Komotini hadisələri
Komotini hadisələri və ya Gümülcinə hadisələri (türk. Gümülcine olayları) — 29 yanvar 1990-cı ildə Yunanıstanın şimalındakı Komotini regionunda yerli yunan xristianlar və etnik türk azlıq nümayəndələri arasında baş vermiş kütləvi zorakılıq halı. Hadisələr etnik türk millət vəkili Sadiq Əhmədin Yunanıstan məhkəməsi tərəfindən mühakimə olunaraq həbs edilməsi ilə bağlı başlamışdır. 400 mağaza talan edilmiş,[1] iki türkdilli qəzetin ofisi qarət olunmuşdur. Toqquşmalar bir etnik yunanın bir müsəlman tərəfindən öldürülməsindən sonra başlamışdır. Hadisələr zamanı türklərdən itki olmamışdır.[2]
Zəmin
[redaktə | mənbəni redaktə et]Avropa Şurası tərəfindən Qərbi Frakiyada yaşayan müsəlman azlığın bir hissəsi kimi tanınan türklərin sayı fərqli hesablamalara görə, 50,000 ilə 130,000 arasında dəyişir.[3][4] "Türk azlığı" ifadəsi Yunanıstan hökuməti tərəfindən "müsəlman yunanlar" ifadəsini işlətməklə rəsmi olaraq rədd edilir. Türklərə qarşı ayrı-seçkilik ABŞ və Avropa Parlamenti tərəfindən tənqid edilmişdir.[5] 26 yanvar 1990-cı ildə Yunanıstan məhkəməsi 2 türk liderini siyasi təşkilatlarında "türk" sözünü işlətdiklərinə görə həbs etmişdir. Yunanıstandakı türklər öz dini liderini (müfti) seçə bilmirlər.[6][7]
"Human Rights Watch"a görə, Yunanıstanda türk azlığının dini, təhsil və dil hüquqları pozulmuşdur.[8]
Hadisələr
[redaktə | mənbəni redaktə et]Hadisələr Komotinidə, türk əsilli 1,500 Yunanısyan vətəndaşının məscidin yaxınlığında toplaşaraq 1982-ci ildə Ali Məhkəmənin "türk" sözünün istifadəsini məhdudlaşdıran qərarına etiraz olaraq "biz türklərik" şüarları səsləndirməsi ilə başlamışdır.[9] Yerli radiostansiyalardan birində saxta xəbərin yayımlanmasından sonra təşkil olunmuş yunan dəstələri türk azlığın 400-ə yaxın mağazasını zədələmiş və talan etmiş, həmçinin müfti vəzifəsini icra edən azlıq üzvlərindən bəzilərini döymüşdülər. Polis zorakılıq hallarına müdaxilə etməmişdi. Beynəlxalq əks-sədadan sonra 12 yunan müsəlmanlara aid binalara hücum etdikləri üçün həbs edilmişdir.[10][11]
"Helsinki Watch" tərəfindən istinad edilən bir şahidə görə, yunan dəstələri vəhşicəsinə ora-bura qaçan, pəncərələri sındıran, insanları döyən və maşınları dağıdan təxminən 40–50 nəfərdən ibarət id. O, yunan milliyətçilərinin qarşısını almaq üçün heç bir səy göstərmədən izdihamın arxasından polis maşınının gəldiyini görmüşdür. Xarici müşahidəçilər yunanlara aid dükanlara toxunulmadığını, həqiqətən də bu mağazaların bir çoxunun pəncərələrində Yunanıstan bayraqlarının asıldığını gördüklərini bildirmiş, iğtişaşların əvvəlcədən planlaşdırılması ehtimalının olduğunu və polisin izdihamı dayandırmaq üçün müdaxilə etmədiyini əlavə etmişdilər.[12]
Nəticə
[redaktə | mənbəni redaktə et]Baş verən hadisələr, həmçinin Türkiyənin Komotinidəki konsulunun "persona non qrata" elan edilməsi və Yunanıstan hakimiyyətinə zədələnmiş mağazalar üçün təzminat tələbi ilə yazdığı məktubda azlığı "qohumlarımız" adlandırdığı üçün ölkədən qovulması Yunanıstan və Türkiyə arasında gərginliyi artırmışdı. Türkiyə buna cavab olaraq Yunanıstanın İstanbuldakı konsulunu ölkədən xaric etmişdi.[12]
Hadisələrdən iki gün sonra Yunanıstan parlamentinin üzvü Mariya Damanaki başda olmaqla sol koalisiyası olan "Sinaspizmos"dan bir qrup şəhərin dağıdılmış dükanlarına baş çəkdiyi zaman bəzi yunan milliyətçilərinin şifahi hücumuna məruz qalmışdılar. Onlar bələdiyyə binasında yerli siyasətçilərlə görüşərkən qəzəbli kütlə Damanakini xain adlandıraraq etiraz etmək üçün binanın önündə toplaşmışdı. Qrup belə şəraitdə azlıq nümayəndələri ilə görüşə bilməmiş, polisin nəzarəti altında bələdiyyə binasını tərk etməli olmuşdur.[13]
1991-ci ildə türklər seçdikləri müftinin Yunanıstan hökuməti tərəfindən işdən çıxarılmasına etiraz etmiş, beləliklə gərginlik yenidənartmışdır. Bu zaman 13 nəfərin yaralandığı və Komotini məscidinin bombalandığı bildirilmişdir.[14]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Statement on "the continuous Greek violation of the right of freedom of association of the Turkish minority of Western Thrace"". 4 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 May 2015.
- ↑ Vemund Aarbakke. The muslim minority of Greek Thrace. Phd thesis / University of Bergen. 2000. 430–431. 2014-06-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-04.
At this time there was also an unfortunate incident at the public hospital in Komotini...
- ↑ "Archived copy" (PDF). May 27, 2009 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: December 17, 2009.
- ↑ Council of Europe, Commissioner for Human Rights, Mandate 2006-2012, Thomas Hammarberg. "Commissioner for Human Rights - Report by Thomas Hammarberg, Commissioner for Human Rights of the Council of Europe, following his visit to Greece on 8-10 December 2008 - Issue reviewed: Human rights of minorities". 3 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 May 2015.
- ↑ United Nations High Commissioner for Refugees. "Refworld - Greece: The Turks of Western Thrace". Refworld. 10 October 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 May 2015.
- ↑ "European HR Court - Ahmet Sadik v. Greece". 20 April 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 May 2015.
- ↑ (Organization), Human Rights Watch. Human Rights Watch World Report 1997. December 1996. ISBN 9781564322074. 25 July 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 May 2015.
- ↑ "Turkish Minority Rights Violated in Greece - Human Rights Watch". 18 May 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 May 2015.
- ↑ United Nations High Commissioner for Refugees. "Refworld - Chronology for Muslims in Greece". Refworld. 7 October 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 May 2015.
- ↑ Whitman, Lois. Destroying Ethnic Identity. 1990. ISBN 9780929692708. 25 July 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 May 2015.
- ↑ Crossing the Aegean, Hirschon Renée, p.105
- ↑ 1 2 Lois Whitman, Destroying ethnic identity: the Turks of Greece, Helsinki Watch (Organization : U.S.). Page 21
- ↑ Oran Baskın, Türk-Yunan ilişkilerinde Batı Tarakya sorunu, page 192 Bilgi Yayınevi, 1991
- ↑ Linguistic minorities in Central and Eastern Europe, Christina Bratt Paulston, Donald Peckham, page 70
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- MacEwen, Martin. Tackling racism in Europe: an examination of anti-discrimination law in practice. Berg Publishers. 1995. ISBN 978-1-85973-047-8.
- UNHCR: Chronology for Muslims in Greece