindən taxta çıxarılmışdı. Əslən Asen sülaləsindən olmayıb, II İvan Asenin nəvəsi İrene Dukayana Laskarina ilə evli olduğu üçün bu soyadını götürmüşdür.
Hakimiyyəti
[redaktə | vikimətni redaktə et]1257-ci ildə taxta çıxmışdı. 2 il sonra Macarıstanla müharibəyə tutuşmuş, 1261-ci ildə rusların köməyi ilə müharibədən qalib olaraq çıxmışdı. 1264-cü ildə Bizansa monqolların köməyi ilə hücum etsə də bundan bir gəlir əldə edə bilməmişdi. 1269-cu ildə bu dəfə Mariya Kantakuzene ilə evlənərək Bizansla ittifaq siyasətini güdməyə başlamışdı, lakin Mariyanın cehizi olaraq Nisebar bölgəsinin verilməməsi bu əlaqənin gələcəyi olmadığını göstərmişdi. Siciliya kralı Anjulu I Karl ilə ittifaq bağlamağa cəhd etmiş, imperator da bu cəhdə öz qızı Yefrosinanı Noğay xanla evləndirərək cavab vermişdi. II Lyon məclisində ölkəni katolikləşdirməyə cəhd etmiş, bu Bizans tərəfindən etirazla qarşılanmışdı.
Son illəri
[redaktə | vikimətni redaktə et]Hakimiyyətinin son illərində atdan yıxılıb qismi iflic olan Konstantinin yanında hakimiyyəti əslində Mariya Kantakuzene əlində toplamağa başlamışdı. 1274-cü ildə Noğay xanın qarətləri ilə zəifləyən ölkə, 1277-ci ildə İvaylonun üsyanı ilə üzləşməli olmuşdu. Konstantin öz at arabasında İvaylo tərəfindən öldürülmüşdü.
Ailəsi
[redaktə | vikimətni redaktə et]Konstantin üç dəfə evlənmişdir. İlk evliliyi barədə məlumatlar yoxdur. İkinci dəfə İrene Dukayana Laskarina evlənmiş, övladı olmamış. Mariya Kantakuzene ilə evliliyindən II Mixail doğulmuşdur.
Mənbələr
[redaktə | vikimətni redaktə et]John V. A. Fine, Jr., The Late Medieval Balkans, Ann Arbor, 1987.